190
icarədarlar hesab olunurdu. Icarədarlıq irsi idi. Torpaq və
otlaq sahələrindən istifadə üçün rəiyyət və elatlar renta
verməyə məcbur idilər. Rentanın hər üç növü (işləyib
ödəmə, məhsul və pul) alınırdı.
Nadir şahın dövrünün rəsmi vergi sənədi «Dəftəri
rokbəyi Nadiri» tərtib olunmuşdur. Bu sənəd əvvəlki
kadastrlar əsasında hazırlanmışdı. Nadir şahın vergi
siyasəti əslində onun aqrar siyasətinin tərkib hissəsi olub
eyni məqsədə xidmət edirdi.
Nadir şahın hakimiyyət dövründə vergi və
mükəlləfiyyətlərin əsasını torpaq və gəlir vergisi
(malcəhət, üşr, çobanbəyi, nəticə, vocux-i zərbxana);
can vergisi (sər-şamar, yasaq-kəş, cizyə) qoşunun
təminatı (ulufə, sürsat, əsbi-çapar) hərbi xidmət
mükəlləfiyyəti (çərik); şah və dövlət məmurları üçün vergi
(rusumat, məhbulat, peşkəs, xəraci-mütərəddidin); dövlət
və feodalların xeyrinə olan biyar və yol rüsumu olan
rəhdari idi. Nadir şah 1745-ci ildə xəracın pulla
yığılmasına göstəriş vermişdi.
Dostları ilə paylaş: