Azərbaycan xanlıqları XVIII əsrin sonunda.
XVIII əsrin 80-ci illərinin sonunda bütün hakimiyyəti
(Xorasan istisna olmaqla) ələ alan Qacar sülaləsinin
banisi Ağa Məhəmməd xan sabiq Səfəvi dövlətinin
sərhədlərini bərpa etdikdən sonra tac qoymağı
qərarlaşırdı. Məlum olduğu kimi, Səfəvi dövlətinin
süqutunadək bütün Cənubi Qafqaz, Azərbaycan və Şərqi
Gürcüstan bu dövlətin tərkibində idi. Məhz buna görə də
Ağa Məhəmməd xan həmin ölkələri özünə tabe etmək
fikrinə düşdü.
Ağa Məhəmməd xan hərbi yürüşə başlamazdan
əvvəl Cənubi və Şimali Azərbaycan xanlıqlarına, habelə
Kartli-
Kaxetiya çarlığına fərmanlar göndərdi və onlardan
tabelik rəmzi kimi ən yaxın qohumlarından onun sarayına
girov göndərməyi tələb etdi. Iran sərhədlərindən uzaqda
yerləşən Azərbaycan xanlıqları, habelə Kartli-Kaxetiya
çarlığı Ağa Məhəmməd xanın hədə-qorxu ilə dolu
fərmanını rədd etdilər. Iran sərhədləri yaxınlığında
yerləşən xanlıqların bir çoxu Ağa Məhəmməd xandan
ehtiyat edərək, zahirən də olsa, ona itaətə hazır
olduqlarını
bildirdilər.
Azərbaycan
xanlıqlarının
əksəriyyətini silah gücünə tabe etməyə hazırlaşan Ağa
Məhəmməd xan Fars və Şiraz əyalətlərində baş vermiş
üsyanlara görə öz yürüşünü təxirə salmalı oldu.
1793-
cü ildə Ağa Məhəmməd xan yenidən
Azərbaycan xanlıqlarına fərmanlar göndərib onlardan
tabe olmağı tələb etdi və əks təqdirdə silaha əl atacağını
bildirdi.
Azərbaycan
xanlıqları
ümumi
düşmənə
müqavimət üçün vahid cəbhə yaratmasalar da, Şamaxılı
Mustafa xan, Talış xanlığının hakimi Mir Mustafa xan,
bakılı Hüseynqulu xan, naxçıvanlı Kəlbəli
xan
209
yerləşdikləri qalaları möhkəmlətməklə yanaşı, ərzaq
ehtiyatları da toplayırdılar. Lakin xanlıqlardan heç biri
birləşmək qərarına gəlmədi. Bunun əvəzində onlardan
bəzisi özlərinə qüvvətli arxa axtararaq sadəlövhlüklə
Rusiya dövlətinin vədlərinə inandı və hərbi kömək üçün II
Yekaterina hökumətinə müraciət etdi.
Azərbaycan xanlarının və eləcə də Kartli-
Kaxetiya çarlığının Rusiyaya müraciət etməsindən xəbər
tutan Ağa Məhəmməd Ərdəbildən Şimali Azərbaycana üç
istiqamətdə 100 min nəfərdən ibarət ordunun hərəkət
etməsi haqqında əmr verdi.
Iran ordusunun birinci dəstəsi Muğan, ikinci
dəstəsi şahın qardaşı Əliqulu xanın başçılığı altında
Irəvan, Ağa Məhəmməd xanın özünün rəhbərlik etdiyi
üçüncü dəstə isə Qarabağ istiqamətində irəlilədi.
Irəvana doğru hərəkət edən sərbazlar Naxçıvan
qalasının önündə ayaq saxlamalı oldular. Naxçıvanlılar
düşmənə ciddi müqavimət göstərdilər. Ağa Məhəmməd
xanın tabe olmaq haqqında qalaya göndərdiyi tələbə
naxçıvanlılar Kəlbəli xanın başçılığı altında düşmənə
sarsıdıcı zərbələr endirməklə cavab verdilər. Planları
pozulmasın deyə Ağa Məhəmməd xan Naxçıvan
qalasının mühasirəsindən əl çəkib Irəvana doğru hərəkət
etməyi qərara aldı. Müdafiəsi pis təşkil edilmiş Irəvan
qalası zəif müqavimət göstərdi və az bir müddət ərzində
düşmən əlinə keçdi.
Ağa Məhəmməd xanın rəhbərlik etdiyi Iran
qoşunlarının əsas dəstəsi 1795-ci ilin iyun ayında Şuşa
qalasını mühasirəyə aldı. Şuşanın mühasirəsi bir aydan
artıq davam etdi. Iran sərbazlarının Şuşa ətrafında
məğlubiyyəti, yubanmaları şahın planlarını alt-üst edə
bilərdi. Odur ki, düz 33 gündən sonra Ağa Məhəmməd
xan ordusuna Şuşanın mühasirəsindən əl çəkib Tiflis
istiqamətində irəliləməyi əmr etdi. Tiflis şəhərini qarət və
210
darmadağın etdikdən sonra Iran sərbazları 1795-ci il
sentyabrın 20-də külli miqdarda qənimət, habelə 20 min
əsirlə şəhəri tərk etdilər.
Ağa Məhəmməd xanın Cənubi Qafqaza dağıdıcı
yürüşündən
sonra
Rusiya
Cənub
sərhədlərinin
təhlükəsizliyini qorumaq və Xəzər dənizindəki hakim
mövqeyini saxlamaq, habelə 1783-cü il Georgiyevsk
müqaviləsinin şərtlərinə əməl etmək məcburiyyəti
qarşısında qaldı. 1795-ci ilin noyabr ayında Mozdok
şəhərindən Cənubi Qafqaza ilkin mərhələdə iki
istiqamətdə rus qoşunları göndərildi. Tiflisə polkovnik
Sıroxnevin başçılığı ilə iki yeger batalyonu, Dağıstan və
Azərbaycan istiqamətində isə general-mayor Savelyevin
komandanlığı altında piyada batalyonu hərəkət etdi. Ağa
Məhəmməd xanın Azərbaycanı tərk etməsinin başlıca
səbəblərindən biri də bu oldu.
1795-
ci ildə Kartli-Kaxetiya çarlığını, eləcə də
Tiflis Şəhərini darmadağın edən Iran qoşunları Şuşada
qarabağlıların qəhrəmancasına müqavimətinə rast gəlib
geri çəkilməyə məcbur oldular.
Cənubi Qafqaza hazırlanan yürüşə rəhbərliyi II
Yekaterina özünün sevimlilərindən biri olan V.Zubova
həvalə etdi. 1796-cı il aprelin 18-də V.Zubovun başçılığı
ilə rus qoşunlarının Azərbaycana yürüşü başlandı. Rus
qoşunları Savelyevin mühasirəyə aldığı Dərbənd
qalasına yaxınlaşdı.
Dərbənd qalasında iki həftə qaldıqdan sonra
V.Zubov Dərbənd xanlığının idarəsini Şeyxəli xanın
Rusiyaya meyil edən bacısı Pəricə xanıma tapşıraraq,
Bakı istiqamətində hərəkət etdi.
Bakılı Hüseynqulu xanın rus qoşunlarının
Abşeron yarımadasına yaxınlaşmasına mənfi münasibət
bəslədiyindən xəbər tutan V.Zubov təcili olaraq ona
məktub göndərdi və yürüşün əsl mahiyyətini ört-basdır
211
edərək xoş niyyətlə gəldiyini bildirdi. Hüseynqulu xan
V.Zubovun səmimiyyətinə inanmasa da, Rusiyanın hərbi
texnikasından ehtiyat edərək onu xoş məramla
qarşılamağı daha üstün tutdu. 1796-cı il iyun ayının 13-
də Hüseynqulu xan V.Zubovun düşərgəsinə yollandı.
Iki gündən sonra rus qoşunları general-mayor
Raxmanovun başçılığı və Şeyxəli xanın müşayiəti ilə Bakı
qalasına, təqribən eyni vaxtda Qubaya daxil oldular.
V.Zubovun əmrinə əsasən Qubada Dərbənd xanlığından
asılı olmayan müstəqil xanlıq yarandı. Bakıda və Qubada
müəyyən miqdarda rus qoşunları saxlayan V.Zubov
Şamaxıya doğru irəlilədi. Diplomatiya yolu ilə hərəkət
edən Zubov çapar vasitəsilə şamaxılı Mustafa xana
hədiyyələr və məktub yolladı.
1796-
cı il noyabrın 6-da II Yekaterinanın
gözlənilməz ölümü Rusiya dövlətinin nəzərdə tutduğu
tədbirlərin həyata keçirilməsini bir müddət təxirə saldı. I
Pavel Rusiya qoşunlarının tezliklə Cənubi Qafqazdan
geri dönməsi barədə əmr verdi. Rus qoşunları
Azərbaycandan çıxıb getdikdən sonra Ağa Məhəmməd
Şah 1797-ci ildə ona müqavimət göstərənlərə divan
tutmaq məqsədilə Qafqaza, xüsusilə Azərbaycana ikinci
yürüşə başlamağı qərara aldı.
Ağa Məhəmməd şah Talış xanlığını zəbt etməyi
Süleyman xana tapşırdı. Düşmənin yaxınlaşdığını eşidən
Mir Mustafa xan 200 ailə ilə Sarı adasına köçdü.
Lənkəranın yerdə qalan əhalisi əlçatmaz dağlara çəkildi.
Qarabağlı Ibrahimxəlil xanın əmri ilə Araz
üzərindəki Xudafərin körpüsü uçurulduğuna görə Iran
qoşunları Araz çayını çox çətinliklə keçə bildilər.
Qayıqlardan bəzisi sürətlə axan çay sularına tab
gətirməyib çevrildi. Nəticədə bir çox sərbaz həlak oldu.
Düşmənin çayı keçdiyini görən qarabağlı
Ibrahimxəlil xanın əmri ilə onun döyüşçüləri külli
212
miqdarda qayığı arabalarla çayın yuxarı başına daşıyıb
düşmən düşərgəsindən bir qədər aralıda boşaltdılar.
Qarabağlılar qayıqları ağır daşlarla doldurub qaranlıq
düşən kimi çaya buraxdılar. Ağır yüklü qayıqlar suda çox
üzə bilməyib bir-birinin ardınca sahildən uzaqlaşmadan
batdı. Beləliklə, daşla dolu qayıqlar Arazın məcrasını
dəyişdi.
Qəflətən axan sel yalnız sərbazların azuqəsini,
geyimini deyil, həmçinin külli miqdarda silahı da
aparmışdı. Şah qarabağlıların bu əməlinin əvəzini yerli
əhalidən çıxdı. Sərbazlar çəyirtkə kimi kəndlərə daraşıb
əhalinin son tikəsini əlindən aldılar. Sənətkarlara,
xüsusilə dəmirçilərə zorla silah hazırlatdırdılar.
Iran
qoşunları
Əsgəran
qalası
ətrafında
qarabağlıların
güclü
müqavimətini
qırıb
Şuşaya
yaxınlaşdılar.
1797-
ci ildə Ibrahimxəlil xan yenə də Şuşa
qalasının müdafiəsinə rəhbərlik etmiş, mərdlik və
vətənpərvərlik nümunəsi göstərmişdir.
Hücumun
uğursuz
olduğunu
görən
Ağa
Məhəmməd şah atəşi qala divarlarının eyni nöqtəsinə
vurmağı əmr etdi ki, bəlkə həmin hissədə yarıq əmələ
gəlsin. Həqiqətən də toplardan açılan yaylım atəşləri qala
divarlarının
bir
hissəsini
zədələyərək
düşmən
qoşunlarının Şuşaya soxulması təhlükəsini artırdı. Bunu
görən Ibrahimxəlil xan düşmənin topxanasını susdurmağı
qərara aldı. Ibrahimxəlil xanın başçılığı altında qalanın
qapılarından eyni vaxtda üç yüngül süvari dəstəsi çıxaraq
cəld
düşmən
topxanası
üzərinə
hücum
etdi.
Qarabağlıların məqsədini tez duyan Ağa Məhəmməd şah
təcili surətdə əks tədbir gördü. O, sərbazları iki hissəyə
bölərək, birinə Qarabağ süvarilərinin qarşısını almağı,
digərinə isə qala divarı istiqamətində irəliləməyi əmr etdi.
213
Topxana sıradan çıxarılsa da, düşmən piyadaları
tərəfindən yol bağlandığından qələbə qazanmış
qarabağlılara qalaya qayıtmaq müyəssər olmadı.
Ibrahimxəlil xan özünün azsaylı dəstəsi ilə mühasirəni
yarıb keçməyə və Dağıstan tərəfə pənah aparmağa
m
əcbur oldu.
Baş müctəhid Hacı Babəklə görüş zamanı Ağa
Məhəmməd şah Quranı götürüb ona öz möhürünü basdı
və and içdi ki, müqavimətə rast gəlməsə, Şuşada bir
nəfərə də toxunmayacaqdır. Şah eyni zamanda Hacı
Babəkə tapşırdı ki, onun gəlişi münasibətilə şuşalılar
500000 əşəfı toplamalıdırlar. Lakin Hacı Babək təzminatı
200000 əşrəfıyə endirməyə nail oldu.
Şah tələb etdiyi təzminatı aldıqdan sonra, Qurana
and içdiyinə baxmayaraq, sərbazlara şəhəri qarətə icazə
verdi.
Lakin sui-
qəsd nəticəsində Ağa Məhəmməd
şahın Şuşada öldürülməsi (1797-ci il iyulun 4-də) şahın
Cənubi Qafqazı fəth etmək planlarını yarımçıq qoydu.
Şahın öldürülməsi xəbərini eşidən sərbazlar qeyri-
mütəşəkkil vəziyyətdə Irana qaçmağa başladılar.
Şuşalılar Iran qoşunlarını Araz çayının sahillərinə qədər
təqib etdilər.
Şuşada hakimiyyət müvəqqəti olaraq Məhəmməd
bəyin əlinə keçdi. O, Ağa Məhəmmədin öldürülməsi
xəbərini əmisi Ibrahimxəlil xana çatdırıb, ona geri
qayıtmağı təklif etdi. Tezliklə Ibrahimxəlil xan Şuşaya
qayıtdı və minnətdarlıq əvəzinə Məhəmməd bəyə şübhə
ilə yanaşmağa başladı. Əmisinin ona qarşı münasibətini
görən Məhəmməd bəy təqibdən canını qurtarmaq üçün
Şuşanı tərk etməli oldu və Şəkiyə pənah gətirdi. Lakin
Məhəmməd bəy yanıldı. Şəkidə Səlim xan onu həbs
edərək qan düşməni olan Şamaxılı Mustafa xana təhvil
verdi. Mustafa xan Məhəmməd bəyi edam etdi.
214
Ağa Məhəmməd şahın qətlindən sonra Bakı,
Gəncə və Irəvan xanları öz şəhərlərinə qayıtdılar.
Iranda Ağa Məhəmməd Şahın qardaşı oğlu Baba
xan Fətəli şah adı ilə taxta çıxdı. Elə ilk gündən yeni Şah
Iranda hakimiyyətini möhkəmləndirməklə məşğul oldu.
Beləliklə, Ağa Məhəmməd şahın ölümü və Iranda hökm
sürən hərc-mərclik nəticəsində Azərbaycan xarici
müdaxilədən bir qədər yaxa qurtardı.
Gözləmək olardı ki, yuxarıda sadalanan
hadisələrdən sonra Azərbaycan xanlıqları bir mərkəz
ətrafında birləşməyin zərurətini dərk edəcək, vahid dövlət
yaradacaqlar. Lakin təəssüf ki, belə olmadı. Iran
qoşunlarının getməsi ilə ölkədə kəskin daxili feodal ara
müharibələri başlandı.
Bundan istifadə edən Iranın yeni hökmdarı Fətəli
Şah Cənubi Qafqazı zəbt etmək fikrinə düşdü. Lakin
bunun üçün Rusiya ilə münasibətləri qaydaya salmaq
lazım idi. Bu məqsədlə Fətəli şah 1797-ci ildə özünün
nümayəndəsi Ağa Mir Seyid Həsəni I Pavelin sarayına
göndərdi. Iran Şahının məqsədini öyrəndikdən sonra I
Pavel Iran hökumətinə Cənubi Qafqaza olan hər cür
iddiadan əl çəkməyi məsləhət gördü. Nümayəndəsinin
Sankt-
Peterburqdan qayıtmasını gözləməyən Fətəli şah
Cənubi Qafqazın bütün hakim feodallarına fərman
göndərib onlardan itaət əlaməti olaraq girov və böyük
məbləğdə pul tələb etdi. Rədd cavabını alan Fətəli Şah
öz qoşunlarına sərhədi keçməyi və feodal pərakəndəliyi
hökm sürən Cənubi Qafqazı ələ keçirməyi əmr etdi.
Cənubi Qafqazı fəth etmək fikrindən daşınmayan
Rusiya dövləti artıq hərbi əməliyyatın başlanması vaxtının
çatdığını qət etdi. I Pavel qoşunların Cənubi Qafqaza
yeridilməsi haqqında əmr verdi. Rusiya dövlətinin
tədbirlərindən xəbər tutan Iran qoşunları təcili geri
215
çəkildilər. Belə olduqda Rusiya dövləti də özünün Cənubi
Qafqa
za yürüşünü dayandırdı.
Sərbazlarının müasir texnika ilə silahlanmış
Rusiya qoşunlarından qat-qat zəif olduğunu anlayan
Fətəli şah ordusunun təşkilində yeniliklər aparmağa
başladı. Döyüşçülərin təlimi üçün Avropa ölkələrindən,
əsasən Fransadan hərbi mütəxəssislər dəvət edildi.
Beləliklə, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində
Cənubi Qafqaz uğrunda birinci Rusiya-Iran müharibəsinin
başlanması üçün zəruri şərtlər meydana çıxdı.
Dostları ilə paylaş: |