283
düşmənin üç təyyarəsini məhv etmişdi) ölümündən sonra
“Müqəddəs Georqi” ordeninə layiq görülmüşdü.
Müharibənin Azərbaycan iqtisadiyyatına təsiri.
Müharibə cəbhəyanı bölgəyə çevrilmiş Azərbaycanın
iqtisadiyyatına çox ağır təsir göstərmişdi. Neft hasilatı
aşağı düşmüş, qazma işləri azalmış, dəmir yolu və dəniz
g
əmiçiliyi daşımanın öhdəsindən gələ bilmirdi. Müharibə
başlananda Azərbaycanda 431
milyon pud neft hasil
edilmişdisə, 1917-ci ildə bu rəqəm 402 milyon puda
enmişdi.
Müharibənin törətdiyi çətinliklər təsərrüfatın digər
sah
ələrində də özünü göstərirdi. Dağ-mədən, ipəkçilik və
başqa sənaye sahələrində də gerilik əmələ gəlmişdi.
G
ədəbəydə mis çıxarılması 1913-cü ildəki 1,8 milyon
puddan 1915-ci ild
ə 103
min puda, mis istehsalı isə
h
əmin dövrdə 49,7 min puddan 2,5 min puda enmişdi.
Şuşa və Nuxada fəaliyyət göstərən ipək emalı
fabrikl
ərinin yarıdan çoxu işləmirdi. Pambıq parça
istehsalı da kəskin surətdə azalmışdı, 1917-ci ildə
Az
ərbaycanda tütün istehsalı müharibədən əvvəlki
s
əviyyənin 30 %-ni təşkil edirdi. Balıqçılıq sənayesində
d
ə istehsal müvafiq olaraq 11,6 min puddan 7,2 min puda
enmişdi.
Müharibə illərində kənd təsərrüfatı
da böhran
keçirirdi. Əkinçilik və maldarlıq xeyli ixtisara düşdü,
pambıq əkilən sahələr əsaslı surətdə azaldı, bağçılıq və
üzümçülük tənəzzülə uğradı. 1915-ci il iyunun 15-də çar
hökuməti “özgə xalqlar”dan olan 18 yaşından 43 yaşadək
olan kişilərin müharibə ilə əlaqədar işlərə səfərbərliyə
alınması barədə fərman verdi. Arxa cəbhədə işləmək
üçün səfərbərliyə alınan azərbaycanlılar əsasən cəbhəyə
xidm
ət edən yardımçı işlərdə çalışırdılar. Çarın fərmanına
əsasən 50 mindən artıq azərbaycanlının səfərbərliyə
alınması kəndlərdə işçi qüvvəsinin sayını xeyli azaltmışdı.
284
Müharibə
dövründə
Az
ərbaycan
k
əndinin
işçi
qüvvəsindən, qoşqu heyvanlarından,
əmək alətlərindən,
toxumdan,
ərzaqdan məhrum edilməsi, Rusiya və xarici
bazarlarla
əlaqələrin kəsilməsi Azərbaycan kəndində
ciddi t
əsərrüfat böhranına səbəb oldu. Taxıl əkinləri 1914-
1915-ci ill
ər ərzində 43 % azaldı,
dənli bitkilər əkilən
sah
ələr Yelizavetpol quberniyasında 1913-cü ilə nisbətən
1916-
cı ildə 70 %, Şuşa qəzasında isə 80% azaldı. Taxıl
istehsalı müharibədən əvvəlki dövrün 60%-nə enmişdi.
Davarların və iri buynuzlu mal-qaranın sayı ayrı-ayrılıqda
yarım milyon baş azalmışdı. Atların sayı 200 min başdan
81 min başa enmişdi.
Müharibə illərində ərzaq məhsullarının qiyməti
d
əfələrlə artmışdı. Zəruri ərzaq məhsullarının: çörəyin,
ətin, yağın, südün, düyünün və s. qiymətləri 300-500%
artmışdı. 1914-cü ilə nisbətən 1916-cı ildə çörəyin qiyməti
226 %, 1917-ci ild
ə isə 300 % artmışdı. Qaçqınların və
əsgərlərin hesabına Bakı şəhərində əhalinin sayı 70 min
n
əfər artmışdı. Ərzaq böhranı şəraitində əhalinin axını
burada
v
əziyyəti daha da gərginləşdirir, xalqın
narazılığını artırırdı.
1916-
cı ilin fevralında Bakıda qadınların aclığa,
bahalığa, möhtəkirliyə qarşı kütləvi etiraz aksiyası baş
verdi. Fevralın 14-16-da minlərlə qadın küçələrə çıxaraq,
mağazaları, anbarları, ticarət köşklərini yandırdı və
dağıtdı. İki gün ərzində polislə toqquşma nəticəsində 64
adam h
əlak oldu, şəhərə 3 milyon rubl dəyərində ziyan
d
əydi. Qadınların üsyanını yatırmaq
üçün hökumət
Bakıya Tiflis, Port-Petroviç, Dərbənd, Yelizavetpol və s.
şəhərlərdən yüzlərlə polis, atlı kazak, artilleriya gətirməyə
m
əcbur oldu. Xalqın narazılığı getdikcə artmaqda davam
edir, ölkədə inqilabi şərait yetişirdi.
Dostları ilə paylaş: