Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə86/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   82   83   84   85   86   87   88   89   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Azərbaycanın 
bölüşdürülməsinin 
ikinci 
mərhələsi. Türkmənçay müqaviləsi. Rusiyanın Türkiyə 
və Irana qarşı təcavüzkarlıq siyasəti Şərq məsələsinin 
yenidən kəskinləşməsinə səbəb oldu. Bununla bağlı 
Rusiyanın başlıca rəqibi olan Ingiltərənin, həmçinin 
Türkiyə və Iranın əks siyasəti fəallaşdı. Ingiltərə hər 
vasitə ilə Iranda Rusiya mövqeyinin möhkəmlənməsinə 
mane olma
ğa çalışırdı. 1814-cü ildə Tehranda Ingiltərə 
ilə Iran arasında yeni bağlaşma imzalandı. 1809-cu ildə 
olduğu kimi, Rusiya ilə savaş başlandığı halda Iran 
Ingiltərədən ildə 200 min tümən (2 milyon gümüş rubl) 
yardım alacaqdı, ancaq bu böyük yardım Britaniya böyük 
elçisinin nəzarəti altında xərclənməli idi. Rusiya-İran 
münasibətlərində İngiltərə hökumətinə vasitəçi rolu 
oynamaq hüququ verildi.
Türkiyə 
hökmranlığına 
qarşı 
1821-ci 
ildə 
Yunanıstanda üsyan baş verdikdən sonra Rusiya ilə 
Türkiyə arasında münasibətlərin kəskinləşməsi Ingiltərə 
diplomatiyasına öz təsirini göstərdi. Rusiya ilə Ingiltərə 


227 
arasında yaxınlaşma başladı. Yeni hakimiyyətə gələn I 
Nikolay 1826-
cı il aprelin 4-də Ingiltərə ilə Sankt-
Peterburqda protokol imzaladı. Protokolun 3-cü bölümü 
üzrə 
Türkiyə 
sultanı 
yunan-türk 
danışıqlarında 
Ingiltərənin vasitəçiliyindən imtina edirdi. bununla Türkiyə 
meydanda tək qalırdı, çünki Rusiya və Ingiltərənin ona 
birgə və ya ayrılıqda təsir göstərməsi nəzərdə tutulurdu. 
Bu, Türkiyəyə qarşı münasibətdə Rusiyanın əl-qolunu 
açdı. Ingilis diplomatiyası belə bir yaxınlaşmanın siyasi 
qazancı ilə çətin öyünə bilərdi. Buna görə Ingiltərə 
Rusiya-
Iran münasibətlərində vasitəçilikdən fəal istifadə 
etməyə, burada güzəştsiz davranmağa çalışırdı. 
1813-
cü ildən sonra da Rusiya-Iran münasibətləri 
gərgin olaraq qalırdı. Iran öz uğursuzluğu ilə razılaşmırdı.
Rusiya ilə Iran arasında ən çox çəkişmə doğuran 
Gülüstan müqaviləsinin II maddəsi oldu. Bu maddə 
dövlətlərarası sərhəd məsələsi ilə bağlı idi. Dəqiqlik 
baxımından II maddə diplomatik standarta tam uyğun 
gəlmirdi. Iran tərəfi bundan istifadə etməyə çalışırdı. Artıq 
1815-
ci ilin aprelində bu məqsədlə Mirzə Əbdülhəsən xan 
Peterburqa göndərilmiş və bir ildən çox burada olmuşdu. 
O, Rusiya Xarici Işlər Nazirliyinə ayrıca bir nota verib, 
Talış xanlığının və Muğanın Irana qaytarılması 
məsələsini qaldırdı. Rtişşevin yerinə keçən Yermolov 
1816-
cı ilin noyabrında sərhədlərlə tanış olub, Irana ərazi 
güzəşt etməkdən boyun qaçırdı. Yermolovun Iran səfəri 
də şah hökumətinin ümidlərini doğrultmadı. Bu zaman I 
Aleksandrın Gülüstan müqaviləsini ayrıca bir manifestlə 
xalqa bəyan etməsi Rusiya mövqeyinin dönməz və 
güzəştsiz olduğunu göstərirdi.
1818-
1821 və 1823-cü illərdə hər iki tərəf 
təmsilçilərinin görüşləri də, növbəti ildə təzələnən 
danışıqlar da heç bir nəticə vermədi. Gülüstan 
müqaviləsinin II maddəsi əslində tərəflərdən heç birini 


228 
təmin etmirdi. Irəvan xanlığı ələ keçirilməmiş qalırdı. 
Rusiya məqamın yetişməsini gözləyirdi.
Rusiyanın paytaxtı Sankt-Peterburqda 1825-ci ildə 
baş vermiş Dekabristlər üsyanı haqqında xəbər Tehrana 
ingilis diplomatı Şilan tərəfindən çatdırıldı. Şah sarayı 
əlverişli vaxt çatdığını düşünərək savaşa girməyi qərara 
aldı. Iyul ayında Iran qoşunları sərhədi keçdi. II Rusiya-
Iran savaşı başladı. Iranın başlıca məqsədi Tiflisi tutmaq, 
rus ordusunu Cənubi Qafqazdan çıxarıb Terekin o 
tərəfinə qovmaq idi. Rus qoşunlarının başlıca zərbəsi isə 
Təbrizə yönəlmişdi. 
Müharibənin başlanğıcı Rusiya üçün uğursuz oldu. 
Abbas Mirzənin ordusu Şuşa qalasını iyulun 26-da 
mühasirəyə aldı. Lakin onun strateji səhvi - Şuşanın 48 
günlük uzun çəkən mühasirəsi savaşın bütün gedişinə 
təsir göstərdi. Abbas Mirzə hücumu sürətlə davam 
etdirərək dağınıq rus qoşunlarını əzmək yerinə böyük 
qüvvə ilə Şuşa altında ləngidi. Bu, rus komandanlığına 
dağınıq qoşunlarını birləşdirmək, strateji təşəbbüsü ələ 
keçirib əks-hücuma keçmək üçün imkan yaratdı. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin