165
Azərbaycanı tutmalı idi. Vəzir Lələ Mustafa paşanın
ordusu avqust 1578-
ci ildə Ərdəhan tərəfdən hücuma
keçdi. Ustaclı
Məhəmməd Toxmaq xanla Qacar
Imamqulu xan 15 minlik qoşunla ordusunun sayı
onlardan qat-
qat çox olan Lələ Mustafa paşa ilə
qarşılaşdılar. Çıldırda 1578-ci
ilin avqustunda baş verən
döyüşdə Səfəvi bəylərbəyiləri məğlub oldular. Osmanlılar
Gürcüstanın xeyli torpaqlarını tutub Şirvana doğru
irəlilədilər.
Qanıq (Alazan) çayı sahilində Osmanlılar
Türkman
Əmir xan və Qacar Imamqulu xanın qüvvələri ilə
qarşılaşdılar (sentyabr 1578).
Səfəvi ordusu ilk döyüşdə
qələbə çalsa da, Əmir xan oğlu Sultan Murad xanın səhvi
nəticəsində baş verən ikinci döyüşdə xeyli itki verdi.
Mollahəsəndə gedən döyüşlərdə (noyabr 1578)
Krım qüvvələri dağıdıldı və ələ keçirdikləri qənimətlər geri
alındı. Adil Gəray əsir götürüldü. Özdəmir oğlu Osman
paşa Dərbəndə çəkildi. Mollahəsən
qələbəsindən sonra
qızılbaş əmirləri Şah qərargahından Osman paşanın
təqib olunması, Dərbəndin tutulması barədə əmr alsalar
da, ona əməl etməyib Qarabağa döndülər. Qızılbaşların
bu səhvindən
Osman paşa istifadə edib, Dərbənddə
möhkəmlənərək Şirvana nəzarəti öz əlində saxlaya bildi.
Dostları ilə paylaş: