302
Bundan sonra «Bakı məsələsi»ni Zaqafqaziya
Seyminin gücü ilə həll etmək cəhdlərinin əbəs olduğunu
görən Azərbaycan fraksiyası yeganə çıxış yolunu
Osmanlı qoşunlarının çağırılmasında gördü.
1918-
ci il mayın 11-də Batumda Zaqafqaziya və
Türkiyə arasında nümayəndə heyətləri səviyyəsində
danışıqlar davam etdirildi. Zaqafqaziya hökumətinin sədri
və xarici işlər naziri A.Çxengelinin başçılıq etdiyi heyətin
danışıqlarında
Azərbaycanı
M.Ə.Rəsulzadə
və
M.H.Hacınski
təmsil
edirdilər.
Türkiyə
tərəfin
təmsilçilərinə xarici işlər naziri Xəlil paşa, Qafqaz cəbhəsi
komandanı Vehib paşa
və hərbi nazir Ənvər paşa
başçılıq edirdilər.
Batum konfransında müşahidəçi sifətində general
Otto fon Lossovun başçılığı ilə Almaniya nümayəndəliyi
də iştirak edirdi. Lossov Batumda gürcü nümayəndələri
ilə gizli görüşlər keçirərək, onlara hərbi və iqtisadi yardım
göstəriləcəyini vəd etmişdi.
Batum
konfransında
Zaqafqaziya
Seyminin
nümayəndə heyəti Türkiyənin Qars, Ərdəhan və Batum
əyalətləri haqqında tələblərini tamamilə tanıdı və bununla
da Brest-
Litovski müqaviləsinin müddəasını təsdiq etdi.
Batum konfransının gedişində general fon Kressin
komandanlığı ilə 3
min nəfərlik alman qoşunu
Gürcüstanın Poti limanına çıxarıldı. Onlar yalnız
Gürcüstanı tutmaq Azərbaycan və Ermənistanı isə
Türkiyəyə saxlamaq niyyətində idilər. Eyni vaxtda
hücumu müvəffəqiyyətlə davam etdirən Türkiyə qoşunları
1918-
ci il mayın 17-də Gümrünü (Aleksandropolu) ələ
keçirdilər və Culfa istiqamətinə çıxdılar. Almaniya və
Türkiyə tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində
Batum konfransında gürcülər, azərbaycanlılar və
ermənilər Türkiyə ilə ayrı-ayrılıqda danışıqlar aparmağa
başladılar.
303
Digər tərəfdən, Batum konfransında
Almaniya
nümayəndələri ilə separat danışıqların gedişində və
general Fon Kressin təzyiqi nəticəsində Seymin gürcü
fraksiyası
Gürcüstanın
Federativ
Zaqafqaziya
Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini
elan etməsini qərara aldı. Bununla əlaqədar olaraq,
1918-
ci il mayın 25-də Zaqafqaziya Seyminin müsəlman
fraksiyasının iclası keçirildi. Iclasda Cənubi Qafqazda
siyasi vəziyyətin dəyişilməsi ilə əlaqədar olaraq oxunmuş
rəsmi bəyanatda deyilirdi ki, Zaqafqaziya Seyminin gürcü
fraksiyası, gürcü sülh nümayəndə heyəti üzvləri Batumda
gizli danışıqlar aparır, ayrılmağa və Gürcüstanın
müstəqilliyini elan etməyə hazırlaşırlar.
Zaqafqaziya Seyminin sədri və üzvləri –
K.Çxeidze, A.Sereteli və Y.Gegeçkori
gözlənilmədən
1918-
ci il mayın 25-də Fətəli xan Xoyskinin sədrliyi ilə
keçirilən axşam iclasına gəldilər. A.Sereteli gürcü
fraksiyası adından bəyanat verərək xüsusi qeyd etdi ki,
«…Zaqafqaziya xalqlarını müstəqillik şüarı ətrafında
birləşdirmək mümkün olmadı. Və Zaqafqaziyanın
(Respublika nəzərdə tutulur – Red.) parçalanması faktı
göz
önündədir.
Seymin
sabahkı
iclasında
biz
Zaqafqaziya Respublikasının ləğv olunması faktını təsdiq
edəcəyik».
Cavab nitqində Fətəli Xan Xoyski bildirdi ki, «əgər
gürcü xalqının iradəsi belədirsə, bizim ona mane olmağa
haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni
vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən
başqa bir şey qalmır.
Gürcüstan nümayəndə heyəti iclası
tərk etdikdən
sonra Zaq
afqaziya Seyminin müsəlman fraksiyası
qətnamə qəbul etdi və orada bildirdi ki, Gürcüstan öz
müstəqilliyini elan etdiyi halda, biz də öz tərəfimizdən
Azərbaycanın müstəqilliyini elan etməliyik.
304
1918-
ci il mayın 26-da Zaqafqaziya Seyminin son
iclası oldu. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının
dağılmasının bütün günahını müsəlman fraksiyasının
üstünə yıxdı. Onların fikrincə, müsəlman fraksiyası
türkpərəst mövqe tutduğu üçün elə vəziyyət yaranmışdır
ki, gürcülər onlarla artıq əməkdaşlıq edə bilməz.
Zaqa
fqaziya Seyminin üzvü Şəfi
bəy Rüstəmbəyov
gürcü fraksiyası ünvanına kəskin tənqidlə çıxış edərək
dedi: «…hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi
mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında
ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və
burada gürcü xalqının nümayəndələri tərəfindən irəli
sürülən amillər, fikrimizcə, az inandırıcıdır. Eyni zamanda
gürcülər Zaqafqaziya xalqlarının
birgə işləməsini qeyri-
mümkün hesab edir və siyasi cəhətdən ayrı yaşamağa
can atırlarsa, belə halda Seymin mövcudluğu üçün heç
bir əsas qalmır». Buna görə müsəlman fraksiyası belə
vəziyyətdə Seymin özünü buraxmasına etiraz etmədi.
Uzun davam edən qarşılıqlı ittihamlardan sonra
Zaqafqaziya
Seymi
Zaqafqaziya
Respublikasının
parçalanmasını təsdiq edən qətnamə qəbul etdi.
Beləliklə, hakim qüvvələrin təzyiqi altında
yaradılmış Zaqafqaziya Respublikası daxili ziddiyyətlərin
kəskinləşməsi nəticəsində dağıldı.
Dostları ilə paylaş: