142
vasitəsilə Avropa ölkələrinə göndərilirdi. Mənbələrin
məlumatına əsasən, Azərbaycan ərazisindən Təbriz-
Hələb, Təbriz-Bursa, Təbriz-Trabzon
kimi beynəlxalq
əhəmiyyətli tranzit ticarət yolları keçirdi. XV əsrin II
yarısından etibarən Azərbaycanı Xəzər dənizi və Moskva
knyazlığı vasitəsilə Avropa ilə birləşdirən Şimal ticarət
yolu (
Təbriz-Mahmudabad- Şamaxı-Moskva) xüsusi
önəm kəsb etməyə başlamışdı.
Şəhərlər. Bütün orta əsrlər dövründə olduğu kimi
XV əsrdə də Azərbaycan şəhərlər ölkəsi kimi tanınırdı.
Bu dövrdə də əsrlər boyu paytaxt olmuş Təbriz
Azərbaycanın ən məşhur şəhəri idi. Qaynaqların
məlumatına əsasən Təbriz şəhərində 200-300 min əhali
yaşayırdı. XIV əsrin son rübü
və XV əsrin əvvəllərində
dəfələrlə dağıntılara məruz qalan Təbriz Hülakülər
dövrünə nisbətən tənəzzül çağını yaşasa da, XV əsrin
ortalarından başlayaraq yenidən inkişaf yoluna çıxmışdı.
Təbrizin ticarət və sənətkarlıq məhsullarından əldə etdiyi
gəlirin ən böyük Avropa ölkəsinin qazancından çox
olması faktı şəhərin iqtisadi əhəmiyyətini bariz nümayiş
etdirir.
Azərbaycanın mühüm şəhərlərindən biri də
Şamaxı idi. Şirvanşahlar dövlətinin Bakı ilə yanaşı
paytaxt şəhərlərindən biri olan Şamaxı mühüm ipəkçilik
və sənətkarlıq mərkəzi olmaqla
bərabər Şimal tranzit
ticarət yolunun əsas qovşağı hesab edilirdi. Təxmini
hesablamalara görə Şamaxıda 10 minə qədər ailə
yaşayırdı. A.Kontarini Təbrizə nisbətən kiçik olsa da
Şamaxının maddi nemətlərin bolluğu baxımından ondan
daha əlverişli olduğunu qeyd edirdi.
XV əsr Azərbaycan şəhərləri içərisində Sultaniyə
şəhərinin də özünəməxsus yeri vardır. Son tarixi
araşdırmalar sübut edir ki, XIV əsrin son rübündə Təbriz
dağıntılara məruz qaldığı üçün XV əsrin ortalarına qədər
143
Azərbaycanın ən mühüm ticarət
mərkəzi rolu Sultaniyə
şəhərinə məxsus olmuşdur. Əmir Teymurun dağılmış
vəziyyətdə olan Beyləqanı abadlaşdırmaq və şəhərə
suvarma arxı çəkdirməsindən sonra Beyləqan dirçəliş
yoluna qədəm qoymuşdu. XV əsrdən etibarən Bakı
Azərbaycanın əsas liman şəhərinə çevrilməklə yanaşı,
Şirvanşahlar dövlətinin paytaxtı, neft, zəfəran, duz
istehsalı mərkəzi kimi də məşhur idi. Bu dövrdə Ərdəbil,
Dərbənd, Marağa, Gəncə və s. Azərbaycanın mühüm
şəhərləri sırasına daxil idi.
Elm.
XV əsrdə də tarixi səciyyəli salnamələr,
əsərlər əsasən hökmdar saraylarında, hökmdar sifarişi
ilə, taxt-tac sahiblərinin mənafelərinə və tələblərinə uyğun
şəkildə yazılırdı. Bu dövrdə yaşamış tarixçi və
coğrafiyaşünas Əbdürrəşid ibn
Salih ibn Nuri əl-Bakuvi
«Kitab təlxis əl-asar və əcaib əl- malik əl-qəhhar»
(«Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri»)
adlı əsərin (ərəb dilində) müəllifidir.
Bu dövrdə Ağqoyunlu hökmdarı Sultan Yaqubun
sarayında Əbubəkr Tihrani, İdris Bidlisi, Fəzlullah
Ruzbihan Xunəci (Xunci) kimi tarixçilər fəaliyyət
göstərmişlər. Əbubəkr ət-Tihrani əl-İsfahani İran tarixçisi
olsa da, Azərbaycan tarixinə daha çox xidmət etmiş şəxs
kimi tanınmışdır. O, Qaraqoyunlu hökmdarı Cahanşahla
Teymuri sultanı Əbu Səid arasında bağlanmış sülh
müqaviləsinin, bir sıra
dövlət sənədlərinin, dövlətlərarası
yazışmaların
(«məktubların»)
mətnlərinin
müəllifi
olmuşdur. Əbubəkr Tihrani Ağqoyunlu dövlətinin banisi
Uzun Həsənə də xidmət etmişdir. Tarixçi bir müddət
Uzun Həsənin sarayında münşi («katib») vəzifəsində
çalışmış
və
bu
hökmdarın
göstərişilə
«Kitabi-
Diyarbəkriyyə» əsərini yazmışdır.
«Kitabi-Diyarbəkriyyə» XV yüzillikdə yazılmış
dəyərli əsərlərdəndir. Kürd mənşəli İdris Bidlisinin də
144
ümumtürk, Azərbaycan tarix elminə xidmət etdiyi
şübhəsizdir.
Ağqoyunlu sultanı Yaqubun sarayında xidmət
etmiş tarixçilərdən biri də
Fəzlullah Ruzbihan Xunəci
(Xunci) idi. Onun «Tarixi-aləmarayi Amini» adlı əsəri
vardır.
Mənbələrdən məlum olur ki, Uzun Həsənin
göstərişi ilə Qurani-Kərim ilk dəfə türk (Azərbaycan) dilinə
tərcümə edilmiş və onun hüzurunda oxunmuşdu.
Xəttatla miniatürçü rəssamın birgə fəaliyyəti bu
dövrdə də Azərbaycan mədəni mühitinin əlamətdar
hallarından olmuşdur. Azərbaycanda mövcud olan Şirvan
və Təbriz miniatür məktəblərində xeyli rəssam çalışırdı.
Təbiidir ki, bu yüzillikdə baş vermiş bir sıra hərbi-siyasi
hadisələr miniatür rəssamlığının inkişafına
müəyyən
dərəcədə mənfi təsirini göstərdi.
Dostları ilə paylaş: