Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə75/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   71   72   73   74   75   76   77   78   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Marağa 
xanlığının 
əsasını 
Əliqulu 
xan 
Müqəddəm (1747-1750) qoymuşdur. Elə bir əhəmiyyət 
kəsb etməyən bu xanlıq Ağa Məhəmməd Qacar 
hakimiyyətə gələnə qədər müstəqil idi.
Ərdəbil xanlığının banisi Şahsevən tayfasının 
başçısı Nəzərəli xan (1747-1783) olmuşdur. Onun 
hakimiyyəti dövründə xanlıq inkişaf etmişdi. Nəzərəli xan 
nikah diplomat
iyası vasitəsilə qarabağlı Ibrahim xanla 
dostluq əlaqələri yaratmışdı və Lənkəran xanlığı ilə də 
mehriban qonşuluq münasibətində idi. Iran hakimi Kərim 
xan Zənd Ərdəbil xanlığını ələ keçirmək üçün cidd-cəhd 
göstərirdi. Onun məsləhəti ilə Gilan hakimi Hidayət xan 
Ərdəbildən uzaqlarda olan Nəzərəli xanın üzərinə 
xaincəsinə basqın edib onu əsir görürdü və Ənzəliyə 
apardı. Lakin Kərim xanın ölümündən sonra (1779) 
ərdəbillilər Gilana hücum edib Nəzərəli xanı əsirlikdən 
qurtardılar.
Urmiya xanlığının başçısı Əfşarlar tayfasından 
olan Fətəli xan Əfşar (1747-1763) idi. Öz sərhədlərini 
genişləndirmək məqsədi güdən Fətəli xan müəyyən vaxt 
ərzində Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmişdi. 
Lakin 1763-
cü ildə onun özü Kərim xan Zənd tərəfindən 
məğlub edildi. Bundan sonra Urmiya xanlığı özünün 
əvvəlki əhəmiyyətini itirdi.
Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-
1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin 
hakimi olmuş Murtuzqulu xanın oğlu idi. Şah 
şübhələndiyinə görə, Murtuzqulu xanı qətlə yetirmiş
vil
ayətə onun oğlu Şahbaz xanı hakim təyin etmişdi. 
Nadir şahın ölümündən sonra o özünü Xoy xanlığının 
müstəqil hakimi elan etmişdi. Mülayim siyasət yeridən 


198 
Şahbaz xan Fətəli xan Əfşarla dostluq münasibətləri 
saxlayırdı.
Maku xanlığının banisi Bayat tayfasının başçısı, 
Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-
1778) idi. Şahın ölümündən sonra vətənə qayıdan 
Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə 
xanlığın hakimi elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən 
dağlarla əhatə olunmuş Maku şəhəri idi. Maku xanlığı öz 
ətrafında 30 kəndi birləşdirirdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin