Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə63/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   59   60   61   62   63   64   65   66   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

 
XVI-
XVII əsrlərdə Azərbaycanın siyasi və sosial-
iqti
sadi quruluşu. XVI-XVII əsrlər Azərbaycan 
mədəniyyəti. 
  
Dövlət quruluşu. Şah qeyri-məhdud hökmdar idi. 
Dövlətin Ali məclisi yalnız məşvərətçi rol oynayırdı. I 
Təhmasib dövründə Ali məclisin 12 üzvü vardı. Şah 
mühüm məsələlərin həllində Ali məclisi çağırır, yüksək 
dövlət xadimlərinin təkliflərini dinləyir, ancaq son qərarı 
özü verirdi. 
Dövlət quruluşunda şahdan sonra baş vəzir (vəziri-
əzəm) əsas yer tuturdu. Şahın saray münşisi (katibi) 
vaqiənəvis adlanırdı. Ali dini idarəyə sədr başçılıq edirdi. 
Divan əs-sədarədə iki sədr fəaliyyət göstərirdi. Biri sədri-
xassə, digəri isə sədri-ammə (və ya sədr əl-moqufat) 
adlanırdı.
Inzibati-
ərazi bölgüsü əsasında dövlətin geniş 
ərazisi təbii sərhədləri ilə bir-birindən ayrılan 4 valilik və 
13 vilayətə (bəylərbəyiliyə) bölünmüşdü. Vilayətləri şah 
tərəfindən təyin olunan hakimlər idarə edirdi. Vilayətə 
hakim xan, soltan titulu əmir əl-üməra, yaxud bəylərbəyi 
rütbəsi ilə təyin olunurdu. Vilayətlərdə bəylərbəyidən 
sonra əsas yeri əyalət vəziri tuturdu.


173 
Bəylərbəyiliklər mahallara bölünürdü. Mahalları şah 
tərəfindən təyin olunan mahal hakimləri (sultan və 
məliklər) idarə edirdilər. Bu hakimlərə hərbi-inzibati və 
polis funksiyası verilirdi. Vilayətlərin idarə olunmasında 
bəylərbəyi müavini (canişin), eşikağasıbaşı, divanbəyi, 
me
hmandar da mühüm rola malik idilər. 
Səfəvilər dövründə canişin və naib əl-hökumə 
sinonim kimi işlənmişdir. Bu adı daşıyan məmuru bir 
qayda olaraq bəylərbəyi özü təyin edirdi. Səfəvi dövləti 
sistemində başlıca idarəçilik qurumları iki inzibati 
bölmədən ibarət idi: bəylərbəylik (vilayət) və sultan-
məliklik (mahal).

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin