130
X
V əsrin əvvəllərindən Qaraqoyunlu
dövlətinin süqutuna
qədər Qaraqoyunlu-Ağqoyunlu qarşıdurması bir an belə
səngiməmişdi.
Qara
Osmanın
1434-cü
ildə
Qaraqoyunlularla
savaşda
öldürülməsindən
sonra
Ağqoyunlu bəyliyində onun varisləri arasında hakimiyyət
uğrunda mübarizənin qızışması onların
siyasi və hərbi
gücünü xeyli zəiflətmişdi. Qara Osmanın oğlu Əli bəy
(1434-
1444)
və
nəvəsi
Cahangirin
(1444-1453)
hakimiyyət dövrü siyasi çəkişmə və ara müharibələr
dövrü kimi xarakterikdir.
1453-
cü ildə qardaşı
Cahangiri məğlub edərək
Ağqoyunlu bəyliyində hakimiyyəti ələ alan Uzun Həsən
(1453-
1478) Ağqoyunlu tarixində yeni mərhələnin
başlanğıcını qoydu. Zəmanəsinin
görkəmli siyasətçisi və
yenilməz sərkərdəsi olan Uzun Həsən qısa müddət
ərzində Ağqoyunlular arasında çəkişmələrə son qoymuş,
siyasi və hərbi qüvvəsini gücləndirərək Qaraqoyunlu
dövlətinə qarşı mübarizəyə başlamışdı.
1457-
ci ildə Uzun Həsənin Diyarbəkr yaxınlığında
Qaraqoyunlu ordusunu
məğlub edərək Kürdüstan və
Ermənistanı ələ keçirməsi Qaraqoyunlu-Ağqoyunlu
düşmənçiliyini daha da kəskinləşdirdi. Qaraqoyunlu
hökmdarı Cahanşahın 1457-1459-cu
illərdə Herat
yürüşündə olması, sonra isə öz oğlanlarının qiyamlarını
yatırması ilə məşğul olması həlledici qarşıdurmanın bir
qədər ləngiməsinə səbəb olmuşdu.
Dostları ilə paylaş: