206
İrəvan xanlığı Çuxursəd bəylərbəyiliyi əsasında
təşəkkül tapmışdı. Nadir şah qətlə yetirildikdə Irəvan
bəylərbəyi Pir Mahmud xan hakimiyyəti əldən
verm
əməyə cəhd göstərmişdisə də,
Irəvanda Iran
ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir
Mehdi xan özünü xan elan edərək, müstəqil Irəvan
xanlığının əsasını qoydu.
Lakin Irəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün
ərazisini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və
digər xanlıqların tərkibinə daxil edildi. Irəvan xanlığı
Azərbaycanın qərbində Göyçə gölü ətrafında
yerləşmiş
və 15 mahaldan ibarət idi: Qırxbulaq, Zəngibasar,
Qarnibasar, Vedibasar, iərur, Suran, Dərək, Saatlı, Tala,
Seyidli-Axacl
ı, Sərdarabad, Gərni, Abaran, Dərəçiçək və
Göyçə. Xanlığın mərkəzi Irəvan şəhəri idi.
1751-
ci ildə bu xanlığı Urmiya xanı Fətəli xanın
sərkərdəsi Azad xan zəbt etdi. 1755-ci ildə Mir Mehdi
xanın qardaşı Həsənəli xan Irəvan xanlığını öz
hakimiyyəti altına almağa müvəffəq oldu. Daha sonra isə
xanlıq taxtına Həsənəli xanın qardaşı
Hüseynəli xan
keçdi.
Xanlıq
əhalisinin
böyük
əksəriyyətini
Azərbaycanlılar təşkil edirdi. Irəvan şəhəri əhalisinin
yalnız dörddə biri ermənilər idi. Xanlığın ərazisində
erməni dini mərkəzi "Üçmüəzzin" ("Eçmiədzin"), "Üçkilsə"
yerləşirdi, kilsənin başçısı katolikos Irəvan xanı tərəfindən
təyin olunurdu. Irəvana yiyələnməyə çalışan qonşu Kartli-
Kaxetiya çarları erməni katolikosunun köməyindən
istifadə etmək məqsədilə onunla gizli əlaqə saxlayırdılar.
1765 və 1769-cu illərdə gürcü çarlarının Irəvana
hücumları nəticəsində xan
onlara müəyyən qədər bac
verməyə məcbur olmuşdu. Lakin mərkəzi Iranda
hakimiyyəti ələ almış Kərim xan Zəndin tələbi ilə
207
Hüseynəli xan Kartli çarı II Irakliyə bac verməkdən imtina
etdi.
1779-
cu ildə Kərim xan Zəndin vəfatından sonra
II Irakli Irəvan xanlığına 20 minlik qoşunla hücum etsə də,
güclü müqavimətə rast gəlmiş və geri çəkilmişdir.
Irəvan xanlığının
Osmanlı imperiyası ilə
həmsərhəd olması bu dövrdə müstəsna əhəmiyyət kəsb
edirdi.
Osmanlılar
Irəvanı
gürcü
təcavüzündən,
ermənilərin himayədarı Rusiyanın ekspansiyasından
müdafiə edirdilər.
80-
ci illərdə Irəvan xanlığında
hakimiyyət
uğrunda baş verən çəkişmələr nəticəsində xanlıq xeyli
zəiflədi və bir müddət Xoy xanlığından asılı vəziyyətə
düşdü.
Rusiyanın
Cənubi
Qafqazda
nüfuzunun
artmasından narahat olan Osmanlı sultanı yeni Irəvan
hakimi Qulaməli xanı Gürcüstan əleyhinə qaldırmağa
çalışdı, lakin Qulaməli xan öldürüldü və yerinə
Əliməhəmməd xan keçdi.
II Ira
kli knyaz Baqrationun başçılığı
ilə Irəvan
xanının köməyinə min əsgərlik qoşun göndərdi. 80-ci
illərin sonlarında Irəvan xanlığı Kartli-Kaxetiya çarlığının
asılılığından çıxdı. 1795-ci ildə Ağa Məhəmməd şah
Qacarın yürüşü zamanı Irəvan qalası 35 günlük
mühasirədən sonra təslim oldu. Iran şahı Irəvan hakimi
Məhəmməd xanı həbs edərək yerinə Əliqulu xanı qoydu.
1797-
ci ildə Ağa Məhəmməd şahın ölümündən sonra
əhali Əliqulu xanı Irəvandan qovdu. Iran hökmdarı Fətəli
Şah Məhəmməd xanı həbsdən
buraxaraq yenidən xan
təyin etdi. Məhəmməd xan müstəqil siyasət yürüdərək
Irandan asılı olmamağa çalışırdı.
Adları çəkilən xanlıqlardan başqa, Kür ilə Araz
çaylarının qovuşuğunda
Cavad xanlığı və Kür çayının
208
mənsəbində daha bir kiçik xanlıq -
Salyan xanlığı
mövcud idi.
Dostları ilə paylaş: