Kənd təsərrüfatı. XVI yüzilin başlanğıcında
Azərbaycan torpaqlarının birləşdirilməsi, möhkəm dövlət
idarəçiliyin yaradılması ilə ölkənin həyatında dirçəliş
başlandı.
XVI-
XVII yüzillərdə kənd təsərrüfatında yenə
əkinçilik üstün yer tuturdu. Kənd əhalisinin çoxu
əkinçiliklə məşğul olurdu. Əkinçi təsərrüfatı başlıca olaraq
suvarma özülündə qurulurdu.
Sənətkarlıq və ticarət. Azərbaycanın yaxşı təbii-
coğrafi şəraiti, xammal bolluğu, ipəyə, yuna, pambığa,
sənət məhsullarına daxili ehtiyacın və beynəlxalq bazar
tələbatının artması ölkədə şəhərlərin canlanmasına,
sənətkarlıq və ticarətin irəliləyişinə müsbət təsirlər
göstərmişdi. XVI-XVII əsrlərdə ölkə miqyasında əmək
bölgüsünün dərinləşməsi, ticarətin və sənətkarlığın
təkamülü
mövcud
şəhərlərin
inkişaf
prosesini
sürətləndirmiş, bir çox kiçik yaşayış məskənlərinin
şəhərlərə çevrilməsində başlıca amil rolunu oynamışdır.
Ancaq Təbriz, Gəncə, Ərdəbil, Marağa, Şamaxı, Ərəş,
Bərdə, Naxçıvan, Dərbənd, Culfa ölkənin əsas
sənətkarlıq və ticarət mərkəzləri idilər. Azərbaycan
şəhərlərində, hətta bir çox kənd və qəsəbələrdə toxucu,
174
başmaqçı, dərzi, misgər, dəmirçi, dulusçu, dabbaq,
bənna kimi 44-dən çox peşə-sənət sahəsi vardı.
Səfəvi dövlətinin iqtisadi siyasəti sənətkarlığın
inkişafına təkan verdi. I Şah Təhmasib sənətkarlardan
istehsala görə «mali möhtərifə», satışa görə isə «tamğa»
adı ilə alınan vergiləri 1565-ci il fərmanı ilə ləğv etdi. Bu,
sənətkarlıq və ticarəti canlandırdı.
XVI-
XVII yüzildə
sənətkarlığın irəliləyişi daxili və xarici bazarlardakı
ehtiyacla bağlı idi. Alış-veriş arttdıqca istehsal da
genişlənir, istehsal texnikası yeniləşirdi. Məhsuldar
qüvvələr canlandıqca sənətin yeni sahələri yaranırdı.
Dövlət xəzinəsi ticarətdən çox qazanc götürürdü.
T
acir və sıravi satıcılardan gömrük nəzarətçiləri
tərəfindən yollarda «rəhdari» adlı yol gömrüyü (rüsum),
şəhərlərin giriş qapısı və bazarlarda isə bac (ticarət
rüsumu) alınırdı.
Rusiya ilə Azərbaycan arasında alış-veriş Volqa-
Xəzər su yolu və Dərbənddən keçən qədim quru karvan
yolu ilə aparılırdı. Dərbənd-Şabran-Muğan çölü, Cavad-
Ərdəbil-Xalxal-Zəncan-Sultaniyyə-Əhər başlıca ticarət
yolu idi. Şamaxı, Ərəş, Təbriz, Marağa şəhərləri də bu
karvan yolu ilə bağlı idilər. Volqa çayı ilə gələn gəmilər
isə Xəzərin Dərbənd, Niyazabad, Bakı limanlarına yan
alırdılar. Tacirlər bu limanlardan yenə də quru karvan
yoluna çıxıb mallarını istədikləri şəhərlərə aparırdılar.
XVII yüzilin ikinci yarısında Qərbi Avropa ticarət
kapitalı Rusiya kapitalının rəqabəti ilə də qarşılaşdı.
1667-
ci ildə Rusiya hökuməti Culfa ticarət şirkəti ilə
müqavilə bağladı. Müqaviləyə görə şirkət xam ipəyi
Rusiyaya satmalı, yaxud Avropaya Rusiya vasitəsi ilə
ixrac etməli idi. 1672-ci ildə Şah Süleyman (1666-1694)
çar Aleksey Mixayloviçə (1645-1676) yazdığı məktubda
Culfa şirkətinin bağladığı müqavilə ilə razılaşdığını
bildirirdi.
|