Mart soyqırımı. Bu dövrdə Zaqafqaziyada erməni
şovinist millətçi qüvvələr öz məkrli siyasətlərini davam
etdirirdilər. 1918-ci ilin yanvarından onlar Bakıda və
Zaqafqaziyanın digər bölgələrində müsəlman qırğını
törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atır. Bakı
Sovetinin orqanlarına, şəhər idarəçiliyinin həlledici
vəzifələrinə öz nümayəndlərini soxurdular.
Azərbaycanda milli hərəkatın genişlənməsi, milli-
azadlıq carçısı olan «Müsavat»ın nüfuzunun artması
«Böyük Ermənistan» xülyası ilə yaşayan daşnakları ciddi
narahat edirdi. Daşnaklar mart qırğınını törətməklə
«Müsavat»ın sosial bazasını, şəhərin müsəlman əhalisini
məhv etməyi planlaşdırmışdılar. Bu məqsədlə təxminən 5
min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya
gətirilmişdi. Beləliklə, «Qırmızı qvardiya» adı ilə yaradılan
10-
12 minlik ordunun da 70 faizi erməni idi. Əsasən
ruslardan ibarət olan Xəzər donanması içərisində xüsusi
təbliğat işi aparılmışdı. Həmçinin, Şamaxı və Muğanda
ehtiyat rus-
molokan silahlı dəstələri də yaradılmışdı.
Azərbaycanlılara qarşı cinayəti həyata keçirmək
üçün bəhanə lazım idi. Bu məqsədlə «Evelina»
münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı
Z.Tağıyevin Lənkəranda xidmət edən oğlü Məhəmməd
Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş
nəticəsində həlak olmuşdu, müsəlman alayının zabitləri
onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər.
Dəfn mərasimindən sonra zabitlər «Evelina» gəmisi ilə
Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini
görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər
matrosları, eser və menşevik partiyaları arasında belə bir
şayiə yaydılar ki, guya «Evelina» ilə gedən zabitlər
298
tapşırıq almışlar ki, Lənkəranda olan müsəlman hərbi
dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini
məhv etsinlər. Bu təxribat xarakterli şayiə öz nəticəsini
verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və
hərbi qüvvələr «Evelina» gəmisinin tərksilah edilməsinə
tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri
mədən-zavod rayonlarının Inqilabi Müdafiə Komitəsi
yaradıldı.
Komitəyə
S.Şaumyan,
A.Caparidze,
Q.Korqanov,
I.Suxartsev,
S.Saakyan,
M.Yolçiyan,
N.Nərimanov daxil edildi. Inqilabi Komitənin təşəbbüsü ilə
«Evelina»nın Lənkərana yola düşməsi dayandırıldı və
gəmidəki zabitlər tərksilah edildi. Müsəlman əhalisi
məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi.
Vəziyyətin çox ciddi xarakter aldığını görən Azərbaycanın
milli təşkilatlarının nümayəndələri Inqilabi Komitəyə gəlib,
alınmış silahları «Hümmət» müsəlman bolşevik komitəsi
vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da
N.Nərimanovun evində S.Şaumyanla və həmin gün
Inqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən
görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların
qaytarılması vədi verilməsinə baxmayaraq, «Hümmət»ə o
qədər də etibarı olmayan bolşevik-daşnak koalisiyası
sözünə əməl etmədi. Onlar həm də N.Nərimanovun
çoxluğu öz ətrafında birləşdirib «sağa meyl etməsindən»
narazi idilər. Beləliklə, əvvəlcədən sövdələşmə əsasında
bolşevik-erməni koalisiyası, S.Şaumyanın dediyi kimi,
«həlledici döyüşlərə hər cür hazırlıq görmüşdü və dərhal
bütüq cəbhə boyu hücuma başladı». Martın 30-da axşam
saat 5-
də Bakıda ilk atəşlər açıldı. Aldatma siyasəti
yeridib özdərinin birtərəfliyini elan etmiş «Daşnaksütyun»
və Erməni Milli Şurası bu ilk atəşlərdən sonra Bakı
Sovetini müdafiə etdilər.
Martın 31-də səhərə yaxın bütün erməni hərbi
dəstələrin başçıları və silahlanmış erməni ziyalıları
299
Inqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar
qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə
göndərildilər. Dinc əhalinin qorxudan dəhşətə gətirib
istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan
bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha
ağır formada qətl edirdilər: şəhərin təkcə bir yerində
qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, 57
müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını
diri-
diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa
çalışan əhalini gülləboran etmək üçün şəhərin müvafiq
yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu.
Bir çox müsəlman məhəllələri məhv edildikdən
sonra, martın 31-də axşamüstü Içərişəhərin alınması
əməliyyatı başlandı.
Üç günün 18-21 mart (30 mart-1 aprel)- qətl və
qarətlərindən sonra, Fövqəladə Istintaq Komissiyasının
ümumiləşdirdiyi hesabına görə, Bakıda «əksinqilabçı»
adı ilə 12 min nəfər azərbaycanlı qətlə yetirilmişdi.
Mart qırğınından bir sonra ermənilər bu hadisəni
bolşeviklərlə
müsəlmanlar
arasında
baş
vermiş
hakimiyyət mübarizəsi kimi təqdim etməyə başladılar.
Martın birinci yarısında Şamaxıya məlumat gəldi
ki, Bakıdan Şamaxıya toplar, pulemyotlar və böyük
miqdarda hərbi sursatla iki mindən üç minədək erməni
qoşun dəstəsi gəlir. Dəstəyə S.Şaumyandan bilavasitə
təlimat almış S.Lalayev başçılıq edirdi.
Lakin həmin dəstə gətirdiyi sursatı və silahı
Şamaxı qarnizonuna verməkdən imtina etmiş və
bildirmişdi ki, «onların məqsədi Şamaxı qəzasını quldur
dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub
normal həyat bərpa etməkdir»
Martın 15-də sübh çağı S.Lalayevin dəstəsi
Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlmanlar
yaşayan hissəsini top atəşinə tutdu. Bu atışma
300
nəticəsində dinc əhali arasında çoxlu sayda tələfat oldu.
Yalnız axşama yaxın şəhərdə bir qədər sakitlik yarandı.
Nəticədə Şamaxı şəhəri və qəzasının 72 kəndi
Bakı Sovetinin bolşevik-daşnak qoşunları tərəfindən
dağıldı. Şamaxı qırğınlarında 8 min nəfərə qədər
azərbaycanlı öldürüldü, onların 1.653 nəfəri qadın, 965
nəfəri uşaq idi.
Quba qəzasına qırğın törədən quldur cəza
dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi
Hamazasp rəhbərlik edirdi. Aprel ayında qəzanın 122
müsəlman kəndi dağıdılmış, yüzlərlə azərbaycanlı və
dağlı, o cümlədən ləzgi məhv edilmişdi.
Göyçay,
Kürdəmir,
Salyan
və
Lənkəran
bölgələrinin əhalisi də erməni cəza dəstələrindən ciddi
ziyan çəkmişdi.
1918-ci ilin mart-
aprel aylarında kütləvi qanlı
qırğınlar törətmək məqsədilə «Sovet hakimiyyəti»nin
daşnak-bolşevik dəstələri Bakı quberniyasından sonra,
Azərbaycanın digər ərazilərini işğal etmək fikrində idi.
Bakı, Şamaxı, Kürdəmir, Salyan, Quba, Lənkəran
şəhərlərini zəbt edib hədəfi Yelizavetpolu (Gəncəni) ələ
keçirmək idi. Bunu S.Şaumyan may ayında Xalq
Komissarları Sovetinə məlumatında da etiraf etmişdi.
Onun fikrincə, Sovet qoşunları Yevlax körpüsünü ələ
keçirib Kür boyunca müdafiə xətti tutduqdan sonra onları
tez Yelizavetpol (Gəncəyə) yeritmək lazımdır ki, orada,
sonra isə başqa yerlərdə ermənilər üsyan etsinlər.
Bakı hadisələri ilə əlaqədar olaraq, müsəlman
fraksiyası Zaqafqaziya Seymindən Bakıya müsəlman
əhalisini müdafiə etmək üçün qoşun göndərməyi tələb
etdi. 1918-ci il aprelin 3-
də Zaqafqaziya Seyminin Bakı
hadisələrinə həsr olunmuş iclasında Fətəli Xan Xoyski
bildirdi ki, «…müsəlman əhalini müdafiə etmək üçün
301
tədbirlər görülməsə, müəlman nazirlər hökumətin
tərkibindən çıxacaqdır».
Dostları ilə paylaş: |