Азярбайжан республикасы дахили ишляр назирлийи


partiyalar və onların liderləri müxtəlif mövqelərdə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə108/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   104   105   106   107   108   109   110   111   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi


partiyalar və onların liderləri müxtəlif mövqelərdə 
dayanırdılar. Menşeviklər belə hesab edirdilər ki, yeni 
hakimiyyət orqanları, mərkəzdə olduğu kimi, yəni inqilabi 
demokratiya orqanlarının (Fəhlə, Əsgər və Kəndli 
Sovetlərinin) burjuaziya nümayəndəli ilə əməkdaşlığı 
əsasında yaradılmalıdır. Eserlərin fikrincə, Müvəqqəti 
hökumətin yaranmaqda olan yerli orqanlarına Fəhlə və 
Əsgər Deputatları Sovetləri nəzarət etməli idi. 
Bolşeviklərə gəldikdə isə, onlar hələlik eserlərin tərəfində 
dursalar da, sonradan yalnız özlərinin hakimiyyətə 
gəlməsi uğrunda açıq mübarizə aparmaq mövqeyinə 
keçdilər. 
Fəhlələrin bir qismi Müvəqqəti hökumətə və onun 
yerli orqanlarına etimad göstərirdi. Fəhlə Deputatları 
Sovetləri və Ictimai Təşkilatların Icraiyyə Komitələrinin 
eyni vaxtda yaradılması məhz bu amillə bağlı idi. Bütün 
bunlar, Rusiyanın digər yerlərində olduğu kimi, 
Azərbaycanda da ikihakimiyyətlilik olduğunu göstərirdi. 
Martın 7-nə keçən gecə 52 min fəhlə və qulluqçu 
tərəfindən seçilmiş 52 deputatdan ibarət (bunların 9 
nəfəri bolşevik, qalanları isə menşevik və eser idi) Bakı 
rayonu Fəhlə Deputatları Soveti qəti şəkildə formalaşdı.
Sovet özünün fövqəladə səlahiyyətləri haqqında 
bəyanat verdi və fəhlələrin hər cür çıxışlardan 
çəkinməyə, öz işlərini davam etdirməyə çağırdı. 
Burjua hakimiyyət orqanı Ictimai Təşkilatların 
Icraiyyə Komitəsi də buna oxşar çağırışla əhaliyə 
müraciət etdi. 
Bütövlükdə inqilabın ilk ayları müxtəlif siyasi 
cərəyanların, partiyaların, sosial təbəqələrin Müvəqqəti 
Hökumətə etimad göstərmələri və onu müdafiə etmələri 
ilə səciyyələnirdi. Bu dövrdə cəmiyyətdə nisbi birliyin 
saxlanılmasına kömək edən daha bir amil ondan ibarət 


287 
idi ki, bolşeviklər Sovetlərin partiya tərkibinin dəyişdirmək 
taktikasına hələ keçməmişdilər. Indiyə qədər yerli 
hakimiyyət orqanlarının hamısı «bütün demokratiyanın 
vəhdəti» şüarı altında formalaşır və Sovetlərlə yerli 
burjua 
hakimiyyət 
orqanları 
arasında 
spesifik 
münasibətlər yaranırdı. Partiyalararası münasibətlərin 
getdikcə kəskinləşməsi və qüvvələrin parçalanması 
hakimiyyət orqanlarının işini pozur, onun fəaliyyətinə 
qeyri-
sabitlik gətirirdi. Sovetlərlə Icraiyyə Komitəsi 
arasındakı münasibətlərə təsir göstərən amillərdən biri də 
Sovetlərdə eser və menşeviklərin çoxluqda olmaları idi. 
Fevral inqilabı bütün müsəlmanların, o cümlədən 
azərbaycanlıların siyasi fəallığını artırdı. Gündəlikdə 
duran ən vacib məsələlərdən biri təkcə Cənubi Qafqazın 
yox, bütün Rusiya müsəlmanlarının pərakəndə halda 
olan qüvvələrinin birləşdirilməsindən ibarət idi. Hələ 
Ümumrusiya Müsəlman Şurası yaradılmamışdan əvvəl – 
1917-
ci il martın 27-də Bakı Müsəlman Milli Şurasının 
Müvəqqəti Icraiyyə Komitəsi yaradılmış, «Müsavat» 
Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin