Азярбайжан республикасы дахили ишляр назирлийи


Mədəni həyatın ümumi səciyyəsi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə66/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   62   63   64   65   66   67   68   69   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Mədəni həyatın ümumi səciyyəsi. XVI əsrin 
başlanğıcında 
Azərbaycan 
Səfəvilər 
dövlətinin 
yaranması, tarixi Azərbaycan torpaqlarının gerçəkdən ilk 
dəfə vahid dövlətin tərkibinə qatılması sosial-iqtisadi 
həyatın bütün sahələrində olduğu kimi mədəniyyətin 
inkişafında da geniş perspektivlər açdı. Ölkə daxilində 
feodal çəkişmələrinə son qoyulması, nisbi sakitliyin təmin 
edilməsi, xarici iqtisadi əlaqələrin bərpa edilməsi, iqtisadi 
və mədəni dirçəlişin əsas təminatçısı rolunu oynadılar. 
Digər tərəfdən, Səfəvi hökmdarlarının, xüsusilə də Şah I 
Ismayıl və Şah I Abbasın dövrün mükəmməl dini və 
dünyəvi təhsil görmüş ziyalıları olması, mədəniyyətin 
bütün sahələrinə xüsusi qayğı və ehtiram göstərmələri 


177 
XVI-
XVII əsrlər Azərbaycan mədəniyyətinin yüksəlişinə 
mühüm təsir göstərmişdi.
Bütün 
bunlarla 
yanaşı 
XVI-XVII 
əsrlərdə 
Azərbaycanda mədəniyyətin, yalnız yüksələn xətt boyu 
inkişaf etməsini düşünmək yanlışlıq olardı. Belə ki, bu 
dövrdə Azərbaycanın mədəni inkişaf perspektivləri 
qarşısında ən böyük əngəllərdən biri müəyyən fasilələrlə 
bütün XVI əsr və XVII əsrin ilk yarısı boyu davam etmiş 
Səfəvi-Osmanlı savaşları olmuşdu.
Səfəvi-Osmanlı savaşlarında demək olar ki, bütün 
hərbi əməliyyatların Azərbaycan ərazisində getməsi, 
təsərrüfat sahələrinin, yaşayış məskənlərinin, xüsusilə də 
mədəniyyət mərkəzləri olan Təbriz, Gəncə, Şamaxı, 
Naxçıvan və s. kimi şəhərlərin dəfələrlə dağıdılması, 
insan potensialının ciddi itki ilə üzləşməsi, mədəniyyət 
xadimlərinin əsir aparılması, didərgin düşməsi mədəni 
inkişafın ümumi fonuna olduqca mənfi təsir göstərmişdi. 
Bəzi Səfəvi hökmdarlarının, Şah I Təhmasibin tövbə 
fərmanı, Şah II Abbas və Şah Hüseynin mədəniyyətin 
ayrı-ayrı sahələrinə qoyduqları yasaqlar da inkişaf 
prosesində izsiz ötüşməmişdi. Bununla belə, qeyd edilən 
faktlar zəngin tarixi köklərə söykənən Azərbaycan 
mədəniyyətini inkişaf yolundan sapdıra bilməmiş, XVI-
XVII əsrlər xalqımızın tarixində xüsusi mərhələ təşkil 
etmişdi.
ƏDƏBİYYAT: 
1. 
Azərbaycan tarixi. Dərslik.(S. Əliyarlının red. 
ilə). Bakı, 1996, 2009
2. 
Azərbaycan tarixi. Dərslik. I cild. Bakı,1994
3. 
Şükürov K. Azərbaycan tarixi. (Üç hissədə) I 
hissə. Bakı,2004 
4. 
Azərbaycan tarixi, 7 cilddə. Bakı, 1998, 2007. III 
cild.


178 
5. 
Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. 
Bakı, 1993, 2007 
6. 
Fərzəlibəyli Ş. Azərbaycan və Osmanlı 
imperiyaları. (XV-XVI əsrlər). Bakı, 1995 
7. 
Fərzəlibəyli Ş. Azərbaycan XV-XVI əsrlərdə. 
Bakı, 1983 
8. 
Mahmudov Y. Azərbaycan diplomatiyası. Bakı, 
2008 
9. 
Nağıyev S. Qızılbaşlıq haqqında. Bakı, 1997 
10. 
Cəfərli N. Səfəvilər dövləti. Bakı, 2000 
11. 
Həsənəliyev Z. Səfəvi dövləti. Bakı, 2000 
12. 
Kazımi P. Səfəvilər dövründə Azərbaycanda 
kitabxana işi. Bakı, 2008 


179 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin