305
çarizmin devrilməsi xəbəri Cənubi Azərbaycanda da milli-
azadlıq və demokratik hərəkatın canlanmasına
səbəb
oldu. Əhalinin hərəkatına Iran Demokrat Partiyasının
Azərbaycan əyalət komitəsi istiqamət verirdi. Komitəyə
1905-1911-
ci illər Iran məşrutə hərəkatında fəal iştirak
etmiş və mətinləşmiş Şeyx Məhəmməd Xiyabani başçılıq
edirdi.
Rusiyada fevral inqilabının qələbəsi xəbərindən sonra
IDP-
nin AƏK açıq işə keçdi. Aprelin 7-də Təbrizin
Topxana mey
danında Konstitusiyanın elan olunmasının
10 illiyi ilə əlaqədar təntənəli mitinq keçirildi.
Tədricən
əyalətlərdəki təşkilatlar formalaşmağa başladı. Belə ki,
Sərab, Ərdəbil, Zəncan, Urmiyada partiya komitələri
fəaliyyət göstərirdi.
Aprelin 9-
dan «Təcəddüd» adlı qəzet AƏK-nin
mətbuat orqanı kimi nəşr olunmağa başladı. Fars dilində
çıxan bu qəzet Tehrana
və digər Iran şəhərlərinə
göndərilirdi. Təşkilatın sosial-bazası əsasən orta və xırda
burjuaziyanın, ziyalı və aşağı ruhani nümayəndələrindən
ibarət idi. Əsas məqsəd və vəzifələr isə xarici işğalçıların
ölkədən qovulması Cənubi Azərbaycana muxtariyyət
verilməsi idi. Hərəkatın başlanğıcı üçün «azad Iran»,
«bütün xalqların qardaşlığı» kimi çağırışlar, həmçinin
Irandakı rus ordusunun sıralarında
olan sosial-
demo
kratların bilavasitə təsirilə irəli sürülən «Yaşasın
sosializm», «Bütün xalqların zəhmətkeşləri birləşin» kimi
solçu şüarlar idi.
Cənubda mübarizə əhval-ruhiyyəsi artdıqca Təbriz,
Urmiya və Ərdəbildə dövlət məmurlarının özbaşınalığına
qarşı həyəcan və çıxışlar baş verirdi. 1917-ci il iyunun 17-
də Təbrizdə başlanan çıxışlar vali Sərdar Rəşidə qarşı
çevrilmişdi. Tehran onun istefasına razılıq verdikdən
sonra xalqın intiqamından qorxan vali Ala-Qapıda
306
gizləndi və iyunun 21-də gecə Təbrizi tərk etdi. Üç
gündən sonra yeni vali Şərifüddövlə təyin olundu.
Urmiyada
da
xalq
mahalın
baş
hakimi
Etimadüddövlənin özbaşınalığı əleyhinə çıxdı. O, həbs
olunaraq ölüm cəzasına məhkum 1917-ci il avqustun 24-
də Təbrizdə əyalət komitəsinin konfransı açıldı.
Konfransda Təbrizdən və Azərbaycanın müxtəlif
vilayətlərindən 490 nümayəndə iştirak edirdi.
Konfrans
ADR0ni müstəqil elan etdi. Xiyabani başda olmaqla MK-
ni seçdi.
Konfrans partiyanın qarşıda duran vəzifələrini
müəyyən etdi. Təşkilatın təkamül yolunu seçməsi
vurğulandı və yeni şəraitlə bağlı hərəkət xətti təsdiqləndi.
Əncümənlərə olan böyük ehtiyacı
nəzərə alan
konfrans yaxın zamanda əyalət və məhəlli əncümənlərinə
seçkilərin
başqa
siyasi
qruplarla
birləşmədən
keçirilməsinin zəruriliyini MK-nın nəzərinə çatdırdı.
Dostları ilə paylaş: