Азярбайжан республикасы дахили ишляр назирлийи


Azərbaycan Birinci Dünya müharibəsi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə105/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   101   102   103   104   105   106   107   108   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Azərbaycan Birinci Dünya müharibəsi 
illərində. Fevral inqilabı və Azərbaycan. 
2. 
Azərbaycan 
Zaqafqaziya 
dövlətçiliyi 
sistemində.
3. 1917-1920-
ci illərdə Cənubi Azərbaycanda 
milli-
azadlıq hərəkatı. 
 
Sual 1. 
Azərbaycan Birinci Dünya 
müharibəsi illərində. Fevral inqilabı və 
Azərbaycan. 
Az
ərbaycan 
müharibə 
ed
ən 
dövlətlərin 
planlarında. 1914-cü il avqustun 1-də başlayan I Dünya 
müharibəsi dünyanı yenidən bölüşdürmək uğrunda 
mübarizə aparan iki təcavüzkar hərbi-siyasi bloka – 
Antanta v
ə Dördlər İttifaqına daxil olan dövlətlər arasında 
aparılan imperialist müharibəsi idi. 
Müharibədə iştirak edən hər iki hərbi-siyasi bloka 
daxil olan dövlətlərin xüsusi işğalçılıq planları var idi. 
H
əmin hərbi planlarda Qafqaz, xüsusilə də əlverişli 
coğrafi mövqeyə, zəngin yeraltı və yerüstü təbii sərvətlərə 
malik olan Az
ərbaycan mühüm yer tuturdu. XX sərin ən 
mühüm strateji məhsulu olan neft uğrunda və 
Az
ərbaycan neft sənayesində hakim mövqe uğrunda 
mübarizə edən hər bir iri kapitalist dövlətinin 
Az
ərbaycanla bağlı planları var idi. Müharibə ərəfəsində 
Bakı nefti uğrunda kəskinləşən mübarizədə ingilis və 
alman inhisarçı birlikləri arasında rəqabət daha da 
güclənmişdi. Bu dövrdə Azərbaycan neft sənayesinə 


281 
qoyulan 112 milyon manat xarici kapitalın 54 milyonu 
ingilisl
ərə, 43 milyonu fransızlara və cəmi 10 milyonu 
almanlara m
əxsus idi. 
Yaxın və Orta Şərqdə ingilislərin mövqelərinə 
z
ərbə vurmağa Rusiyadan Qafqazı qoparıb almağa
çalışan Almaniya Bakı neftini ələ keçirmək istəyirdi. 
Almaniyanın əsas məqsədi Qafqazın ən zəngin regionu 
olan Az
ərbaycanı Rusiyadan ayırıb müharibə edən 
t
ərəflər arasında bufer dövlətə çevirmək və Bakı neftinə 
n
əzarəti ələ keçirmək idi. Almaniya öz işğalçılıq 
planlarında Türkiyədən bir müttəfiq kimi istifadə edirdi. 
Almaniya Türkiyənin köməyi ilə Qafqazı və On 
Asiyanı nüfuz dairəsində saxlamaq, Hindistana və 
Əfqanıstana yol açmaqla Rusiyanın və İngiltərənin 
mövqelərini sarsıtmaq niyyətində idi. Əvəzində Türkiyəyə 
Qafqaza sahib olmaq üçün hər cür kömək göstərəcəyini 
v
əd edirdi. 
İngiltərə isə Bakı neftini ələ keçirməklə alman 
kapitalının Bakı neft sənayesinə nüfuz etməsinə mane 
olmağa, ABŞ-ın dünya neft bazarında nüfuzunu 
z
əiflətməyə çalışırdı. 
Rusiya da öz növbəsində Bakı neftindən imtina 
etm
ək fikrində deyildi. Üstəlik Rusiyanın bu regionda 
m
əqsədi boğazlara sahib olmaq, İstanbulu ələ keçirmək, 
Türkiyəni bölüşdürməklə onun şərqində Rusiyadan 
vassal asılılığında olan Ermənistan dövləti yaratmaq idi. 
Türkiyənin əsas məqsədlərindən biri Qafqazda öz 
t
əsirini gücləndirmək, Rusiya imperiyasında müstəmləkə 
əsarətində yaşayan müsəlman türk xalqlarını çarizmin 
müstəmləkə əsarətindən qurtarmaq, Rusiya ilə Türkiyə 
arasında bufer rolunu oynayan müsəlman dövləti 
yaratmaq idi. 
1914-
cü il oktyabrın 31-də Qafqaz cəbhəsində 
h
ərbi əməliyyatlar başlandı. Qafqaz cəbhəsi Batumdan 


282 
C
ənubi Azərbaycandakı Urmiya gölünədək uzanırdı. 
T
ürk qoşunları Qars-Batum istiqamətində hücuma 
keçdilər. Noyabrın 17-dək davam edən ilk döyüşlərdə
Türk ordusu qalib gəldi. Bundan ruhlanan Ənvər paşa 
Sarıqamış istiqamətində hücuma keçərək Qarsı tutmağı 
q
ərara aldı. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-
d
ən 1915-ci il yanvarın 18-nə kimi davam etdi. Lakin ağır 
qış şəraiti, əsgərlərin hərbi sursat və ərzaq çatışmazlığı, 
h
ərbi əməliyyat planında ciddi qüsurların olması, rus 
ordusunun canlı qüvvəsinin və hərbi texnikasının 
üstünlüyü və s. səbəblərə görə Sarıqamış əməliyyatında 
t
ürk ordusu ağır itki verərək məğlub oldu. Rus ordusu 
T
əbrizi ələ keçirdi və türkləri Cənubi Azərbaycandan 
sıxışdırıb çıxartdı. Müharibənin sonunadək Qafqaz 
c
əbhəsində elə bir ciddi dəyişiklik baş vermədi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin