Səfəvi dövlətinin yaranması. Şah Ismayılın
xarici siyasəti. XV əsrin ikinci yarısında Azərbaycan
siyasi vəziyyəti ölkənin mərkəzləşdirilmiş dövlət ətrafında
birləşdirilməsini tələb etdirildi. Feodal pərakəndəliyi,
feo
dalların özbaşınalığı, onlar arasındakı çəkişmələr
təsərrüfat
əlaqələrinin
genişlənməsinə,
məhsuldar
qüvvələrin inkişafına mane olurdu. Qaraqoyunlu və
Ağqoyunlu dövlətləri ara müharibələrinə son qoya
bilmədi. Yaqubdan sonra Ağqoyunlu taxt-tacı səkkiz
nəfər 10 il mübarizə aparmışdır. Bu mübarizə ölkənin
təsərrüfatını pozur, oturaq əhalinin dinc əməyinə mane
olurdu. Ona görə də oturaq əhali ilə hərbi köçərilər
arasında ziddiyyətlər kəskinləşir. Bütün bunlar xalqın
səbir kasasını doldurmuş, feodal zülmünə qarşı xalqın
mübarizəsini gücləndirmişdir. Bu hərəkat obyektiv olaraq
əhalinin ara müharibələrinə və feodal özbaşınalığına son
qoymaq, mərkəzləşdirilmiş dövlət yaratmaq tələbatını əks
etdirirdi. Belə bir dövlətin yaranması sənətkarlıq və kənd
təsərrüfatının inkişafında maraqlı olan oturaq əhalinin
mənafeyinə daha uyğun idi.
Ölkənin pərakəndəliyindən tacirlər daha çox zərər
çəkir, ona görə də onlar mərkəzləşdirilmiş dövlətin
yaranmasına yaxından kömək edirdilər. Çoxlu miqdarda
gömrüyün azaldılması, karvanların basqınlardan
149
qorunması yalnız mərkəzləşdirilmiş dövlət şəraitində
mümkün idi.
İri feodalların özbaşınalığından əziyyət çəkən xırda
və orta feodallar da mərkəzləşdirilmiş dövlətin yaranması
ehtiyacı duyurdular. Bir sözlə, əhalinin əsas təbəqələri
m
ərkəzləşdirilmiş dövlətin yaranmasına tərəfdar idilər.
Mərkəzləşdirilmiş dövlətin yaradılması, xarici
təhlükədən müvəffəqiyyətlə qorunmaq baxımından da
irəli gəlirdi.
1499-
cu ilin avqustunda Ismayıl öz tərəfdarı ilə
Lahicanı tərk edərək Ərdəbilə gəldi. Onu Hüseyn bəy
Şamlı (lələ), Xülafə bəy, Dədə bəy və başqaları müşayiət
edirdi. Yolda onlara çoxlu tərəfdarlar qoşuldular. Lakin
Ismayıl Ərdəbildə çox qala bilmədi. Şəhərin hakimi Əli
bəy Cakir Əlvəndin adından Ərdəbili tərk etməyi tələb
etdi. Qızılbaşlar Talışa getməli oldular. Talış hakimi Mirzə
Məhəmməd onlara qışı Ərçivanda keçirməyə icazə verdi.
1500-
ci ildə Ismayıl öz tərəfdarları ilə Ərzincana
gedir. Burada Ismayılın ətrafında 7 min mürid toplanır.
Onun qoşunlarının əsasını Azərbaycan tayfaları-şamlı,
rumlu, əfşar, zülqədər, varsaq, ustaclı, təkəli və başqa
tayfalar içərisindən çıxmış müdirlər təşkil edirdi.
Qızılbaşlar
Azərbaycanı
birləşdirmək
üçün
Ağqoyunlular və Şirvanşahla mübarizəyə başladılar.
Qızılbaşlar Təbrizə hücum etməklə dərhal üç düşmənlə –
Əlvənd və Murad qardaşları və onları müdafiə edən
Fərrux Yaşarla qarşılaşmalı idi. Ona görə də qızılbaş
yanlarının yığıncağında birinci olaraq, Şirvan üzərinə
hücum etmək qərarı alındı. Ismayılın məqsədi öz
düşmənlərini birləşməyə qoymamaq, onları ayırmaq idi.
1500-
ci yazında qızılbaşlar Şirvana hücum etdi. Qoyun
ölümü adlanan adlanan yerdə Kürü keçərək Şirvan
torpaqlarına daxil oldular. Qızılbaşların hücumunu
eşidən Fərrux Yaşar Qəbələ mahalının qoşun toplamağa
150
getdi.
Ismayıl müqavimətsiz Şamaxıya daxil oldu. Fərrux
Yas
ar Gülüstan qalasında möhkəmlənməyə çalışdı.
1500-
ci ilin payızında Cabanı adlanan yerdə Şirvan
qoşunu ilə 7 min qızılbaş arasında döyüş oldu. Döyüşdə
Şirvan qoşunları dağıldı, Fərrux Yasar öldürüldü.
Qızılbaşlar çoxlu qənimət ələ keçirdilər. Şirvanşahın oğlu
Şeyxşah qoşunun qalıqlarını toplayıb müqavimət
göstərməyə çalışdı. Lakin buna nail olmadı və dənizlə
G
ilana qaçdı. Ismayıla qoşuna dinclik vermək üçün
Muğana getdi. Bakı qalası Səfəvilərin nümayəndəsinə
xərac verməkdən boyun qaçırdı. Məhəmməd bəy Ustaclı
və Ilyas bəyin başçılığı ilə oraya qoşun göndərildi. Lakin
onların tələblərinə baxmayaraq möhkəm qala divarları
olan Bakı təslim olmadı. Onun müdafiəsinə Şirvanşahın
oğlu Qazıbəyin arvadı başçılıq edirdi. O, səfəvi elçisini
və qalanı təslim etməyi təklif edən darğa Əbdül Fəttahı
edam edirdi. Bakının mühasirəsinə Ismayıl özü gəlməyə
məcbur oldu. Onun əmri ilə qala bürclərindən birinin
altından lağım altında nəticədə bürc dağıldı, qızılbaşlar
şəhərə daxil oldu. Şəhərin 70 əyanı əllərində Quran
Ismayılın qarşısına çıxdı. Qan bahası olaraq min tümən
alındı. Şirvanşahların sarayında olan xəzinə qızılbaşların
əlinə keçdi.
Şirvan qoşunları Gülüstan və Buğurd qalalarında
müqavimət
göstərməyə
davam
e
dirdilər.
Bakını
tutduqdan
sonra Ismayıl Gülüstan qalasını mühasirə etdi.
Cənubi Azərbaycanda vəziyyət getdikcə kəskinləşirdi.
Bunu nəzərə alan Ismayıl Gülüstanın mənasız
mühasirəsindən əl çəkməyi qərara aldı. O, Əlvəndin
qoşun topladığını bildirirdi. Tarixçilər qeyd edirlər ki,
Is
mayıl “dövlətin sütunlarını” yanına çağırıb onlardan
soruşdu: “Siz Azərbaycan paytaxtını istəyirsiniz, yoxsa
G
ülüstanı? – Sərkərdələr dedilər: Azərbaycanın
paytaxtını istəyirik” Qızılbaşlar Şirvanşahlara böyük zərbə
151
vursalar da, onu hələlik tamamilə tabe etdirə
bilməmişdilər.
Ismayılın Şirvandakı qələbələri onun şöhrətini
daha da artırmışdır. Bir sıra Ağqoyunlu əyanları onun
yanına qaçmağa başladılar. Ağqoyunluların vəziri
Şəmsəddin Zəkəriyyə onun yanına qaçmış və İsmayıl
tərəfindən vəzir təyin olunmuşdur.
Ismayıl sürətlə Kürü keçib Naxçıvana doğru
irəlilədi. Yolda Ağqoyunlu qüvvələrini əzdi. 1501-ci ilin
ortalarında Naxçıvanda Şərur adlanan yerdə qızılbaşlarla
Əlvəndin 30 minlik qoşunu üz-üzə gəldilər. Qızılbaşlar 7
min nəfər idi. Böyük qüvvəyə malik olmasına baxmayaraq
Əlvənd əsgərlərə inanmırdı. Ona görə də qoşun geri
qaçmasın deyə arxadan dəvələri bir-birinə bağlamışdı.
Lakin bu tədbir özünü doğrultmadı. Qızılbaşların təzyiqi
altında Ağqoyunlu qoşunları qaçmağa başladı. Döyüş
qızılbaşların qələbəsi ilə qurtardı.
1501-
ci ilin payızında İsmayıl təntənə ilə Təbrizə
daxil oldu və özünü şah elan etdi (1501-1524). Beləliklə,
paytaxtı Təbriz olan Səfəvi dövləti yaradıldı.
Səfəvilər dövründə azərbaycanlılar dövlətin siyasi
həyatında mühüm rol oynayırdılar. Həbi komandanlıq,
maliyyə idarələri, vilayətlərin idarə olunması saray
vəzirləri Azərbaycan əyanlarının əlində idi.
Səfəvilər kimi güclü bir dövlətin yaranması
Osmanlı və özbək Şeybani xanı narahat etməyə başladı.
Şeybani ilə Ismayıl arasında düşmənçilik var idi. Onlar
yeni-
yeni torpaqlar ələ keçirmək uğrunda mübarizə
aparırdılar. 1507-1508-cı illərdə Ismayıl Iran torpaqlarını
tutmaqla məşğul olarkən Şeybani iqtisadi cəhətdən
böyük əhəmiyyət kəsb edən Xorasanı ələ keçirmişdi.
Bundan şirnikləşən Şeybani xan Ismayıla məktub
yazaraq, onun xeyrinə hakimiyyətdən əl çəkməyi tələb
edir. O, məktubunda bildirir ki, əks halda “Mən Iran və
152
Azərbaycan sərhədlərinə qoşun çəkərəm, bu ölkələri
işğal etdikdən sonra Ərəb Iraqına və Hicaza gedərəm”.
Şah Ismayıl münasibətləri pozmaq istəmir, ona
yumşaq cavab yazır. O, bundan aha da şirnikləşərək
Ismayıla daşa təhqiramiz məktublar yazır. O, Ismayıla
“kəşkül və əsa” göndərərək bildirirdi: “Hakimiyyət
iddiasını o adam edə bilər ki, ata babadan padşahlar
sülaləsinə mənsub olsun. Tərəkəmə ağqoyunluların
qohumluğuna arxalanaraq, hakimiyyət iddiasına düşmək,
bəlkə o zaman mümkün olardı ki, mənim tək yeddi iqlim
padşahı meydanda olmasın”.
Şah Ismayıl Xorasana çatan kimi Şeybani xan
tələsik heratdan Mərvə çəkilərək əsas qüvvələrlə
birləşməyə çalışdı. O, Mərv qalasını möhkəməndirərək
əsas qüvvələri gözlədi. Qızılbaşların qalanı bir həftə
mühasirədə saxlaması bir nəticə vermədi. Şah İsmayıl
hərbi hiylə işlədərək Şeybanini qaladan çıxarmağı və
açıq döyüşə girməyi qərara aldı. Ismayıl əsas qüvvələri
ilə Mərvdən 15 km, aralı Mahmudi kəndi yanında mövqe
tutdu. Şah Ismayıl aldadıcı fəndlə Şeybaninin qüvvələrini
açıq döyüşə çəkdi və onları darmadağın etdi.
Şeybaninin məğlubiyyətindən sonra Ismayılın
Osmanlı sultanı Bəyazidə qarşı münasibəti dəyişdi.
Şeybaninin başının dərisinə saman dolduraraq ona
göndərdi. Türkiyənin daxilində olan çəkişmələrdən
istifadə edərək qızılbaş sərkərdəsi Nurəli xəlifə Qarahisar
və Malatyanı tutdu. Məhəmməd ustaclı isə Diyarbəykri
ələ keçirdi. 1512-ci ildə Səlim atasını taxtdan salaraq
hakimiyyəti ələ keçirdi. Ismayıl isə onun digər varisləri
arasında
olan
ziddiyyətlərdən
istifadə
edərək,
hakimiyyətə qızılbaş tərəfdarları olan şəxsləri gətirməyə
çalışırdı.
Lakin
Sultan
Səlim
öz
hakimiyyətini
möhkəmləndirdikdən sonra Səfəvilərə qarşı mübarizə
məqsədi ilə bir sıra tədbirlər həyata keçirirdi. Bütün
153
dövlətlərin səfirləri Sultan Səlimin hakimiyyətini tanımaq
üçün Ədirnəyə gəldilər. Onların içərisində Səfəvi səfiri
yox idi. Bu Səlimi daha da qəzəbləndirdi. Səlim
Səfəvilərə qarşı hərbi əməliyyata başlamazdan əvvəl
aşağıdakı tədbirləri həyata keçirirdi:
1. Avropa ölkələri Moskva, Macarıstan, Venesiya,
Moldaviya və Valaxiya ilsə sülh müqaviləsi bağladı,
qərbdə olan hərbi əməliyyatları dayandırdı.
2. Yardım üçün özbək hakimi Übeydulla xanla
razılığa gəldi.
3. Ölkənin daxilində Səfəvi tərəfdarlarına divan
tutdu. 7-
dən 70 yaşına qədər 40 min kişi qeydə alınıb
edam edildi
4. Səlim 1514-cü ildə Ədirnədə divan çağırdı və
süni üləmalarını buraya dəvət edərək onların adından
qızılbaşlara qarşı dini müharibə elan etdi.
Səlimin göstərişi ilə dövlətin hər yerindən qoşun
toplandı. Sultan yeniçərilərin döyüş ruhunu yüksəltmək
məqsədi ilə hərəsinə 1000 axça paylatdırdı. Sivasda
Sultan 140 minlik qoşuna baxış keçirdi. Beləliklə, bütün
Osmanlı qüvvələr tam hazır vəziyyətdə gətirildi.
Sultan Səlim Səfəvilərlə Türkiyə arasında axan
Çaysu çayını keçib Ərzincana daxil oldu. Bundan əvvəl
Ismayılın göstərişi ilə Ərzincanın hakimi Nurəli Xəlifə
oranı tərk etmişdi. Sultan Səlim Ismayıla məktub yazır,
lak
in cavab Ismayıl ölkənin içərilərinə çəkilirdi.
Qızılbaşların geri çəkilməsi türk qoşunlarının ruhdan salır,
onlar sultandan geri dönməyi tələb edirdilər. Səlim
Ismayıla təhqirlərlə dolu 3 məktubu göndərir. “Əgər sən
qorxaq deyilsənsə döyüşə gəl, yox əgər belə deyilsə, get
babaların kimi dərvişliyini et”.
Ismayıl ona təmkinlə cavab yazır və içərisinə
tiryəklə dolu qab qoyur. Məktubun sonunda deyilir: “…
na
layiq sözlərin mənası yoxdur. Bunlar ola bilsin ki,
154
bərşikəsə
(həşişçəkən)
münsirlərin
və
tiryək
mühərrirlərinin nəşədən beyinləri quruduğu zaman
yazılmış və eləcə də göndərilmişdir”. Ismayıl Səlimi
sultan və padşah kimi tanımadığını bildirdi. Səlim məktub
gətirən şəxsi öldürmüş və demişdir: “Mən onun
(Ismayılın) ardınca cəhənnəmə qədər də olsa
gedəcəyəm”. O, Ismayıla təhqirlərlə dolu 4 məktub
göndərmiş və Tərcana doğru hərəkət etmişdir. Buradan
Mustafa Paşanı Bayburd qalasına göndərməyi, özü isə
Təbrizə hücum etməyi qərara alır. Bunu eşidən Ismayıl
Osmanlılarla döyüşə girmək qərarına gəlir. Səlim Maku
yaxınlığında Çaldıran düzündə döyüş mövqeyi tutur.
Mənbələrdə hər iki tərəfin qoşunlarının sayı haqqında
müxtəlif məlumat vardır. Iran dili mənbələrlə Osmanlı
ordusunun sayı 200 min, qızılbaşların sayı 20 min, türk
mənbələrində qızılbaşların sayı 80 mindən 150 minədək
ol
duğu qeyd edilir. Döyüş 1514-cü il avqustun 23-də baş
verdi. Osmanlıların taktikası ilə yaxından tanış olan
Məhəmməd xan Ustaclı və Nurəli Xəlifə Rumlu gecə
hücumu ilə təşəbbüsü ələ almağı irəli sürdülər. Onlar
göstərirdilər ki, yalnız gecə hücumu ilə Osmanlıların odlu
silahdan istifadə etməsinə imkan verməmək olar. Lakin
Durmuş xan bunun əleyhinə çıxaraq bildirdi ki, “sənin
(Məhmməd Ustaclı) elə kəndxudaçılığın Diyarbəkirdə işə
keçir. Burada şah Ismayıl əyləşib, rəy və göstəriş
onunkudur”. Şah Ismayıl isə bu sözləri təsdiq edərək
dedi: “Mən harami deyiləm ki, karvan yolunu kəsəm, qoy
allah məsləhət bildiyi kimi olsun”.
Səlim qızılbaş atlılarını yaxına buraxmaq və top
atəşi ilə onları məhv etmək niyyətində idi. Burdan
xəbərdar olan Ismayıl məqsədi isə sürətli hücumla
Osmanlı qoşunlarının ön cərgəsini məhv etməklə odlu
silahlardan atəş açmağa imkan verməməkdən ibarət idi.
Döyüşün başlanğıcında Ismayılın başçılıq etdiyi hissə
155
rəqibin sağ cinahına böyük zərbə endirdi. Lakin sol
cinahında
Məhəmməd
xan
Ustaclının
hücumu
müvəffəqiyyətli olmadı. Bu isə Osmanlılara toplardan atəş
açmağa imkan verdi. Onların silah üstünlüyünü ortaya
çıxdı. Osmanlıların mühasirəsinə düşən Ismayıl qolundan
və çiynindən yaralandı. Səfəvilər məğlub oldu. Ismayıl
əvvəlcə Təbrizə, sonra isə daha şərqə çəkildi. Çaldıran
döyüşündə hər iki tərəfdən 5 min nəfər öldürüldü.
Ismayıla təkbətək döyüşdə görkəmli türk pəhləvanı Əli
bəy Maqquc oğlu öldürüldü. Səfəvilərin görkəmli
sərkərdələri Məhəmməd xan Ustaclı, Hüseyn bəy Lələ,
Xad
im bəy, Sarı Pir Ustaclı döyüşdə öldürüldü.
Türklərdən isə Həsən paşa, Üveys bəy, Süleyman bəy
döyüş meydanında qaldılar.
Mənbələrdə
qeyd
olunur
ki,
səfəvilərin
məğlubiyyətinin əsas səbəbi Şah Ismayılın məğrurluğu,
özünə həddindən artıq güvənməsi, qızılbaşların sayca az
olması, Ismayılın döyüşə yaxşı hazırlaşmaması və yaxın
adamlarının düzgün məsləhətinə qulaq asmaması,
o
smanlıların mükəmməl odlu silaha və çoxlu nizami
qoşuna malik olması idi.
Osmanlı qoşunları Azərbaycanın Xoy, Mərəndə
şəhərini ələ keçirib Təbrizə yaxınlaşdı. Xalq hər yerdə
onlara ciddi müqavimət göstərirdi. Sentyabrın 6-da I
Səlim Təbrizə daxil oldu. Lakin o, Təbrizdə 9 gün qala
bildi. Xalqın müqaviməti nəticəsində I Səlim geri çəkilməli
oldu.
Çaldıran döyüşü nəticəsində Ərzurum şəhəri daxil
olmaqla Qərbi Anadolu, Mosul daxil olmaqla Şimali
Mesopotamiya Türkiyənin əlinə keçdi. Bağdad daxil
olmaqla ərəb Iraqı qızılbaşların əlində qaldı.
Osmanlı Türkiyəsi ilə Azərbaycan Səfəvi dövləti
arasında
ziddiyyətlərin
kəskinləşməsindən
Avropa
dövlətləri istifadə etdilər. Bu iki türk dövlətini bir-birinə
156
qarşı qoymaqla onlar Türkiyənin Avropaya doğru
yürüşünün qarşısını alaraq niyyətində idilər. Həmçinin
onlar Şərqin iki böyük dövlətini bir-biri ilə
toqquşdurmaqla Avropa monarxlarının Asiyada qəsbkar
s
iyasətinin
həyata
keçirilməsinin
əlverişli
zəmin
hazırlamaq
məqsədi
güdürdülər.
Çaldıran
vuruşmasından sonra macar kralı və alman imperatoru
şah Ismayıla yaxınlaşmağa cəhd etdilər. Lakin onlar bu
mərhələdə öz niyyətlərinə nail ola bilmədilər. Ittifaq baş
tutmadı.
Çaldıran döyüşündən sonra Ismayıl Osmanlı ilə
müqavilə imzaladı və bundan sonra fəal xarici siyasət
yeridə bilmədi, əsasən dövlətin daxili işləri ilə məşğul
oldu.
Ismayıl
Cənubi
Qafqazda
öz
mövqeyini
möhkəmlətmək üçün tədbirlər gördü. 1517-ci ildə
qızılbaşlar Şərqi Gürcüstana hücum etdi və buranı Səfəvi
dövlətinə birləşdirdilər. 1522-ci ildə Kartli çarı David
Səfəvilərə xərac verməkdən imtina etdiyi üçün Səfəvi
qoşunları oraya yürüş təşkil edərək Tiflisi tutdular.
Səfəvilərin Şirvana hücumu ilə Fərrux Yaşar
öldürülsə
də,
Şirvanşahlar
öz
müstəqilliklərini
itirm
əmişdilər. Fərrux Yasardan sonra 1501-ci ildə Şirvan
taxtına Qazı bəy keçdi. 6 aydan sonra oğlu Sultan
Mahmud tərəfindən öldürüldü. Sultan Mahmud qəddar,
qaniçən olduğundan 1502-ci ildə hakimiyyətdən salındı
və Şeyxşah (II Ibrahim) hakimiyyətə gəldi. Sultan
Mahmud isə Ismayılın yanına qaçdı və ondan qoşun
alaraq, Şirvana hücum etdi. Şeyxşah Gülüstan qalasına
çəkildi. Qalanın mühasirəsi 3 ay davam etdi. Sultan
Muradın qulluqçusu onun başına kəsib Şeyx şaha apardı.
1505-1506-
cı illərdə Şeyxşah Səfəvilərə bac və xərac
verməkdən boyun qaçırdı.
157
Ismayıl 1509-cu ilin sonunda yenidən Şirvana
hücum etdi. Şeyxşah Buğurd qalasına sığındı. Şamaxı,
Bakı, Dərbənd və b. şəhərlər qızılbaşlar tərəfindən
tutuldu.
Açıq döyüşə girməkdən çəkinən Şeyxşah
Ismayıla çoxlu hədiyyələr göndərərək ona yaxınlaşdı.
Oğlu Sultan Xəlili girov kimi Səfəvi sarayına göndərdi.
Sultan Xəlil Ismayılın qızı Pərixan xanımla evləndi.
Beləliklə, Şirvanşahlar Səfəvilərin vassalına çevrildi.
1523-
cü ildə Ismayıl Şeyxşahın qızı ilə evləndi.
Şeyxşahın ölümündən sonra hakimiyyətə Sultan Xəlil (II
Xəlilullah) (1524-1535) keçdi.
Dostları ilə paylaş: |