Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə77/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   73   74   75   76   77   78   79   80   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Qarabağ 
xanlığının 
əsasını 
Cavanşirlər 
tayfasından olan Pənahəli xan (1748-1763) qoymuşdur. 
Xanlıq Iran hökmranlığı ilə mübarizədə yaranmış və 
möhkəmlənmişdir. Pənahəli xan gəncliyində qardaşı 
Behbudəli bəylə Nadir şahın yanında qulluq edirdi. Lakin 
1738-
ci ildə qardaşı edam edildikdən sonra Pənahəli xan 
doğma Qarabağa qayıtdı.
Nadir Şah tərəfindən təqib edilən Pənahəli xan 
müəyyən müddət Zəngəzur yaylağında, Qara Murtuza 
bəyin yanında oldu, sonra isə öz tərəfdarlarını 
toplayaraq, inzibati mərkəzlərə - Gəncəyə, Naxçıvana, 
Şəkiyə və digər yerlərə yürüşə başladı. Pənahəli xan dinc 
əhalini öz tərəfınə çəkmək üçün ələ keçirdiyi mal-qaranı, 
atları onlara bağışlayırdı.


200 
Tezliklə iyirmi minlik heyətdən ibarət Cavanşir-
Otuzikilər tayfasının başında duran Pənahəli xan Iran 
əsarətinə qarşı mübarizə aparan üsyançı dəstəyə 
rəhbərlik etməyə başladı.
Lakin Iran və ona düşmən olan yerli feodalların 
hücumlarından qorunmaq üçün gənc xana etibarlı 
sığınacaq - qala lazım idi. 1748-ci ildə Pənahəli xanın 
Kəbirli mahalında ilk iqamətgahı - Bayat qalası yarandı. 
Qısa müddət ərzində burada qala divarları, bazar, 
hamam tikildi. Təbriz və Ərdəbildən sənətkarlar dəvət 
edildilər. Bayat qalasının tikilməsi və Qarabağ xanlığının 
qüdrətinin artması tezliklə Şəki, Şirvan və Qarabağın bəzi 
feodal məliklərini narahat etdi. Onlar Pənahəli xana qarşı 
birgə çıxış etmək haqqında razılığa gəldilər. Məliklər Şəki 
xanı Hacı Çələbiyə məlumat verərək bildirdilər ki, 
"...Pənahəli xan burada taxta çıxmış, qala və səngər 
tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra 
onun qarşısında durmaq mümkün olmayacaqdır".
Şəkili Hacı Çələbi Pənahəli xana qarşı daha 
qətiyyətlə hərəkət etmək qərarına gəldi. O öz müttəfiqləri 
ilə Bayat qalasını mühasirəyə aldı və bir ay ərzində onu 
ələ keçirməyə cəhd göstərdi. Lakin Pənahəli xanın 
qohumları və "kiçikdən tutmuş böyüyə qədər çoxsaylı 
təbəələri onun köməyinə gəldilər". Böyük itki verərək 
məğlub olan Hacı Çələbi Kürün o tayına çəkildi və 
məyusluqla dedi: "Pənah xan bu vaxtacan bir sikkəsiz 
gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq".
Qarabağ xanlığı Pənahəli xanın varisi Ibrahim 
xanın (1763-1806) dövründə daha da gücləndi. Qarabağ 
x
anlığında əhalinin əsas məşğuliyyəti əkinçilik və 
maldarlıq idi. Pənahəli xan və Ibrahim xanın dövründə Mil 
düzünün keçmiş əsrlərdə dağıdılmış suvarma kanallarını 
bərpa etmək üçün cəhd göstərilmişdi. Gavurarx, 


201 
Luvararx, Saharx, Xanarxı və s. qaydaya salınmışdı ki, 
xanlar onların istismarından xeyli gəlir əldə edirdilər.
Azərbaycanın ticarət mərkəzlərindən birinə 
çevrilən Şuşada Qarabağın hüdudlarından da kənarda 
işlədilən pənahabadi adlı mis pul kəsirdilər.
Qarabağ xanlığında vergi və mükəlləfiyyətlərin 17 
əsas növü var idi: malcəhət (yaxud bəhrə), mirzəyana. 
otaqxərci, at arpası, dişkirəsi, çobanbəyi, qırxxana, 
kələntərlikxərci, fərraşpulu, şərbətçipulu və s. Vergi və 
mükəlləfiyyətlərin 
toplanması 
soyğunçu 
xarakter 
daşıyırdı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin