Азярбайжан республикасы дахили ишляр назирлийи


partiyasının oqranı olan “Açıq söz” qəzetini nəşr



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə103/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   99   100   101   102   103   104   105   106   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi


partiyasının oqranı olan “Açıq söz” qəzetini nəşr 
etdirm
əyə başladı. M.Ə.Rəsulzadə və partiya üzvlərinin 
çap etdirdikləri məqalələr Azərbaycanlılar arasında 
türkçülük və millətçilik ideyalarının yayılmasında mühüm 
rol oynadı. 
“Müsavat” partiyasının yaranması ilə Azərbaycan 
milli h
ərəkatı özünün yeni inkişaf mərhələsinə qədəm 
qoydu. Milli-
azadlıq hərəkatının yüksəlişində, xalqımızın 
milli m
ədəni bir varlıq olaraq dünya millətlərinə 
t
anıdılmasında, 
Azərbaycan 
Cümhuriyyətinin 
yaradılmasında 
“Musavat” 
partiyasının 
müstəsna 
xidm
ətləri olmuşdur. 


270 
Sual 3. 
Cənubi Azərbaycan 1828-1911-ci illərdə. 
Türkmənçay müqaviləsindən sonra Irana qatılan və 
onun 4 əyalətindən birini təşkil edən Azərbaycan əyaləti 
ərazisinə ilk dövrlərdə cənubda Həmədan, cənub-şərqdə 
Zəncan və Qəzvin mahalları da daxil idi. Sonralar 
Azərbaycan əyalətinin inzibati sərhədləri daraldılmış və 
1906-
cı ildə qəbul olunmuş seçki nizamnaməsində bu 
əyalətə Təbriz, Urmiya, Xoy, Deyləmqan, Maku, Marağa, 
Binab, Miyandoab, Sovucbulaq, Dehxarqan, Mərənd, 
Əhər, Ərdəbil, Meşan, Astara, Xalxal, Sərab, Miyanə və 
Sainqala mahalları daxil edilmişdi. Say etibarilə 
azərbaycanlılar həmişə farslardan sonra II yerdə 
olmuşlar. Gülüstan müqaviləsindən sonra Iran hökuməti 
Cənubi Azərbaycan əyalətində bir sıra nüfuzlu və qüvvətli 
xanların 
hakimiyyətini 
tanımaqla 
onları 
ayrı-ayrı 
xanlıqların hakimi təyin etdi və daxili işlərinə qarışmır, 
onlardan vergi və əsasən silahlı qüvvə tələb edirdi. 
Qacarların hakimiyyəti dövründə Iran ordusunun əsas 
piyada və atlı hissələri məhz Cənubi Azərbaycanın 
müxtəlif təbəqələrindən toplanan qüvvələr idi. Maku, 
Urmiya, Nəmin və Gərgər kimi güclü xanlıqlar istisna 
olmaqla qalanları ləğv olundu. Dövlət keçmiş xanlıqların 
yerin
ə yaradılmış ayrı-ayrı vilayətlərə lazım bildiyi 
adamları hakim təyin edirdi. Qacarlar sülaləsinin daxili 
siyasətində Cənubi Azərbaycan xüsusi yer tuturdu. Fətəli 
şah dövründə Cənubi Azərbaycan «vəliəhdneşin» 
(vəliəhd 
yerləşən 
yer) 
hesab 
edilmiş, 
«darüssəltənə»(səltənət evi) adlandırılan Təbrizdə isə 
bundan sonra həmişə Qacarların rəsmi vəliəhdləri 
oturmuşdular. Bu isə Azərbaycanın Iran üçün iqtisadi və 
siyasi əhəmiyyətindən doğurdu. Vəliəhdin Təbrizdə 
oturması və onun II paytaxt olması ilk dövrlərdə xarici 


271 
diplomatik nümayəndələrin iqamətgahının məhz burada 
yerləşdirilməsinə səbəb olmuşdu. 
Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra 
Iranla Rusiya arasında diplomatik münasibətlər bərpa 
edildi. Irana göndərilən səlahiyyətli rus səfirinin 
iqamətgahı Rusiya və Türkiyənin baş konsulluqları da 
Təbrizdə yerləşirdi.
Şahzadələr 
içərisindən 
təyin 
olunan 
valinin 
(qaim
məqam) sərəncamında olan böyük idarə aparatında 
Təbriz şəhərinin bəylərbəyi əyalətdə yerləşən bütün 
nizami qoşun və ümumiyyətlə əyalətin maliyyə işlərinə 
başçılıq edən mustofi və b. daxil idi. Yerlərdə bu aparat 
nisbətən kiçik miqyasda təkrar edilirdi.
XIX əsrin 30-60-cı illərində Cənubi 
Azərbaycanda əhalinin əsas məşğuliyyəti əkinçilik və 
maldarlıq idi. Təkcə kənd əhalisinin deyil, şəhər əhalisinin 
də bir hissəsi əkinçilik, bağçılıq, bostançılıq və digər kənd 
təsərrüfatı 
sahələri 
ilə 
məşğul 
olurdu. 
Cənubi 
Azərbaycanda ən məhsuldar taxılçılıq və meyvəçilik 
rayonlarından biri idi və əyalətdən taxılla yanaşı quru 
meyvələr də ixrac olunurdu. XX əsrin 60-70-ci illərinə 
qədər 
Cənubi 
Azərbaycan 
Iranın 
taxılçılıq 
və 
heyvandarlıq bazası hesab edilirdi. Şəhərlərdə müxtəlif 
sənətkarlıq sahələri-ayaqqabı, saxsı və ya mis qab-
qacaq, digər məişət şeyləri, təsərrüfat alətləri və s. 
istehsalı xeyli inkişaf etmişdi. Rusiya və Ingiltərənin 
Iranda əldə etdikləri imtiyazlı müqavilələr nəticəsində 
xarici malların ölkəyə geniş və maneəsiz axını ilə bağlı 
Azərbaycandakı bir sıra emalatxanalar və sexlər 
rəqabətə 
davam 
gətirməyərək 
öz 
fəaliyyətini 
dayandırmalı oldular.
Cənubi Azərbaycan şəhərlərində hələ XX əsrin 20-ci 
illərinin əvvəllərinə qədər də orta əsrlərə xas olan sex 
quruluşu qalmaqla davam edirdi. Bununla yanaşı daxili 


272 
və xarici bazarda rəqibi olmayan malların istehsalı ilə 
məşğul olan sahələr üzrə muzdlu əməkdən istifadə edən 
manufakturaların yaranması və onlara xas münasibətlərin 
formalaşması prosesi inkişaf edirdi. Şimali Azərbaycan, 
onun vasitəsilə Qafqaz və Rusiya ilə mədəni, iqtisadi 
əlaqələrin davam etməsi ilə bağlı Cənubi Azərbaycan XIX 
və XX əsrin əvvəllərində Iranın ictimai-siyasi, mənəvi 
inkişafında mühüm mövqe tuturdu. Bununla belə XIX 
əsrdə və XX əsrin əvvəllərində bütün Iranda olduğu kimi 
Cənubi Azərbaycanda da iqtisadi durğunluq özünü 
göstərirdi. Bunun əsas səbəbi Iran dövlətinin Avropa 
dövlətləri ilə bir-birinin ardınca bağladığı qeyri-bərabər, 
aldadıcı müqavilələr, o cümlədən ticarət müqavilələri və 
onlardan aldıqları yüksək faizli borclar və s. nəticəsində 
ölkədə təslim rejiminin yaranması idi. Iran, eləcə də 
Cənubi Azərbaycan Ingiltərə və Rusiyanın sənaye 
mallarının satış bazarına, eyni zamanda bu ölkələrin, 
başlıca olaraq çar Rusiyasının sənayesini xammalla 
təchiz edən mənbəyə çevrildi. Iranın ümumdünya 
bazarına cəlb olunması bəzi sənaye sahələrinin-dağ-
mədən sənayesi, kənd təsərrüfatı mallarının emalı ilə 
məşğul olan sahələrin yaranmasına və istehsalına 
müsbət təsir göstərirdi. Lakin bu asılı ölkələrə xas olan 
birtərəfli inkişaf idi.
Xarici bazarda, o cümlədən Rusiya bazarında, 
pambıq, xammal, boyaq maddələri, yun, gön-dəri, 
bağırsaq və s. kimi əkinçilik və heyvandarlıq 
məhsullarına, həmçinin bəzi sənətkarlıq mallarına olan 
tələbatın artması həmin sahələrin qismən Azərbaycanda 
da inkişafına təkan verdi.
XIX əsrin son rübündə xalça istehsalı sənayenin 
kapitalist münasibətləri inkişaf etmiş ən başlıca sahəsi idi. 
Təbrizdə pambıq, tütün, xına və s. ilkin emalı üzrə 
müəssisələr də fəaliyyət göstərirdi. XX əsrin əvvəllərində 


273 
ayrı-ayrı müəssisələrdə muzdlu əməkdən istifadə artıq 
səciyyəvi hal olmuşdu.
Iranda xarici kapitalın və feodal üsulu idarəsinin 
hökmranlığı Cənubi Azərbaycanda da milli sənayenin 
inkişafı üçün çox böyük maneələr yaradırdı. Belə bir 
vəziyyətin yaranması xarici bazarın tələbinə uyğun olaraq 
burada ticarət əkinçiliyinin artmasına, torpağın kapital 
tətbiqi üçün yeganə sabit obyekt və gəlir mənbəyinə 
çevrilməsinə səbəb olmuşdur. Əksərən torpaqsız olan və 
başqa istehsal vasitələrinə isə qismən malik kəndli əkin 
üçün sahəsi feodaldan paydarlıq icazəsi əsasında 
icarəyə götürürdü. Kəndli icazə haqqından başqa, 
mülkədara əlavə vergilər verir, feodal mükəlləfiyyətləri 
daşıyırdı. Bundan başqa kəndlilər feodalın torpağını idarə 
edən mübaşir, kətxuda və başqa məmurların öz xeyirləri 
üçün təyin etdikləri əlavə vergilər də verməli olurdular.
XX 
əsrin 
əvvəllərində 
Cənubi 
Azərbaycanda 
kəndlilərdən alınan müstəqim və qeyri-müstəqim 
vergilərin miqdarı xeyli (10 dəfə) artırıldı. Nəticədə 
Azərbaycandan Bakı, Tiflis, Petrovska kəndlilərin, 
kəsbkarlığı gedənlərin güclü axını başlandı. 1903-cü ilin 
məlumatına görə Bakıda Cənubi Azərbaycandan gəlmiş 
işçilərin sayı yerli işçilərin 22 %-ə qədərini təşkil edirdi.
Vəliəhdin iqamətgahının Cənubi Azərbaycanda 
yerləşməsi bir tərəfdən bu vilayətin ölkə miqyasında 
xüsusi mövqeyə malik olmasını şərtləndirirsə, digər 
tərəfdən də yerli əhalinin yaşayış tərzinin ağırlaşmasına, 
m
ənəviyyatının ətalətinə səbəb olurdu. Belə ki, Qacar 
şahzadələri öz ad, məqam və malik olduqları ixtiyardan 
istifadə edərək şahın özünün istibdadından daha şiddətli 
və daha qəddar bir istibdadla xalqı incidirdilər. Əhali həm 
yerli xanların, həm də hakim sülalənin getdikcə 
möhkəmlənən hakimiyyətinin zülmünə məruz qalırdı. 
Azərbaycanda 
hakim 
dairələrin 
zülm 
siyasəti–


274 
qanunsuzluq, soyğunçuluq, yerli əhalinin müxtəlif 
təbəqələri içərisində narazılığın artmasına, kütləvi 
həyəcan və çıxışların baş verməsinə səbəb oldu. 30-cu 
illərin sonu-40-cı illərin əvvəllərində bir neçə dəfə çıxış 
oldu, lakin tez də yatırıldı. 1847-ci ildə Zəncanda 
sənətkarlar, xırda tacir və şəhər yoxsulları hakimə qarşı 
çıxmış və onu şəhərdən qovmuşdular. 1848-ci ildə 
Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş 
verdi. 1850-
ci ildə Zəncanda babilər üsyana qalxdılar. 
Babizmin banisi Şirazda xırda tacir ailəsində doğulmuş 
seyid Əli Məhəmməd olmuşdur. O, özünü son imam 
Mehdi ilə xalq arasında vasitəçi elan etmiş və buna görə 
1844-
cü ildən Bab (ərəbcə -qapı) ləqəbini götürmüşdür. 
Zəncanda babilərin sayı 15 minə çatırdı. Onlar şəhər 
qalasını tutdular. Şəhər 2 hissəyə bölünmüş oldu. Babilər 
kəndli, sənətkar, tacir və ruhanilikdən ibarət idilər. Ətraf 
kəndlərdən olan əhali onları gizli olaraq ərzaqla təmin 
edirdi.
Iyunun əvvəlində şahın göndərdiyi qoşun Zəncanı 
mühasirəyə aldı, lakin üsyançıların ciddi müqavimətinə 
rast gələrək geri çəkilməli oldu. Dekabr ayında 30 minlik 
şah qoşunu və feodal dəstələri Zəncanı yenidən 
mühasirəyə alarıq hücuma keçdilər. Üsyançıların çoxu 
həlak oldu, onun başçısı Məhəmmədəli isə aldığı 
yaradan 3 gün sonra vəfat etdi. Şah qoşunu silahı yerə 
qoyan üsyançıların hamısını qırdı. Beləliklə, 1850-ci il 
dekabrın sonunda Zəncan üsyanı yatırıldı. 1848-1852-ci 
illərdə bütün Iranda babilər hərəkatı məğlub edilsə də, 
onların tərəfdarları günü-gündən artırdı. Babi üsyanları öz 
ictimai-
siyasi məzmunu və kütləviliyi ilə başqa çıxışlardan 
fərqlənir və özünəməxsus yer tuturdu.
XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi 
Azərbaycanda xarici imperialistlərə və onlarla əlaqədə 
olan 
yerli 
irtica 
qüvvələrinə, 
onların 
ölkədəki 


275 
özbaşınalığına və çapqınlıq siyasətinə qarşı xalqın 
narazılığı artmağa başlayır, bəzi yerlərdə kütləvi çıxış və 
tətillər baş verir. 8 mart 1890-cı ildə Nəsrəddin şah bütün 
Iranda tütün almaq, satmaq və emal etmək üçün 
ingilislərə konsessiya verilməsi barədə müqavilə 
imzalayır və bu, xalqın böyük narazılığına səbəb olur. 
Etiraz əlaməti olaraq 19 avqust 1891-ci ildə Təbriz bazarı 
bağlanır, 20 min nəfərə yaxın adam silahlanır və şaha 
teleqram vururlar ki, heç bir halda bu müqaviləni qəbul 
etməyəcəklər. 
Əks 
təqdirdə 
Təbrizdəki 
ingilis 
konsulluğunu məhv edəcəklər. Şah verilmiş imtiyazları 
tezliklə ləğv etməyə məcbur oldu və avqust ayının 30-da 
bu haqda Təbrizə rəsmi teleqram göndərdi. Iran 
xalqlarının, eləcə də azərbaycanlıların müharibə tarixində 
«Tənbəki üsyanı» kimi məşhur olan bu hərəkatda 
Azərbaycanın ticarət burjuaziyası, sənətkarları, onlara 
qoşulmuş ruhanilər, digər təbəqələrin nümayəndələri 
iştirak edirdilər. Bu hərəkat Cənubi Azərbaycanda xarici 
kapitala, yerli irtica qüvvələrinə və onların hökmranlığına 
qarşı yönəldilmiş milli-azadlıq mübarizəsinin ilk və çox 
təsirli mərhələsini təşkil etmiş və xalq arasında siyasi, 
milli şüurun oyanmasına, formalaşmasına və inkişafına 
güclü təkan vermişdi. Cənubi Azərbaycanda demokratik 
fikrin yayılması, milli və siyasi şüurun oyanmasına Şimali 
Azərbaycanda gedən inqilabi proseslər də güclü təsir 
göstərirdi.
1905-1911-
ci illər Iran inqilabı dövründə Cənubi 
Azərbaycanda Iranın başqa rayonlarına nisbətən sosial-
ziddiyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq 
ədalətli quruluş yaradılmasını tələb edirdi. Artmaqda olan 
hərəkatın təzyiqi altında Iran şahı xalqın tələblərini yerinə 
yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya 
verilməsi haqqında şah fərmanı elan olundu.


276 
1906-
cı ilin sonunda Təbrizdə gizli siyasi qrup və 
cəmiyyətləri tərəfindən əsası 1904-cü ildə qoyulmuş
RSDFP-
nın Bakı təşkilatı və «Hümmət» qrupu ilə yaxın 
əlaqə və hərəkat birliyi olmuş «ictimaiyyini-amiyyin» 
firqəsi yarandı. Partiyanın proqramı RSDFP-nın proqramı 
əsasında tərtib olaraq yerli siyasi, sosial-iqtisadi şəraitə 
uyğunlaşdırılaraq hazırlanmışdı. Təbriz sosial-demokratik 
təşkilatının «Mərkəzi-e qeybinə» (Gizli mərkəz) Əli Müsyö 
başçılıq edirdi. 
1906-
cı il sentyabrın 9-da Məclisə seçkilər keçirilməsi 
haqqında əsasnamə imzalandı. Sentyabrın 20-də Təbriz 
üsyançıları öz tələblərinə saraydan müsbət cavab aldılar. 
Bu uğurlar xalqı daha da ruhlandırdı. Kütləni öz ətrafında 
birləşdirmək üçün bir mərkəz yaratmaq zərurəti doğdu. 
Hərəkat başçılarından 20 nəfəri ilk rəsmi siyasi 
əncümənin –«Azərbaycan əyalət əncüməni»nin əsasını 
qoydu. 1906-
cı ilin noyabr-dekabr aylarında Urmiya, 
Salmas, Marağa, Ərdəbil, Zəncan, Xalxal, Xoy, Maku, 
Binav, Astara və b. şəhərlərdə vilayət əncümənləri 
yaradılmağa başladı. Beləliklə, əncümənin nüfuzu hər 
yerə yayılmış oldu.
1906-
cı il oktyabr ayının 20-dən noyabrın 5-nə kimi 
Azərbaycan seçkilərində qələbə qazanmış nümayəndələr 
1907-
ci ilin fevral ayının 8-də Azərbaycan elçiləri adı ilə 
Tehrana gəldilər və əyalət əncüməninin saraya verdiyi 
tələblərin məclisdə müzakirəsi zamanı möhkəm dəlillərlə 
onların həyata keçirilməsi haqqında razılıq əldə etməyə 
nail oldular. Bu qələbə şahı qorxudaraq mütləq 
monarxiyanı bərpa etmək fikrinə saldı. Ölkənin hər 
yerində demokratik qüvvələrə qarşı basqınlar təşkil edildi. 
Onların qarşısını almağa çalışan demokratik qüvvələr 
məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin 
olduğu «Konstitusiyaya əlavələr»in qəbul edilməsini ciddi 
tələb etdilər. Bununla yanaşı sosial-demokratlar irtica 


277 
qüvvələri qarşısında inqilabın əsas məqsədlərini, qəbul 
edilmiş konstitusiyanın həyata keçirilməsini təmin etməyin 
yolunu kütlələrin gücündə, onların silahlanmasında 
görürdülər.
Artıq 1907-ci ilin iyun ayında Urmiya şəhərində 
yüzlərlə silahlı mücahid əncümənin göstərişlərini həyata 
keçirməyə hazır idi. Azərbaycanın təcrübəsi Tehranda da 
tətbiq olunmağa başladı. 1907-ci ilin oktyabrında şah 
tərəfindən məhdud burjua azadlıqlarını nəzərdə tutan 
Konstitusiyaya «Əlavələr» qəbul edildi. Sənədin təsdiqi 
inqilab cəbhəsinə qarşı hücuma hazırlaşmağa başladı və 
bu yolda bütün vasitələrdən –Türkiyə, Ingiltərə və çar 
Rusiyasının hakim dairələrinin köməyindən istifadə 
etməkdən belə çəkinmədi.
Demokratik hərəkata qarşı hücum hazırlamaq 
məqsədilə Tehranda «Fetovval» və «Səadət», eyni 
zamanda Təbrizdə «Islamiyyə» adlı irticaçı əncümənlər 
təşkil edildi. Şah və onun ətrafında toplanmış mürtəce 
qüvvələr tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından 
hazırlanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 
23-
də həyata keçirildi. Əksinqilab bütün Iranda hücuma 
keçdi. Inqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə 
keçdi. 
Irticaçılar Əmirxiz məhəlləsini Təbriz üsyanının 
görkəmli rəhbəri Səttar xanın dəstəsi şəhərin cənub-
şərqində yerləşən Xiyaban məhəlləsini isə Bağır xanın 
başçılıq etdiyi hissələr müdafiə edirdilər. Üsyanda 
kəndlilər, fəhlələr, şəhər xırda burjuaziyası və milli 
burjuaziya iştirak edirdi. Təbrizin müqaviməti şahı narahat 
edirdi. Buna görə 1908-ci ilin avqustunda 40 minlik ordu 
bura göndərildi. Sentyabrın 25-dən Təbriz üzərinə 2 gün 
davam edən hücum başlandı. Lakin hücum uğursuzluqla 
nəticələndi və oktyabrın 12-də əksinqilabi qüvvələr şəhəri 
tərk edib qaçmağa məcbur oldular. Təbriz üsyançılarının 


278 
qələbə xəbəri tezliklə Irana, Qafqaza və Avropaya 
yayıldı. Paris, Istanbul, Nəcəf, Tiflis, Bakı və digər 
şəhərlərdən Səttar xanın ünvanına təbrik teleqramları 
göndərildi. Xalq onu «Sərdar-e milli», Bağır xanı «Salar-e 
milli» adlandı. 1909-cu ilin fevralına qədər Cənubi 
Azərbaycanın bütün qərb vilayətləri, Maku istisna 
olmaqla, inqilabçıların əlinə keçdi. Lakin Məhəmmədəli 
şah Təbrizə göndərmək üçün 40 minlik silahlı qüvvə 
topladı. 1909-cu ilin yanvarın axırlarında Təbriz yenidən 
mühasirəyə alındı. Fevral-mart aylarında şəhərə hücum 
başladı. Mühasirədə olanlar aclıqdan əziyyət çəksələr də 
qələbə çaldılar. Aprelin 14-də uzun müddət Marağanı 
qubernatoru olmuş Səməd xanın qoşunları Təbrizə 
hücum etdilər. Digər tərəfdən, ingilislər və çar Rusiyası 
açıq müdaxiləyə əl atdılar. Çar Rusiyası xarici 
konsulluqları və təbəələri müdafiə etmək və guya Təbrizə 
ərzaq daşınmasını təmin etmək bəhanəsi ilə 1909-cu il 
aprelin 29-
da öz qoşunlarını Təbrizə yeritdi. Bununla da, 
Təbriz üsyanı yatırıldı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin