Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə47/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   43   44   45   46   47   48   49   50   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

 
Sual 4. 
XV əsrdə Azərbaycanın siyasi və sosial-
iqtisadi quruluşu. XV əsr Azərbaycan mədəniyyəti. 
 
 
Siyasi quruluş və idarəetmə sistemi. XV əsrdə orta 
əsrlərin 
inkişaf 
dövrünü 
yaşayan 
Azərbaycanda 
Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətləri 
mövcud olmuşdur. Bu dövlətlərin siyasi quruluşu və 
inzibati idarə sistemi XIII-XIV əsrlər Azərbaycan 
dövlətlərinin siyasi sistemindən o qədər də fərqlənmirdi. 
Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətlərinin 
idarəçilik forması mütləq monarxiya xarakteri daşıyırdı. 
Qaraqoyunlu, Ağqoyunlu hökmdarları əsasən «padişah», 
Şirvan hökmdarları isə «şah» titulları qəbul edirdilər. 
Bununla yanaşı Qaraqoyunlu və Ağqoyunlu hökmdarları 
bəzi hallarda «əmir», «sultan», «sahibqıran» kimi 
titullardan da istifadə edirdilər. Uzun Həsən özünün 
Osmanlı və Teymuri sultanları səviyyəsində hökmdar 
olduğunu qeyd etmək məqsədilə sultan titulunu qəbul 
etmişdi. Hökmdarların hakimiyyəti qeyri-məhdud və irsi 
xarakter daşıyırdı. 


138 
Azərbaycanın cənub vilayətləri Qaraqoyunlu və 
Ağqoyunlu dövlətlərinin metropoliyası, yəni mərkəzi 
ərazisi idi. Hər iki dövlətin paytaxtı Təbriz şəhəri 
olmuşdur. Cənubi Azərbaycan bilavasitə padşahın və ya 
sultanın özü, onun mənsəb sahibləri tərəfindən idarə 
edilirdi. Başqa vilayətlərə isə (Kürdüstan, İraq-i Ərəb, 
İraq-i Əcəm və s.) sülalə üzvlərindən canişinlər təyin 
olunurdu.
Sülalə üzvlərindən və yaxud yüksək rütbəli 
əmirlərdən seçilən lələsi (atabəyi) şahzadənin yanında 
olurdu. O, şah tərəfindən təyin edilir və şahzadənin bütün 
hərbi, mülki və maliyyə işlərini onun adından idarə edirdi. 
Məsələn, Cahanşah İsfahan əyalətini oğlu Məhəmməd 
Mirzəyə verərkən Şahzadə həddi-büluğa çatmadığından 
əyalətin bütün işləri lələ Məhəmmədə tapşırılmışdı.
XV əsrdə Azərbaycan dövlətlərinin idarə olunmasında 
ən mühüm vəzifələrdən biri «əmirül-üməra» mənsəbi 
sayılırdı. Faktiki olaraq idarə sistemində hökmdardan 
sonra ikinci şəxs sayılan əmirül-üməra dövlətin hərbi 
qüvvələrinə rəhbərlik edir və yalnız hökmdara tabe 
olurdu. 
Bu dövr Azərbaycan dövlətlərinin idarə olunmasında 
vəkilin də xüsusi rolu olmuşdur. Vəkil şahın adından çıxış 
edir, bəzi hallarda isə şahın əvəzçisi rolunu icra edirdi. 
Mənbələrin məlumatına əsasən bir sıra hallarda vəkil 
əmirül-üməra mənsəbindən də üstün hesab edilirdi. 
İnzibati-idarəçilik aparatında əhəmiyyətli yer baş vəzir və 
vəzirlərə məxsus idi. Baş vəzir dövlətin maliyə sisteminin 
tənzimlənməsinə, mülki-inzibati idarələrə, xarici siyasət 
məsələlərinə rəhbərlik edirdi.
Sədr ruhani idarəsinə, vəqf əmlakının idarə 
edilməsinə rəhbərlik edir, hökmdarın fərmanlarını şəriət 
qanunlarıyla əsaslandırırdı. Dövlətin məhkəmə sisteminə 
şeyxülislam, qazı və ya mufti başçılıq edirdi. Qaraqoyunlu 


139 
və Ağqoyunlu dövlətləri inzibati baxımdan əyalətlərə, 
vilayətlərə, şəhər və kəndlərə bölünürdü.
Dövlətin müharibə, sülh, taxta varislik və s. kimi 
mühüm siyasi məsələlərini sülalə üzvləri və əmirlərin 
kənqaş adlanan qapalı müşavirəsi həll edirdi. 
Qaraqoyunlu və Ağqoyunlu sarayında digər 
vəzifələr də (eşik-ağası, qapıçı, möhrdar, xəzinədar, 
əmiraxur və s.) vardı. Bundan başqa, mənbələrdə münşi 
əl-məmalik, mustovfı, qazi əlqüzzat, divanbəyinin də 
adları çəkilir. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin