288
Bu mərhələdə milli intibah qayəsi azərbaycanlıların
şüurunda az da olsa iz buraxmış türkçülük ideyalarında
ifadə edilirdi. Bu ideologiyanı milli mərkəzlərdə – Bakı və
Gəncədə yerləşən ayrı-ayrı qruplar həyata keçirirdilər.
Fevral burjua-demokratik
inqilabının
qələbəsindən
sonra «Müsavat» partiyası leqal şəkildə xalqı öz tərəfinə
çəkmək istiqamətində geniş siyasi və təşkilati fəaliyyətə
başladı. Partiyanın dövlət quruluşu məsələsinə dair
mövqeyi onun taktikasını və fəaliyyət istiqamətini
müəyyən edən əsas amillərdən biri idi.
«Müsavat» partiyası federativ demokratik Rusiya
tərkibində Azərbaycan milli-ərazi muxtariyyəti və 20
yaşına çatmış azərbaycanlı
vətəndaşlara seçki hüququ
verilməsi
ideyasını
irəli
sürürdü.
Monarxiyanın
süqutundan cəmi bir neçə gün sonra Gəncədə Türk
Federalistlər Partiyası yarandı. Bu partiya Rusiya
dövlətinin muxtar ərazilərin federasiyasına çevrilməsi
ideyası ilə çıxış edirdi. Partiyanın yaradıcısı və ideya
rəhbəri Nəsib bəy Yusifbəyli idi.
«Hümmət» partiyası 1917-ci il martın 3-də
fəaliyyətini
bərpa edib, özünün Müvəqqəti Komitəsini
yaratdı. Müvəqqəti Komitənin başçısı N.Nərimanov,
üzvləri
isə
M.Əzizbəyov,
M.
N.Israfilbəyov
və
H.M.Sultanov seçildilər. Komitə bolşevik mövqeyində
durduğunu bəyan etdi.
Yeni inqilabi şəraitdə Azərbaycan xalqının
məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə
bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda
keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında atıldı.
Qurultayda Azərbaycanın siyasi partiya və ictimai
təşkilatlarının,
həmçinin Şimali Qafqaz, Gürcüstan və
Irəvan müsəlmanlarının nümayəndələri iştirak edirdilər.
Qurultay aprelin 20-
də keçirilmiş iclasında Qafqaz
müsəlmanlarının Müvəqqəti hökumətə, habelə müharibə
289
və Rusiyanın digər xalqlarına münasibəti məsələlərini
müzakirə etdi.
Qafqaz
müsəlmanları qurultayı
Rusiya Müvəqqəti
hökumətinin 1917-ci il 6 mart tarixli qətnaməsinin «Əsgər
və Fəhlə Deputatları Sovetinin razılığı ilə bəyan etdiyi
prinsiplərini ardıcıl və dönmədən həyata keçirəcəyi
müddətdən onun bütün tədbirlərini hər cəhətdən müdafiə
etməyi zəruri saydı.
Müharibəyə münasibət məsələsində isə qurultay
Rusiya demokratiyasının müharibənin ilhaqsız və
təzminatsız qurtarmaq tələbinə qoşulmağı qərara aldı.
Qurultayın
müzakirə
etdiyi
ən
mühüm
məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu
haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə –
M.Ə.Rəsulzadə və Ə.Salihov çıxış etdilər.
M.Ə.Rəsulzadə
qeyd etdi ki, vahid Ümumrusiya
təşkilatının yaradılmasına mane olan mədəni muxtariyyət
proqramı türk xalqlarının yüksələn milli özünüdərketmə
şüuruna ədalətli şəkildə cavab verə bilməz. Rusiya
dövlətini ərazi federasiyası əsasında təşkili əleyhinə çıxış
edən Əhməd Salihov iddia edirdi ki,
belə quruluş aqrar
məsələnin həllini çətinləşdirəcək, müsəlman fəhlələr
Ümumrusiya
sosial
qanunvericiliyinin
faydasından
bəhrələnə bilməyəcəklər, çünki həmin quruluş şəraitində
qanunlar
müxtəlif
regionlarda
fərqli
xarakter
daşıyacaqdır.
Məsələnin vacibliyin nəzərə alan nümayəndələr
Ə.M.Topçubaşovun rəhbərliyi altında
bir daha onun
müzakirəsinə qayıtdılar.
Nəticədə Rəsulzadənin «Müsəlman millətlərin
mənfəətlərini saxlamaq üçün ən uyğun idarə üsulu milli-
mədəni muxtariyyəti verən xalq cümhuriyyətidir» - fikrini
ifadə edən layihəsinin lehinə 446, əleyhinə 271,
290
Ə.Salihovun unitar cümhuriyyət təklifinə isə lehinə 271,
əleyhinə 442 səs verildi.
M
üsavatçılar 1917-ci il iyunun 20-də (yeni təqvimlə
3 iyul) «Ədəmi-Mərkəziyyət» partiyası ilə birləşdilər. Yeni
Dostları ilə paylaş: