183
Türkiyə tərəfindən bütün Cənubi Qafqazın
tutulması təhlükəsi I Pyotru Bakını
işğal etməyə tələsdirdi.
1723-
cü il iyulun 21-də rus donanması Bakı
limanına daxil oldu. Ciddi müqavimət göstərməsinə
baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və hərbi
texnikaya malik olan düşmən hücumuna tab gətirmədi və
bombardman nəticəsində şəhərdə baş verəcək yanğının,
tələfatın qarşısını almaq məqsədilə qalanı yadelli
işğalçılara təslim etməyə məcbur oldu.
Bakı qalası alındıqdan sonra burada yerli inzibati
hakimiyyət edildi və komendantlıq idarəsi yaradıldı.
Bak
ının ilk komendantı knyaz Baryatinski təyin olundu.
Bakıdan sonra ruslar asanlıqla Salyan şəhərini işğal
etdilər.
Şahın onu səlahiyyətlərdən məhrum etməsindən
xəbəri olmayan Ismayıl bəy şahdan heç bir icazə
almadan 1723-
cü il sentyabrın 12-də göstərilən şərtlər
əsasında Peterburqda Rusiya ilə müqavilə imzaladı.
Rusiya əvəzində Səfəvi şahına öz hakimiyyətini qorumaq
üçün hərbi yardım göstərməyi öhdəsinə götürdü.
Beləliklə, 1722-1723-cü illərdə Azərbaycanın
Xəzərsahili əyalətləri Rusiya tərəfindən işğal edildi. 1721-
ci ildə isə Şirvan üsyanı nəticəsində Şamaxı ətrafında
gələcək Şamaxı xanlığının təməli qoyulmuş oldu. Lakin II
Təhmasib əvvəlcədən hüquqi əsasdan məhrum olan bu
müqaviləni təsdiqləməkdən qəti boyun qaçırdı. Ismayıl
bəy vətən xaini elan olundu və geri qayıtmağa cəsarət
etməyib ömrünün sonunadək Rusiyada qaldı.
Dostları ilə paylaş: