Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə68/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   64   65   66   67   68   69   70   71   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Şirvan 
üsyanı. 
1722-1735-ci 
illərdə 
Azərbaycanın 
Xəzərsahili 
əyalətlərinin 
Rusiya 
tərəfindən işğal olunması. Səfəvi dövlətinin ağır 
günlərində şah Sultan Hüseyn Rus dövlətindən kömək 
almaq üçün onunla yaxınlaşmağı qərara aldı. Bu 
məqsədlə 1713-cü ildə "dostluq və ticarət müqaviləsi" 
bağlamaq üçün Fəzlulla bəyi Peterburqa göndərdi.


181 
I Pyotrun 1714-
cü ildən başlayaraq Xəzər 
dənizinin Şərq sahillərini öyrənmək üçün Bekoviç-
Çerkasskinin 
başçılığı 
ilə 
buraya 
ekspedisiya 
göndərmişdi.
I Pyotr Xəzər dənizinin qərb sahillərini öyrənmək 
məqsədilə Azərbaycandan, xüsusilə karvan yolu ilə 
Şirvandan keçməklə Səfəvi dövlətinə özünün yaxın 
adamlarından birini - A.P.Volınskini göndərdi.
Hacı Davud 1721-ci ilin avqust ayında Şirvan 
bəylərbəyiliyinin mərkəzi olan Şamaxı şəhərini tutdu. 
Şəhər 
alınarkən 
buradakı 
zəngin 
bazarın, 
karvansaraların, xarici ölkədən gələn tacirlərin, o 
cümlədən rus tacirlərinin bir neçə milyonluq malı qarət 
olundu.
1721-
ci ildə İrəvan xanının qoşunlarını məğlub 
edən Hacı Davudun dəstələri Gəncə şəhərini mühasirə 
etsələr də, onu ala bilmədilər.
Rusiyanın ona qarşı mənfi münasibətindən xəbər 
tutan Hacı Davud özünə arxa tapmaq məqsədilə Osmanlı 
imperiyasına müraciət etdi.
Şimali 
Azərbaycanın 
Xəzər 
sahillərində 
möhkəmlənmək arzusunda olan Osmanlı imperiyası vaxt 
itirmədən Hacı Davudla əlaqə yaratdı. Hacı Davud 
Türkiyədən hərbi kömək istəməklə bərabər həmin 
dövlətin himayəsini də qəbul etməyə söz verdi. I Pyotrun 
1722-
ci il yürüşündən sonra Türkiyə Hacı Davudu 
himayəyə qəbul etdi (1722-ci il, dekabr). Əks təqdirdə, I 
Pyotr Türkiyə himayəsində olan şəxsə qarşı cəza 
ekspedisiyası 
göndərdiyini 
açıqlamağa 
cəsarəti 
çatmazdı.
Xəzərsahili əyalətlərə yürüş etmək üçün zəmin 
yarandı. Əvvəlcə yürüşə 1723-cü ildə başlamaq 
planlaşdırılmışdı. Əfqan qəbilələrinin 1722-ci ilin martında 
Isfahan yaxınlığında şah qoşunlarını məğlubiyyətə 


182 
uğratması və Səfəvilərin paytaxtını mühasirəyə alması 
xəbəri yürüşün bir il qabağa çəkilməsinə səbəb oldu.
Qəti addım atmazdan əvvəl I Pyotr Xəzərsahili 
əyalətlərin 
sakinləri 
arasında 
yürüşün 
səbəbini 
doğrultmaq məqsədilə "Manifest" çap edib, xüsusilə rus 
ordusu hərəkət edəcək istiqamətdə yerləşən şəhər və 
kəndlərə göndərdi. "Manifest" də yürüşün əsil səbəbi
mahiyyəti ört-basdır edilir və göstərilir ki, rus ordusunun 
bu yürüşdə məqsədi Şirvan üsyanı zamanı Şamaxıda 
qətl və qarətə məruz qalmış rus tacirlərinin intiqamını 
almaq, habelə Rusiya dövlətinin dostu olan Səfəvi şahına 
qarşı qalxan üsyançılara, xüsusilə Hacı Davuda və 
Surxay xana cəza verməkdən ibarətdir. I Pyotr 
"Manifest"ində həmçinin yerli əhaliyə əmin-amanlıq da 
vəd edirdi.
1722-ci il avqustun 23-
də rus qoşunları heç bir 
müqavimət görmədən Dərbənd şəhərinə daxil oldu. 
Rusiyaya qayıtdıqdan sonra I Pyotr hərbi ekspedisiyalar 
göndərməklə Xəzər sahilinin qərbində yerləşən bütün 
əyalətləri tutub Rusiyaya ilhaq etmək qərarına gəldi. Bu 
cəhətdən böyük hərbi strateji və iqtisadi əhəmiyyət kəsb 
edən Bakı qalasını almaq əsas vəzifə idi.
Bakıya dəniz vasitəsilə yürüş hazırlandığı bir 
zamanda - 1722-ci ilin okty
abrında İsfahan əfqan 
qəbilələri tərəfindən zəbt edildi. 1722-ci ilin dekabrında 
başda polkovnik Şipov olmaqla rus eskadrası Ənzəli 
limanına daxil olub, heç bir müqavimətə rast gəlmədən 
Rəşt şəhərini tutdu.
Səfəvi dövlətin zəifləməsindən istifadə edən 
Osm
anlı imperiyası da öz qoşunlarını Cənubi Qafqaza 
doğru yeritdi. Osmanlı qoşunları vaxt itirmədən Cənubi 
Qafqaza daxil olaraq Tiflis şəhərini işğal edib, şərqə 
doğru irəlilədilər.


183 
Türkiyə tərəfindən bütün Cənubi Qafqazın 
tutulması təhlükəsi I Pyotru Bakını 
işğal etməyə tələsdirdi.
1723-
cü il iyulun 21-də rus donanması Bakı 
limanına daxil oldu. Ciddi müqavimət göstərməsinə 
baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və hərbi 
texnikaya malik olan düşmən hücumuna tab gətirmədi və 
bombardman nəticəsində şəhərdə baş verəcək yanğının, 
tələfatın qarşısını almaq məqsədilə qalanı yadelli 
işğalçılara təslim etməyə məcbur oldu.
Bakı qalası alındıqdan sonra burada yerli inzibati 
hakimiyyət edildi və komendantlıq idarəsi yaradıldı. 
Bak
ının ilk komendantı knyaz Baryatinski təyin olundu. 
Bakıdan sonra ruslar asanlıqla Salyan şəhərini işğal 
etdilər.
Şahın onu səlahiyyətlərdən məhrum etməsindən 
xəbəri olmayan Ismayıl bəy şahdan heç bir icazə 
almadan 1723-
cü il sentyabrın 12-də göstərilən şərtlər 
əsasında Peterburqda Rusiya ilə müqavilə imzaladı. 
Rusiya əvəzində Səfəvi şahına öz hakimiyyətini qorumaq 
üçün hərbi yardım göstərməyi öhdəsinə götürdü.
Beləliklə, 1722-1723-cü illərdə Azərbaycanın 
Xəzərsahili əyalətləri Rusiya tərəfindən işğal edildi. 1721-
ci ildə isə Şirvan üsyanı nəticəsində Şamaxı ətrafında 
gələcək Şamaxı xanlığının təməli qoyulmuş oldu. Lakin II 
Təhmasib əvvəlcədən hüquqi əsasdan məhrum olan bu 
müqaviləni təsdiqləməkdən qəti boyun qaçırdı. Ismayıl 
bəy vətən xaini elan olundu və geri qayıtmağa cəsarət 
etməyib ömrünün sonunadək Rusiyada qaldı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin