Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 4. Azərbaycan Səfəvilər dövləti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə52/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   48   49   50   51   52   53   54   55   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Sual 4. Azərbaycan Səfəvilər dövləti. 
Səfəvilərin Ərdəbil hakimliyi. Monqol əsarəti 
dövründə Azərbaycanda xarici feodal zülmünə qarşı 
mübarizə kəndli və sənətkarların mənafeyini əks etdirən 
sufi-
dərviş təriqətləri meydana çıxdı. Ərdəbildə sufi-dərviş 


146 
təriqətlərinin əsasını Səfiəddin Ishaq əl Müsəvi əl Ərdəbili 
(1252-
1334) qoyulmuşdur.
Şeyx Səfiəddin bir “rəhbər” mürşid kimi geniş əhali 
kütləsi içərisində geniş şöhrət qazanır və özünə çoxlu 
tərəfdarlar toplayır. Bütün Ərdəbil əhalisi onun müdiri 
arasında əhalinin bütün təbəqələri təmsil olunurdu.
Mənbələrdə Səfvi şeyxlərindən Hacı Əli və 
Ibrahim Şeyxşah haqqında məlumat çox azdır. Onların 
dövründə Səfəvi şeyxlərinin nüfuzu xeyli artmışdır. 
Şeyx Cüneydin dövründə (1447-1460) səfəvilərin 
nüfuzunun artması Qaraqoyunlu Cahanşahı narahat 
etməyə başladı. Onun tələbi ilə Cüneyd Azərbaycanı tərk 
edərək Türkiyəyə gedir. Lakin II Murad “Bir taca iki baş 
sığmaz” deyə onu qəbul etmir. O, bir müddət Qaraman 
əmirliyinin ərazisində qalır. Tezliklə türk varsaq tayfası 
onun tərəfinə keçir. 1447-1453-cü illərdə Cüneyd Türkiyə 
ərazisində və onun sərhəd rayonlarında yaşayır. 
Ağqoyunlu Uzun Həsən Diyarbəkirdə Cüneydi yaxşı
qarşılayır və onun sərhəd rayonlarında yaşayır və öz 
bacısı Xədicə bəyimi ona verir. 4 il müddətində Cüneyd 
Diyarbəkirdə özünə çoxlu tərəfdar toplayır. 1459-cü ildə 
Ərdəbili qayıtmaq istəyir. Lakin əmisi Cəfər onu Ərdəbilə 
buraxmır. 
O, ətrafına çoxlu müdirlər toplayaraq Dağıstana 
yürüş təşkil edir. Burada birinci məqsəd guya dinsiz
çərkəzlərə islamı qəbul etdirmək, digər tərəfdən 
qənimətlər ələ keçirməklə özünün iqtisadi vəziyyətini 
yaxşılaşdırmaq idi. Şirvanşah I Xəlillulah ilə qızılbaş 
qoşunları 3 mart 1460-cı ildə Samur çayı sahilində baş 
verən döyüşdə Cüneydin qoşunları məğlub edilir, özü isə 
öldürülür. 
Cüneydin oğlu Şeyx Heydər (1460-1488) atasının 
siyasətini davam etdirərək, Ağqoyunlularda dostluq 
münasibətlərini saxlayır, dayısı Uzun Həsənin qızı Marta 


147 
(Aləmşah) ilə evlənir. Onun dövründə müdirlər 12 imamın
şərəfinə başlarına 12 qırmızı zolaqla papaq qoymağa 
başladılar. Ona görə də səfəvilərin tərəfdarları 
“Qızılbaşlar” adlandırılmağa başlandı. Şeyx Heydər 3 
dəfə (1483-1487, 1488) Dağıstana yürüş etmiş və çoxlu 
qənimətlər əldə etmişdir. Onun müvəffəqiyyətləri 
Ağqoyunlu Yaqubu və Şirvanşah Fərrux Yaşarı narahat 
etməyə başladı. Şeyx Heydərin Şirvana növbəti yürüşü 
zamanı Şirvan qoşunları Ağqoyunlu qoşunlarının köməyi 
ilə 1488-ci il iyulun 8-də Tabasaranda Şeyx Heydərin 
qoşunlarını məğlub etdilər, özünü isə öldürdülər.
Şeyx Heydərin ölümündən sonra Səfəvilər zəiflədi. 
Ağqoyunlu Sultan Yaqub Ərdəbili tutdu və ora öz 
hakimini təyin etdi. Yaqub Heydərin 3 oğlunu – Sultanəli,
Ismayıl və Ibrahimi həbs edib şərq mənbələrinə görə 
Istəxr qalasına saldırdı. Yaqubun ölümündən sonra 
Ağqoyunlu taxtı uğrunda mübarizə başladı. Hakimiyyəti 
ələ keçirən Rüstəm Mirzə Baysunqura qarşı mübarizədə 
şeyxlərdən istifadə etmək qərarına gəlir. Sultanəli və 
Ağqoyunlu sərkərdəsi Eybə Sultanın başçılıq etdiyi 
Rüstəmin qoşunları Baysunqurun qüvvələrini əzdi. 
Şeyxlərin nüfuzunun artması Rüstəmi narahat etməyə 
başlayır. Qəsd yolu ilə şeyxləri aradan qaldırmaq planı 
baş tutmur. Sultanəli öz tərəfdarları ilə Ərdəbilə getməyi 
qərara aldı. Rüstəm Mirzə Eybə Sultanın başçılığı ilə 
onun ardınca 5 min qoşun göndərir. Sultanəli qardaşı 
təriqətin başçısı elan edib, onları Ərdəbilə yola salır, özü 
isə Ərdəbildən bir qədər aralı Şəməsi adlanan yerdə 
Ağqoyunlu qüvvələri ilə döyüşə girir. Burada səfəvi 
qüvvələri məğlub edilir, Sultanəli isə öldürülür. Ağqoyunlu 
qüvvələri Ərdəbilə daxil olur Ismayılı axtarmağa 
başlayırlar. 
Müriddlər 
Ismayılı 
əvvəl 
şeyxlərin 
məqbərəsində, sonra isə Uba adlı ara həkiminin evində
gizlətdilər. Onun təhlükəsizliyini təmin etmək üçün Səfəvi 


148 
tayfaları Gilan həkimi Mirzə Əlinin yanına apardılar. Onu 
Rüstəm bəy, Məhəmməd bəy Türkmən qardaşı əməl və 
80 mürid müşayiət edirdi. Rüstəm Mirzə bir neçə dəfə 
Ismayılı tələb etmiş, lakin istədiyinə nail ola bilməmişdir. 
Ismayıl 6 il Lahicanda qalmışdır. Bu dövrdə 
Azərbaycanda siyasi vəziyyət gərginləşmiş, Ağqoyunlu 
dövləti zəifləmiş, hakimiyyət uğrunda Ağqoyunlu 
sülaləsinin varisləri arasında mübarizə daha da 
kəskinləşmişdir. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin