158
(1525). 1526-
cı ildə Ustaclı bəyləri Mustafa soltanın
başçılığı altında yenidən toplanıb Div soltanı Rumlu və
Çohə soltan Təkəliylə Sultaniyyə (1526), Ərdəbil (1527)
və Naxçıvanda (1527) savaşır, ancaq axırıncı döyüşdə
Mustafa öldürülür. 1527-ci ildə Təkəli bəyləri Div sultan
Rumlunu da öldürüb iqtidarı ələ aldılar. Çoha sultan
rəqibsiz əmir əl-üməra və həm də vəkil oldu. Boş qalan
vəzifələrə Təkəli bəyləri gətirildi. Ancaq bu, başqa
qızılbaş tayfalarının qısqanclığını artırdı. Eyni zamanda,
bu çəkişmələrdə bişmiş şah da artıq iqtidara tam sahib
olmaq istəyirdi. Şahın göstərişi ilə Herat valisi Hüseyn
xan Şamlının dəstəsi Qəzvində Çohə soltanın evinə
hücum etdilər. Çohə soltan qaça bilsə də 1531-ci ildə
öldürüldü.
Vəkil olmaq və dövlət işlərini ələ almaq üstündə
qızılbaş əmirləri arasında 1524-1534-cü illərdə baş
vermiş bu çəkişmələr dövləti xeyli sarsıtmışdı. Artıq bu
çəkişmələrdə böyük təcrübə qazanmış şah 1534-cü ildən
hakimiyyətə nəzarəti ələ alır.
Dostları ilə paylaş: