Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə85/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   81   82   83   84   85   86   87   88   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Gülüstan müqaviləsi. Böyük Britaniya hökuməti 
qüvvədən düşmüş Iranla Rusiya arasında barışığa yol 
verməməyə çalışırdı. 1810-1811-ci illərdə Türkiyə ilə 
müharibədə Rusiyanın bəzi uğurları sülh bağlanmasını 
tezləşdirdi. 1812-ci il mayın 16-da Buxarest barışığı 
imzalandı. Türkiyənin Qafqaz sərhədləri dəyişməz qaldı. 
Bununla Türkiyə Cənubi Qafqaz torpaqlarının çoxunun 
Rusiyaya qatılmasını tanımalı olurdu. 


225 
1812-
ci ilin başlanğıcında Abbas Mirzə 20 minlik 
ordu ilə yenidən Qarabağa girib Şahbulağı tutsa da, 
Kotlyarevski tərəfindən geri oturduldu. Həmin ilin yayında 
Fransanın böyük bir ordu ilə Rusiyaya soxulması Iranda 
ruh yüksəkliyi və sevinclə qarşılandı. Artıq iyul ayında 
Iranın atlı qoşunları Gəncəyə, sonra isə Şəkiyə basqın 
etdi. 
Avqust ayında 10 minlik Iran ordusu Talış 
xanlığına soxuldu. Ancaq burada da yerini bərkidə 
bilmədi. Ağoğlandan rus qoşunu ilə gələn Kotlyarevski 
oktyabrın 18-də Aslandüz döyüşündə Abbas Mirzəyə 
sarsıdıcı zərbə endirdi. Rus ordusu Talış xanlığına 
yönəldi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası tutuldu. 
Rusiyanın Qafqazdakı yeni baş komandanı Rtişşev 
təşəbbüsü bütünlüklə öz əlinə aldı. Rusiyanın Fransaya 
qarşı 1812-ci il müharibəsində uğur qazanması Iranın 
bütün ümidlərinə son qoydu. 
Iranın 
müharibəni 
uduzması, 
beynəlxalq 
münasibətlərin köklü dəyişilməsi sülh işini tezləşdirdi. 
Yaranmış şəraitdən istifadə edən Ingiltərə Rusiya-Iran 
arasında danışıqlarda vasitəçilik etməyə nail oldu. 1813-
cü il oktyabrın 12-də Qarabağda müqavilə imzalandı. 
Gülüstan müqaviləsi adı ilə tarixə düşən bu müqavilə ilə 
Azərbaycan torpaqları iki yerə parçalandı. 
Azərbaycan 
xanlıqlarının 
ləğv 
edilməsi. 
Rusiyaya qarşı silahlı müqavimət göstərən xanlıqlar – 
G
əncə, Quba, Bakı – dərhal yox edilmişdi. Yermolov 
Irandan Tiflisə döndükdən sonra növbə vassal xanlıqlara 
çatdı. Iranla yeni müharibə başlayacağı halda vassal 
xanlıqların Rusiyaya qarşı çıxacağını yaxşı anlayan baş 
komandan xan sülalələrini aradan götürmək üçün birbaşa 
təxribat üsulları işlətməkdən də çəkinmədi. 1819-cu ildə 
ilk olaraq Şəki xanlığı ləğv edildi. Sonuncu Şəki hakimi 
Ismayıl xan erməni generalı Mədətovun göstərişi ilə 


226 
zəhərlənərək öldürüldü. Bu haqda Iran hökumətinin rəsmi 
bəyanat verməsinə baxmayaraq, xanlığın bütün xəzinəsi 
və mülkləri müsadirə edildi. Xan ailəsi var-yoxdan 
çıxarıldı. Həmin ildə Qazax və Şəmşəddil sultanlıqları, 
1820-
ci ildə Şirvan xanlığı ləğv edildi. 
Qarabağda Mehdiqulu xana qarşı qardaşı oğlu 
Cəfərqulu ağanı qoydular. Cəfərqulu ağanın adından 
guya Mehdiqulu xanın Mədətovu öldürtmək istəməsi 
barədə yalan donos yazdırdılar. Mehdiqulu xan Irana 
qaçmalı oldu. Ruslardan xanlığa yüksələciyini gözləyən 
Cəfərqulu ağa isə Simbirskə sürgün edildi. Qarabağ 
xanlığının bütün var-dövləti Rusiya xəzinəsinə keçdi, 
saysız torpaq mülkləri, ilxı və sürüləri müsadirə edildi. 
1826-
cı ildə Talış xanlığının vassal varlığına da son 
qoyuldu. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin