159
edirdi. Elə buna görə də, Şirvanda daxili çəkişmələr
getdikcə artırdı.
Şirvandakı bu çəkişmələr zamanı Mahmudabad və
Sa
lyanda bir nəfər qələndərin başçılığı ilə (1537-1538)
yerli hakimiyyətə qarşı çıxış oldu. Onun dəstəsi
Şamaxıya yaxınlaşdı. Onlara qarşı qüvvə çıxara
bilməyən
Şahrux və yerli əmirlər Buğurd qalasına çəkildilər.
Qələndərin dəstəsi Şamaxını tutdu. Amma məqsədləri
aydın olmadığına görə, onlar bir müddətdən sonra şəhəri
tərk edib Salyana doğru yola düşdülər. Onları Şahruxun
dəstəsi izləyirdi. Salyan yaxınlığında baş verən savaşda
q
ələndərin dəstəsi dağıdıldı.
Daxili sarsıntı keçirən
Şirvan əmirləri içərisində
mərkəzdənqaçma meylləri də baş qaldırmışdı. I Şah
Təhmasib qardaşı Əlqas Mirzə, Müntəşa sultan və
Qarabağdakı Qacar əmirlərinin başçılıq etdiyi 20
minlik
hərbi dəstəni 1538-ci ildə Şirvana yolladı. Onlar Şamaxı,
Surxab, Qəbələ, Gülüstanı tutdular. Şahruxun vəkili
başda olmaqla, bir çox Şirvan əyanı öldürüldü. Şirvanda
şahlıq ləğv edilib, bura vilayət statusu verildi.
Şirvan
vilayətinin birinci valisi I Şah Təhmasibin qardaşı Əlqas
Mirzə oldu.
Şəki hakimi Həsən bəyin oğlu Dərviş Məhəmməd
(1524-
1551) dövründə Şəki ilə Səfəvilərin arası da
getdikcə pisləşirdi. 1538-ci ildə Səfəvi qoşunu Şirvanda
Bu
ğurd qalasını
mühasirə edən zaman Dərviş
Məhəmməd Şahruxa kömək edirdi. Ancaq Şirvan
tutulduqdan sonra, Şəki hakimi Dərviş Məhəmməd xanın
Səfəvilərlə əlaqələrini yenidən yaxşılaşdırıb Şəkinin daxili
sərbəstliyini qoruyub saxlamaq istəyirdi. O, hətta I Şah
Təhmasibin dul bacısı Pərixan xanımla evləndi. Lakin,
Pərixan xanım öldükdən sonra onun Səfəvilərlə
münasibətləri yenidən pozuldu. Dərviş Məhəmməd I Şah
160
Təhmasibin Şirvan valisi olan və şahlıq
həvəsi ilə
yaşayan qardaşı Əlqas Mirzə ilə yaxınlaşdı.
Hətta o, Soltan Süleyman Qanunin (1520-1566)
tərəfindən Təhmasibə qarşı savaşan Əlqas Mirzəyə
qardaşı Şahnəzərin başçılığı ilə kömək də göndərmişdi. I
Şah Təhmasib 1548-ci ildə Sevindik bəy Əfşarın başçılığı
ilə 2500 nəfər qorçu dəstəsini Şəkiyə, Dərviş
Məhəmmədi cəzalandırmağa göndərdi. O, Kiş qalasına
çəkilib qoruna bildi. 1551-ci
ildə I Təhmasib onunla
birdəfəlik hesablaşmaq üçün Ərəşə gəldi. Burada vassalı
Kaxetiya çarı Ləvənd də onunla birləşdi. Dərviş
Məhəmməd xan şahı qarşılamağa gəlmədi. Şəki əyanları
və əhali Kiş, Gələsən-görəsən qalaları və Sığnağa
çəkildilər.
Top atəşi ilə Kişin qala divarları dağıdıldı. Qalanın
kutvalı Mahmud bəy savaşı davam etdirməyin mənasız
olduğunu görüb, qapıların açarını şaha verdi. Sığnaq
döyüşçüləri də döyüşü dayandırdılar. Dərviş Məhəmməd
gecə ikən 400 nəfərlik dəstə ilə Gələsən-Görəsəndən
çıxıb qaçmağa çalışdı. Amma qaça bilmədi və öldürüldü.
Beləliklə, Şəkinin sərbəstliyinə son qoyuldu. Şah Toygün
bəy Qacarı Şəki hakimi təyin etdi.
Dostları ilə paylaş: