Азярбайжан республикасы дахили ишляр назирлийи


İnzibati idarə sistemində dəyişikliklər



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə72/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   68   69   70   71   72   73   74   75   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

İnzibati idarə sistemində dəyişikliklər. Nadir şah 
dövlət hakimiyyətini möhkəmlətmək üçün Səfəvi 
dövlətində olan inzibati-ərazi bölgüsünü dəyişdirdi. 
Bütövlükdə Nadirin imperiyası 4 böyük vilayətə 


189 
bölünmüşdü: 1) Azərbaycan (bu vilayətə Gürcüstan, 
Ermənistan və Qafqazda olan ərazilər daxil idi). 2) Iran, 
3) Xorasan, 4) Fars.
Qeyd etmək lazımdır ki, Nadir şah əsas dövlət 
vəzifələrinə və vilayət hakimliyinə Əfşar tayfasından olan 
adamları təyin edirdi. Belə ki, 1739-cu ildə Cənubi 
Azərbaycanın hakimi Nadirin yaxın qohumu olan Əmir 
Aslan xan Əfşar təyin olunmuşdu. 1743-cü ildə Təbriz 
xanı, bütün Azərbaycanın sərdarı və Irəvan xanlığının 
baş komandanı Aşurxan Papalı Əfşar təyin olunmuşdu.
Dövlətin bütün maliyyə idarələri birbaşa şaha tabe 
edildi. Müstof əl-məmalik şah tərəfindən nəzarətə 
alınmışdı. Hər vilayət və əyalətlərdən dövlət vergilərinin 
vaxtında və tam şəkildə yığılmasına həmin vilayət və 
əyalətlərin hakimləri cavabdeh idi.
Vilayət 
hakimlərinin 
hakimiyyətini 
məhdudlaşdırmaq üçün Nadir vilayətlərə məmurlar (vəkil) 
t
əyin edirdi. Bu vəkillər mərkəzdən təyin olunduqlarına 
görə hakimlərdən asılı deyildilər.
Vergi siyasəti. Böyük bir imperiya yaradan Nadir 
şahın vergi ödəyən əhaliyə münasibətini şərti olaraq iki 
mərhələyə bölmək mümkündür. Birinci mərhələ onun şah 
seçilməsinə qədər olan dövr hesab edilir. Bu dövrdə o, 
xalqın gözündə əraziləri düşməndən azad edən bir 
qəhrəman idi. Bu dövrdə Nadir xalqa münasibətdə çox 
mülayim rəftar edirdi. Nadir şah seçildikdən sonra isə 
vəziyyət dəyişməyə başladı. Belə ki, ordunu silah-
sursatla və ərzaqla təchiz etmək üçün əhalidən vergi 
toplanması və mükəlləfiyyətləri yerinə yetirmək tələb 
olunmağa başladı. Vergi və mükəlləfiyyətlərin qaydaya 
salınması Nadir şahın aqrar siyasətinin tərkib hissəsi idi. 
Bu zaman artıq dövlətçilik maraqları ilk yerə keçmişdi. 
Dövlət və şah torpaqlarında, dini idarələrin və ayrı-ayrı 
feodalların torpaqlarında yaşayan rəiyyətlər formal olaraq 


190 
icarədarlar hesab olunurdu. Icarədarlıq irsi idi. Torpaq və 
otlaq sahələrindən istifadə üçün rəiyyət və elatlar renta 
verməyə məcbur idilər. Rentanın hər üç növü (işləyib 
ödəmə, məhsul və pul) alınırdı. 
Nadir şahın dövrünün rəsmi vergi sənədi «Dəftəri 
rokbəyi Nadiri» tərtib olunmuşdur. Bu sənəd əvvəlki 
kadastrlar əsasında hazırlanmışdı. Nadir şahın vergi 
siyasəti əslində onun aqrar siyasətinin tərkib hissəsi olub 
eyni məqsədə xidmət edirdi.
Nadir şahın hakimiyyət dövründə vergi və 
mükəlləfiyyətlərin əsasını torpaq və gəlir vergisi
(malcəhət, üşr, çobanbəyi, nəticə, vocux-i zərbxana);
can vergisi (sər-şamar, yasaq-kəş, cizyə) qoşunun 
təminatı (ulufə, sürsat, əsbi-çapar) hərbi xidmət 
mükəlləfiyyəti (çərik); şah və dövlət məmurları üçün vergi 
(rusumat, məhbulat, peşkəs, xəraci-mütərəddidin); dövlət 
və feodalların xeyrinə olan biyar və yol rüsumu olan 
rəhdari idi. Nadir şah 1745-ci ildə xəracın pulla 
yığılmasına göstəriş vermişdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin