196
xanlıqlar başlıca olaraq Iran hökmranlığı
ilə mübarizədə
yarandığından onların meydana gəlməsi ilə sosial-iqtisadi
və siyasi şərtləri ümumi xarakter daşıyırdı. Lakin
xanlıqların yaranması formaca bir-birindən fərqlənirdi.
Azərbaycan ərazisində ilk müstəqil xanlıqların
yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Əgər onlardan
bəzisi Nadir şah dövlətinin
süqutundan sonra meydana
gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı
dövründə
onun
əleyhinə
mübarizə
nəticəsində
formalaşmağa başlamışdı. Xanlıqların bəzisi isə öz
başlanğıcını
hələ
Səfəvilər
dövlətinin
tərkibində
yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən
götürür.
a)
Cənub xanlıqları
Qaradağ xanlığı Azərbaycanın
cənubunda
yerləşən zəif xanlıqlardan biri idi. Onun əsasını qoyan
köçəri tayfalardan birinin müdrik başçısı olan Kazım xan
(1748-
1752) qonşu feodal
hakimlərə münasibətdə
ehtiyatlı siyasət yeridir, ölkənin
daxili işlərini qaydaya
salaraq, abadlıq işləri ilə məşğul olur, xanlığın
mərkəzi
Əhərdə müxtəlif ictimai binalar tikdirirdi. Qaradağ xanlığı
1782-
ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş
qüvvələri tərəfindən işğal edildi.
Bundan sonra Qaradağ
xanlığı, demək olar ki, öz müstəqilliyini itirdi.
Təbriz xanlığının banisi Dünbuli tayfasının
görkəmli nümayəndəsi Nəcəfqulu xan (1745-1780)
olmuşdur. O, Təbrizdə urmiyalı Fətəli xan Əfşarın fəal
yardımı ilə möhkəmlənmişdi. Buna görə də Təbriz xanlığı
müəyyən vaxt ərzində Urmiya xanlığından asılı
vəziyyətdə olmuşdu. Faktiki olaraq Nəcəfqulu xan Təbriz
xanlığını Urmiya xanının naibi kimi idarə edirdi. Lakin
1763-
cü ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən
məğlub edildikdən sonra Təbriz xanlığı
tam müstəqillik
qazandı. Nəcəfqulu xanın gördüyü ilk tədbirlərdən biri öz
197
hakimiyyətini möhkəmləndirmək üçün Təbrizin ətrafına
qala divarları çəkdirmək oldu.
Dostları ilə paylaş: