Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 2. Qaraqoyunlu dövləti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə42/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   38   39   40   41   42   43   44   45   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

 
Sual 2. Qaraqoyunlu dövləti. 
 
Qaraqoyunlu ulusu. Qaraqoyun
lular qədim oğuz 
tayfalarından biridir. Qaynaqlar Qaraqoyunlu elinin 
soykökünün Oğuz xaqanın oğlu Dəniz xanla bağlı 
olduğuna şəhadət verir. Bu ulusun tərkibinə daxil olan 
türk boylarının VII əsrdən etibarən Azərbaycanda 
məskunlaşması heç bir şübhə doğurmur. Kökləri tarixi 
Türküstan torpaqları ilə bağlanan qaraqoyunlu ulusu XI-
XIII əsrlərdən «türkman» etnonimi ilə adlanmışlar. 
Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca 
olmuşdur. Bayram Xocanın ölümündən sonra (1380) 
onun varisləri Azərbaycanda öz siyasi təsirlərini 
möhkəmlətmək uğrunda mübarizə aparırdılar. Bayram 
Xocanın oğullarından biri Qara Məhəmməd isə mərkəzi 
Van şəhəri olan Qaraqoyunlu feodal-hakimiyyətinin 
əsasını qoydu. 
Qara Məhəmməd öldükdən sonra hakimiyyətdə 
onun oğlu, olduqca igid, ağıllı olan Qara Yusif gəldi. O, öz 
torpaqlarını Teymurun hücumlarından qorumaq üçün 
mübarizəyə başladı. Bu dövrdə Azərbaycanın cənub 
torpaqları sultan Əhməd Cəlairinin hakimiyyəti altında idi. 


124 
Qara Yusif sultan Əhmədlə ittifaq bağlayıb 
Teymura qarşı çıxdı. 1392-ci ildə onların birləşmiş 
qüvvələri ilə Teymur arasındakı baş vermək döyüşdə 
məğlub olmuşdu. 
Bu məğlubiyyət müttəfiqləri daha da yaxınlaşdırdı. 
Onlar 1394-
cü ildə Bağdad yaxınlığında Teymurun 
qoşunları ilə bir də üzləşməli oldular. Müttəfiqlər yeni bir 
qüvvə ilə birləşməyincə Teymurləngin öhdəsindən gələ 
bilməyəcəklərini yəqin edərək Misirə gəldilər. Lakin 
onların bu ümidi boşa çıxdı. Misir sultanı nəinki onlara 
kömək etmədi, hətta Teymurun qəzəbindən ehtiyat 
edərək onları həbsə aldı. 
1405-
ci ildə Teymurun ölümündən sonra
həbsdən azad edilmiş Əhməd Cəlairi Bağdadı tutdu, 
tezliklə Təbrizi də ələ keçirib, öz hakimiyyətini ələ ala 
bildi. Qara Yusif də öz ərazilərində möhkəmləndi. 
Sultan Əhməd Təbrizi ələ keçirdikdən sonra 
əhaliyə verdiyi vədlərə əməl etməməsi onun nüfuzdan 
düşməsinə səbəb oldu. Buna görə də Teymuri Əbubəkrin 
şəhərə hücumu zamanı əhali Sultan Əhmədi müdafiə 
etmədi. Sultan Əhməd Bağdada qaçdı. Təbrizin 
köməyinə yetişən Qara Yusifin qoşunları ilə teymurilər 
arasında 1405-ci ildə Təbriz yaxınlığında Şənbi-Qazanda 
baş verən döyüşdə teymurilər ağır məğlubiyyətə 
uğradılar. 
1408-ci il aprelin 21-
də Təbrizin cənubundakı 
Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu 
Teymuriləri darmadağın etdi. Miranşah öldürüldü, 
Əbubəkr isə qaçmağa müvəffəq oldu.  
Qara Y
usifin Əbubəkr üzərində ikinci qələbəsinin 
mühüm tarixi əhəmiyyəti vardır. Bundan sonra 
Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu. 
Bundan sonra Cəlarilərlə Qaraqoyunlu feodalları 
arasında hakimiyyət uğrunda şiddətli mübarizə başladı. I


125 
Ibrahim nisb
ətən təhlükəsiz rəqib hesab etdiyi Cəlairilərin 
tərəfində idi. Qaraqoyunlu qüvvətlənməsi isə Şirvanı 
təhlükə altına alırdı. Lakin Qara Yusif 1410-ci ilin 
avqustunda Təbriz yaxınlığında ikinci Şənbi-Qazan 
döyüşündə Əhməd Cəlairinin qoşunları əzdi, öz yaxın 
müttəfiqini edam etdirdi və qələbə çaldı. 
Beləliklə 1410-cu ildə Qaraqoyunlu dövləti 
yarandı. Bu dövlət 1468-ci ilədək yaşadı. Kürdən cənuba 
doğru uzanan Azərbaycan torpaqları, indiki Ermənistan 
ərazisi, Gürcüstan və ərəb İraqı bu dövlətin tərkibinə 
dax
il idi. Təbriz dövlətin paytaxtı idi. 
Qara Yusifin özü Azərbaycanın cənub vilayətlərini 
idarə edirdi, dövlətin qalan hissəsini isə bölüşdürüb öz 
oğullarına vermişdi. O qüvvətli süvari ordusu yaratmışdı. 
Qara Yusif ilə qoşunda xidmət edən əyanlara çoxlu nəsli 
torpaqlar paylayırdı. 
Qaraqoyunlu dövlətinin başçısı Şirvanı da özünə 
tabe etməyə çalışırdı. Qara Yusif özünün bütün 
vassallarından Şirvana qarşı müharibədə şəxsin iştirak 
etməyi tələb etdi. Qaraqoyunlular tərəfindən hücum 
təhlükəsi ilə əlaqədar olaraq Kaxetiya çarı Konstantin, 
Şirvanhah Ibrahim və Şəki hakimi Sidi Əhməd 
dostlaşdılar. Onların birləşmiş qoşunları Qara Yusifə 
qarşı çıxdılar. 1412-ci ilin sonlarında Kür sahilində 
vuruşma oldu. Qaraqoyunlu ordusu qələbə çaldı. 
Şirvanşah Ibrahim, onun 7 oğlu və Kaxetiya çarı 
Konstantin əsir alındı. Qara Yusif Ibrahimdən 1200 Iraq 
tüməni məbləğində böyük bac tələb etdi. Şirvanşahın 
Təbrizdəki tərəfdarları – tacir və sənətkarlar onun 
əvəzində bu məbləği verdilər. Ibrahim buraxıldı və Şirvanı 
vassal kimi idar
ə etməyə başladı.
Qaraqoyunlu dövlətinin ən güclü düşməni 
Xorasanda qərar tutmuş Teymuri hökmdarı Şahrux idi. 
1419-
cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan 


126 
Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların Şərqə 
irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi. O, 
1420-
ci ilin yayında 200 minlik qoşunla Azərbaycana 
tərəf hərəkət etdi. Lakin Qara Yusif də geniş hərbi 
hazırlıq görmüşdü: atlı qoşunla yanaşı burada ilk dəfə 
olaraq piyada döyüşçülər (Təbriz vilayətinin oturaq 
əhalisi, kəndlilər) ordu sıralarına cəlb edilmişdilər. 
Şahruxun Təbrizə göndərdiyi elçisinin Qara Yusif 
tərəfindən həbs edilməsi, Qara Yusifin döyüş məqsədilə 
paytaxtdan çıxması xəbəri Şahruxun ordusunda böyük 
həyəcan və təlaş doğurmuşdu. Şahrux qüdrətli sərkərdə 
kimi geniş şöhrət tapmış Qara Yusifdən ehtiyat edirdi.
Qara Yusif yaxşı silahlanmış güclü qoşunu üçün 
baxış təşkil etmişdi. Teymuri tarixçiləri bu ordunun 
"günəşin zərrələri və buludun damlaları qədər saysız-
hesabsız" olduğunu göstərirlər. Lakin əslində Qara 
Yusifin qoşununun sayı 50 mindən çox deyildi. Təbrizdən 
düşmən qarşısına çıxmış Qara Yusif yolda ikən ağır 
xəstələndi və qəflətən vəfat etdi.
Beləliklə, heç bir müqavimətə rast gəlməyən 
Şahrux Azərbaycanı zəbt etdi, lakin Qaraqoyunlu dövləti 
dağılmadı. Qala Yusifin böyük oğlu İsgəndər Şahruxa 
qarşı inadlı mübarizəyə başladı. Qaraqoyunlu tayfalarını 
öz ətrafına yığmış İsgəndər Alaşkert vadisində üç gün 
davam edən (30 iyul - 1 avqust 1421) qanlı döyüşdə 
Teymurilər tərəfindən məğlub olundu. Sayı 50 mindən 
çox olmayan Qaraqoyunlu qoşunları sayca 4-5 dəfə artıq 
olan Şahruxun hərbi qüvvələrinə qalib gələ bilməzdilər. 
Teymurilərin qoşununda Hindistandan gətirilmiş döyüş 
filləri də vardı. Ağqoyunlu əmiri Qara Osman da öz 
qoşunu ilə Şahruxun ordusuna qoşulmuşdu.
Şahrux Təbrizi tərk etdikdən sonra İsgəndər 
yenidən buraya gəldi və Qaraqoyunlu dövlətini bərpa etdi 
(1422-1429).


127 
Şahrux Azərbaycana ikinci səfərini 100 minlik ordu 
ilə 1429-cu ilin yayında başladı. Qaraqoyunlu İsgəndərlə 
Şahrux arasında həmin ilin sentyabrın 17-də baş vermiş 
Səlmas vuruşması iki gün davam etdi. İsgəndərin 
qəhrəmanlıq göstərməsinə baxmayaraq, Şahruxun 
ehtiyat qüvvələri bu döyüşü də onun xeyrinə həll etdilər.
1430-
cu ildə Qarabağda qışlayan Şahrux yanına 
gəlmiş Əbu Səidi Azərbaycanın hakimi təyin etdi. Lakin 
Əbu Səid Azərbaycan taxtında ancaq 5-6 ay otura bildi. 
Azərbaycana gəlmiş İsgəndər Əbu Səidi ələ keçirib 
öldürdü və yenə hakimiyyəti öz əlinə aldı (1431-1435).
1434-
cü ilin ortalarında İsgəndər Şirvan üzərinə 
qarətçi yürüş etdi. şirvanşah I Xəlilullah sığındığı 
Mahmudabad qalasından Şahruxun yanına öz adamını 
göndərdi, ölkənin görünməmiş surətdə viran və qarət 
edildiyini ona xəbər verdi. Xəlilullah eyni zamanda Qara 
Osmandan da yardım istəmişdi. Ağqoyunlu bəyi dərhal 
böyük qoşunla Diyarbəkirdən hərəkət etdi və Ərzurumu 
mühasirəyə aldı.
Teymuri sülaləsi ilə qohum olan Xəlilullahın yardım 
istəməsi və Qaraqoyunlu şahzadələri arasında baş verən 
münaqişələr 1435-ci ildə Şahruxu Azərbaycana üçüncü 
dəfə yürüş etməyə həvəsləndirdi. Həmin ilin fevralında 
Reyd
ə qışlayan Şahrux Vanda olan Cahanşahı öz yanına 
dəvət etdi. Cahanşahın qardaşı İsgəndərə dəfələrlə 
itaətsizlik göstərdiyini Şahrux yaxşı bilirdi. 1436-cı ilin 
mayında Şahrux Qarabağı tərk etdi, Ucana gəldi və 
burada vassallığı qəbul etmək şərti ilə Azərbaycan 
hökmdarlığını Cahanşaha verdi.
1438-
ci ilin baharında Cahanşah bəzi Qaraqoyunlu 
və Şirvan əmirləri ilə birlikdə Ədəblidən Təbrizə hərəkət 
etdi. Onunla vuruşmaq üçün İsgəndər də Təbrizdən çıxdı 
və Sufiyanı keçərək Həft Çeşməyə gəldi. Döyüşdən əvvəl 
Qa
ramanlı tayfa başçısı Piri bəyin Cahanşahın tərəfinə 


128 
keçməsi İsgəndərin qələbəyə olan ümidini tamamilə qırdı 
və onun hərb meydanından qaçmasına səbəb oldu. 
Cahanşah 
İsgəndərin 
gizləndiyi 
Əlincə 
qalasını 
mühasirəyə aldı. Qalada İsgəndər oğlu Şahqubad 
tərəfindən qətlə yetirildi.
İsgəndərin ölümündən sonra Qaraqoyunlu taxtında 
onun qardaşı Cahanşah əyləşdi (1438-1467).
1440-
cı ildə Cahanşahın Gürcüstana ilk yürüşündə 
Ərdəbil Şeyxi İbrahim Şeyxşah və Səfəvi təriqətinin 
müridləri fəal iştirak etdilər. 1441-ci ildə Cahanşah 
Gürcüstana basqın etdi və gürcü knyazı Vaxtanqın güclü 
müqavimətinə rast gəldi.
1445-
ci ildə Cahanşah Bağdad hakimi olan 
qardaşı İspəndin ölümündən sonra şəhəri zəbt etdi. 
Beləliklə, İraq-i Ərəb də Azərbaycan Qaraqoyunlu 
dövlətinə qatıldı.
Şahruxun ölümü (1447) Cahanşahın əl-qolunu 
açdı. O özünü müstəqil hökmdar kimi aparmağa başladı, 
"sultan" və "xaqan" titulları aldı. Elə bu zamandan 
etibarən Cahanşah öz adına xütbə oxutdurmağa, sikkə 
vurdurmağa başladı. 1453-cü ilin baharında Cahanşah 
böyük qoşunla şərqə doğru hərəkət etdi. Onun oğlu 
Pirbudaq Qum Şəhərini zəbt etdi və İsfahana yönəldi. 
Qaraqoyunlu qoşunu İsfahanı tutaraq Şiraza yollandı. Bu 
şəhər müqavimət göstərmədən Cahanşaha tabe oldu.
1454-
cü ildə Qaraqoyunlu qoşunu Pirbudağın 
başçılığı ilə Kirman və Yəzdi zəbt etdi. 1457-ci ildə isə 
Xorasan hakimi Babur Mirzənin ölümündən sonra taxt-tac 
çəkişmələrindən istifadə edən Cahanşah İranın şərqinə 
doğru hərəkət etdi. O, Xəzər sahili ilə irəlilədi, 
Mazandaran və Astrabadı zəbt etdi. Qaraqoyunlu 
padşahı Məşhədi və Nişapuru keçərək Teymurilərin 
paytaxtı olan Herat şəhərinə daxil oldu. 1458-ci il iyunun 
28-
də Cahanşah Teymuri hökmdarı Şahruxun taxtında 


129 
əyləşdi. Xarici dövlətlərin elçiləri Herata gəlib onu 
salamlayır, ənam və hədiyyələrini təqdim edirdilər. Lakin 
həmin ildə Cahanşah Heratı tərk etməli oldu.
60-
cı illərin ortalarında Qaraqoyunlu dövləti 
Azərbaycandan başqa aşağıdakı əraziləri özündə 
birləşdirirdi: İraqın hər iki hissəsi, Fars, Girman və 
Ermənistan. Lakin Cahanşahın qurduğu dövlət daxili 
çəkişmələr və feodal özbaşınalığı nəticəsində getdikcə 
zəifləyirdi.
Azərbaycan Qaraqoyunlu dövləti 1467-ci ilin 
sonunda süquta uğradı və Azərbaycan zəminində yeni 
siyasi qurum - 
Uzun Həsənin Ağqoyunlu dövləti təşəkkül 
tapdı. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin