295
Seymin qarşısında duran əsas məsələlərdən biri
yaxınlaşan sülh danışıqları
üçün hüquqi baza yaratmaq
idi.
Zaqafqaziya Seymi hələ Türkiyə ilə sülh
danışıqlarına hazırlaşdığı vaxt Brestdə Rusiya ilə
Almaniya arasında separat müqavilə imzalanmışdı və
onun bir şəraitinə görə Ərdəhan, Qars və Batum
Türkiyəyə verilməli idi. Zaqafqaziya Seymi Brest
sülhünün bu şərtini qəbul
etmədi və Petroqradda XKS
adına teleqram göndərərək bildirdi ki, «Brest sülhünü
tanımır, çünki Zaqafqaziya heç vaxt bolşeviklərin və Xalq
Komissarları Sovetinin hakimiyyətini qəbul etməmişdir».
Türkiyə isə Brest sülhünün qərarlarına əsaslanaraq,
Zaqafqaziya Seyminə Qars, Batum və Ərdəhanı dərhal
boşaltması haqqında ultimatum verdi.
Belə bir şəraitdə
1918-
ci il martın 14-də Trabzonda Türkiyə ilə
Zaqafqaziya Seyminin nümayəndə heyətləri arasında
sülh konfransı açıldı.
Konfransda Türkiyə nümayəndəliyi mövqeyini
açıqlayaraq bildirdi ki, əgər Zaqafqaziya beynəlxalq
hüququn subyekti olmaq istəyirsə,
tezliklə Rusiyadan
ayrılmalı və öz müstəqilliyini elan etməlidir.
Seymdə mübahisələr getdiyi bir vaxtda Türkiyə
tərəfi qətiyyətlə bəyan etdi ki, Zaqafqaziya Seymi ilə sülh
Brest-
Litovsk müqaviləsinin məlum şərti əsasında
bağlanacaq.
Mart ayının 25-də Seymin Rəyasət Heyətinin və
fraksiya nümayəndələrinin birgə iclasında Azərbaycan
deputatları Türkiyənin ultimatumunu qəbul etmək təklifini
irəli sürdülər. Fraksiya adından çıxış edən M.Y.Mehdiyev
bildirdi ki, Zaqafqaziya öz müstəqilliyini elan etməsə,
müsəlman
fraksiyası
sülh
danışıqlarını
müdafiə
etməyəcək. Çıxış edən Azərbaycan nümayəndələri
Türkiyə ilə müharibə aparılmasına razı olmadıqlarını
296
bildirirdilər.
Bununla belə, X.Xasməmmədov Türkiyəyə
güzəştə gedilən ərazilərin siyahısından Batumun
çıxarılmasını təklif etdi. O, Bakı neft kəmərinin son
məntəqəsi olan Batumun Zaqafqaziyanın tərkibində
çaxlanmasını Azərbaycan neft sənayesinin mənafeyinə
uyğun hesab edirdi.
Türkiyə tərəfinin güzəştə
getmək və Zaqafqaziya
rəhbərlərinin
reallıqla
hesablaşmaq
istəməmələri
danışıqların pozulmasına gətirib çıxartdı.
Aprel ayının 6-da Türkiyə tərəfi Zaqafqaziya
nümayəndələrinə Brest-Litovsk müqaviləsinin şərtlərini
qəbul edib-etməmək barəsində 48 saat ərzində cavab
verilməsini tələb edən ultimatum təqdim etdi. Eyni
zamanda danışıqlara yenidən başlamaq üçün Cənubi
Qafqazın müstəqilliyini elan etməsi barədə əvvəlki şərtini
çıxardı.
Nümayəndə heyəti başçısı A.Çxengeli Türkiyə
tərəfinin ultimatumunu qəbul etmək qərarına gəldi. Lakin
gec idi, çünki artıq Türkiyə qoşunları
Batumdan başqa
həmin ərazilərin hamısını tutmuşdu.
Aprelin 13-
də Seymin, hökumətin və fraksiya
nümayəndələrinin birgə iclasında danışıqların gedişi
müzakirə olundu.
«Müsavat», bitərəflər qrupu və «Ittihad» məsələyə
münasibətdə eyni mövqedən çıxış edərək, müharibə
əleyhinə birgə qətnamə qəbul etdilər.
Lakin Seym elə həmin iclasda Trabzon
danışıqlarını dayandırmaq və Türkiyə ilə müharibəyə
hazırlaşmaq haqqında qərar qəbul etdi.
Ölkədə hərbi
vəziyyət elan edildi və Y.Gegeçkori, N.Ramişvili və X.
Karçikyandan ibarət Ali Müdafiə Şurası yaradıldı.
Azərbaycan
nümayəndəsinin
bu
Şuraya
daxil
edilməməsinin əsas səbəbi müsəlman fraksiyasının
hadisələrin gedişinə təsir imkanlarını azaltmaq idi.
297
Lakin bu tədbirlər də Türkiyə qoşunlarının
irəliləməsini dayandıra bilmədi və onlar 1918-ci il aprelin
14-
də Batumu tutdular.
Dostları ilə paylaş: