Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə39/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   35   36   37   38   39   40   41   42   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

ƏDƏBİYYAT 
1. 
Azərbaycan tarixi. Dərslik.(S. Əliyarlının red. ilə). 
Bakı, 1996, 2009
2. 
Azərbaycan tarixi. Dərslik. I cild. Bakı,1994
3. 
Şükürov K. Azərbaycan tarixi. (Üç hissədə) I 
hissə. Bakı,2004 
4. 
Azərbaycan tarixi, 7 cilddə. Bakı, 1998, 2007. I-III 
cild.
5. 
Məmmədov İ. Azərbaycan tarixi (ali məktəblər 
üçün dərslik) Bakı, 2005. 
6. 
Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 
1989, 2007 
7. 
Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. Bakı, 
1993 
8. 
Əliyev R. Azərbaycan VII-XII əsrlərdə. Bakı, 1980 
9. 
Şərifli M. IX əsrin ikinci yarısı-XI əsrlərdə 
Azərbaycan feodal dövlətləri. Bakı, 1978 
10. Piriyev 
V. 
Az
ərbaycan Hülakülər dövlətinin 
t
ənəzzülü dövründə (1316-1360-ci illər). Bakı, 
1978 


116 
MÖVZU № 3. “Azərbaycan XIV əsrin sonu-XV 
əsrdə. Səfəvilər dövləti”. 
P L A N
1.
XIV əsrin sonu – XV əsrdə Azərbaycanda 
siyasi vəziyyət. Xarici işğalçılara qarşı 
mübarizə. 
2. 
Qaraqoyunlu dövləti. 
3.
Ağqoyunlu dövləti. 
4. 
XV əsrdə Azərbaycanın siyasi və sosial-
iqtisadi 
quruluşu. 
XV 
əsr 
Azərbaycan 
mədəniyyəti. 
5. 
Azərbaycan Səfəvilər dövləti. 
Sual 1. XIV əsrin sonu – XV əsrdə 
Azərbaycanda siyasi vəziyyət. Xarici işğalçılara qarşı 
mübarizə. 
Azərbaycan Cəlairilərin hakimiyyəti altında. 
Cəlairilər hələ XIII əsrin ortalarında Hülakü xanın Yaxın 
Şərq ölkələrinə yürüşündə iştirak etmiş, Cənubi Qafqaza 
gəmişdilər. Onların nümayəndələri Hülakülər dövlətinin 
hərbi və inzibati idarələrində xidmət etmişlər. Şeyx Həsən 
Cəlairi XIV əsrin birinci rübündə Rumda hakim idi. O, 
1336-
cı ildə Oyrat qəbiləsindən olan Əmir Əli Padşaha və 
onun taxta çıxardığı Musa xana qalib gələrək, Hülakü 
Məhəmməd xanı Rumda padşah elan etdi və bir 
müddətdən sonra Təbrizə daxil oldu. O, Azərbaycanı və 
İraqı öz hakimiyyəti altında birləşdirdi.  
1340-
cı ildə Şeyx Həsən Cəlairi özünü padşah 
elan etdi və beləliklə, Bağdadda Cəlairilər dövlətinin 
əsası qoyuldu.


117 
Azərbaycan ərazisi Şeyx Həsən Cəlairinin 
ölümündən sonra, 1359-cu ildə onun oğlu Şeyx Üveys 
tərəfindən Cəlairilər dövlətinin tərkibinə daxil edildi.
Şeyx Üveysin ölümündən sonra hakimiyyət onun 
oğlu Sultan Hüseynə (1374-1382) qismət oldu.
Sultan Hüseynin qardası Sultan Əhməd oturaq 
əhalinin və yerli feodalların narazılığından istifadə edərək 
hakimiyyətə yiyələnməyə səy göstərdi. O, 1382-ci ildə 
qardaşını öldürərək taxtda oturdu və 1410-cu ilə qədər 
(fasilələrlə) Azərbaycanda hökmranlıq etdi.
Sultan Əhmədin hakimiyyətə gəlməsi dövlətin 
siyasi və iqtisadi həyatında əhəmiyyətli dəyişiklik əmələ 
gətirmədi. Feodal müharibələri davam edirdi. Ona qarşı 
çıxmış qardaşlarının qiyamını yatıran sultan Əhməd 
Cəlairilər dövlətinin bütün ərazisi 1384-cü ildə yenidən öz 
hakimiyyəti altında birləşdirə bildi.
Cəlairilər 1386-cı ildən Teymurun ölümünədək 
(1405) Azərbaycanda öz siyasi qurumlarını bərqərar edə 
bilmədilər. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin