185
hətta tut ağaclarını qıran şəxsi edam edəcəyi barədə
qərar da verdi. Rusiyanın iş adamları Xəzərsahili
əyalətlərdə yetişdirilən xam ipəyə daha çox əhəmiyyət
verirdilər. Rusiyanın rəsmi dairələrində belə rəy
yaranmışdı ki, Şirvanın elə bir kəndi yoxdur ki, orada
ipəkçiliklə məşğul olunmasın. Şirvanın ipəkçiliyindən
istifadə edərək I Pyotr xam ipəyi bir sıra Qərbi Avropa
ölkələrinə, o cümlədən Ingiltərəyə, Hollandiya, Fransa və
Polşaya ixrac etmək fikrində idi.
Rus tarixçisi P.Butkov yazır ki, 1724-cü il Istanbul
müqaviləsindən sonra I Pyotr briqadir Rumyantsevə
tapşırmışdı ki, erməniləri Xəzərsahili əyalətlərdə
istədikləri şəhərlərdə yerləşdirmək gərəkdir, lazım
gələrsə, yerli əhalini qovub, erməniləri həmin yerlərdə
məskunlaşdırsın.
Hər iki dövlət nümayəndələrinin imzaladığı Nabur
sazişinə əsasən 1726-cı ildən başlayaraq rus qoşunları
silah işlətmədən Müşkür, Niyazabad, Cavad, Salyan,
Lənkəran, Astara, Qızılağac, Talış dağlarının bir hissəsini
tutdular. 1727-
ci ildə onlar Şeşpara, Rustov, 1728-ci ildə
isə Quba və Təngiyə sahib oldular.
Dostları ilə paylaş: