Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 4. Azərbaycanda monqol əsarəti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə35/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   31   32   33   34   35   36   37   38   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Sual 4. Azərbaycanda monqol əsarəti. 
XIII əsrin əvvəllərində Azərbaycanda ictimai 
siyasi vəziyyət və monqolların birinci hücumu. XIII 
əsrin əvvəllərində Azərbaycan ərazisində bir-biri ilə 
müəyyən sərhədlərə ayrılmış, iqtisadi və siyasi cəhətdən 
az əlaqələri olan aşağıdakı feodal dövlətlər mövcud idi. 
Ölkənin şimalında, Dərbənd keçidindən cənubda Kür 
çayına, qərbdə Gürcüstan sərhədlərindən şərqdə Kaspi 
sahil
lərinə qədər böyük ərazidə Kəsranilər sülaləsinin 
idarə etdiyi Şirvanşahlar dövləti yerləşirdi. Dövlətin 
mərkəzi ticarət, sənətkarlıq və mədəniyyətin inkişaf etdiyi, 
qala divarları ilə əhatə olunan Şamaxı şəhəri idi. 
Şirvanşahların ikinci iqamətgahı ticarət və liman şəhəri 
kimi inkişaf edən Bakı idi. 
Şimaldan Kür çayından Marağa şəhərinə qədər 
Arran və cənubi Azərbaycanın geniş bir sahəsi Eldənizlər 
dövlətinin ərazisinə daxil idi. Bu dövlətin mərkəzi Təbriz 
və Naxçıvan şəhərləri idi.  
XII əsrin sonu və XIII əsrin başlanğıcında 
Azərbaycan iqtisadi həyatında inkişaf etmiş əkinçilik 
mühüm yer tuturdu. Şəhərlərdə və kənd təsərrüfatında 
böyük yüksəliş vardı. Kənd təsərrüfatı əkinçilik, bağçılıq, 
ipəkçilik, maldarlıq əsasında inkişaf edirdi. Kənd 


101 
təsərrüfatı məhsulları daxili və xarici ticarətdə başlıca 
əmtəə idi. Şamaxı və Gəncə ipəyi, Bakı zəfəranı və nefti 
bütün dünyada məşhur idi. 
Şərqi Avropa ölkələri arasındakı ticarət yollarının 
Azərbaycan ərazisindən keçməsi daxili və xarici ticarətin 
genişlənməsinə və şəhər həyatının canlanmasına şərait 
yaradırdı. Azərbaycan iqtisadi, ictimai və mədəni sahədə 
inkişaf etdiyi bir vaxtda, XIII əsrin əvvəllərində başqa şərq 
xalqları kimi monqol hücumu təhlükəsi qarşısında qaldı. 
Monqol istilasına məruz qalan başqa ölkələr kimi feodala 
pərakəndəliyi, dövlətlər arasında iqtisadi, siyasi və hərbi 
əlaqənin olmaması Azərbaycan ərazisinin də monqollar 
tərəfindən işğalını asanlaşdırdı. 
Monqollar Xarəzmin və Iranın iri şəhərlərini 
dağıdıb, əhalisini qırdıqdan sonra, 1220-ci ilin 
payızında Azərbaycana soxuldular. Monqolların ilk 
yürüşü kəşfiyyat xarakteri daşıyırdı. 
Monqol qoşunları əvvəlcə Təbrizə gəldilər. Özbək 
monqollar 
gələndə 
gizləndi, 
onlara 
müqavimət
göstərmədi. Əksinə, külli miqdarda paltar, pul, mallara və 
qiymətli şeyləri Cəbənin hüzuruna göndərib barışıq 
istədi. Monqollar bu qəniməti ələ keçirərək, qışlamaq 
üçün Muğana doğru hərəkət etdilər. Onlar yolda 
gürcülərə rast gəlib, on mindən artıq əsgərlərini qırdılar. 
Bundan sonra monqollar isti və otlağı çox olan Muğana 
gəldilər. Bu zaman gürcü çarı IV Georgi Özbəyin və Xilat 
hakimi Məlik Əl-Əşrəfin yanına adam göndərərək, onları 
monqollara qarşı birgə ittifaqa çağırdı. Hadisədən xəbər 
tutan monqollar onları qabaqladılar. 1221-ci ilin 
əvvəllərində Gürcüstanı qarət etdikdən sonra, monqollar 
yenidən Azərbaycana qayıtdılar. Onlar birbaşa Təbriz 
üzərinə yeridilər. Bu dəfə şəhərin hakimi Şəmsəddin 
Tuğrayi onlara xeyli miqdarda hədiyyə verib əhalini xilas 
etdi. Monqollar Təbrizə toxunmayıb Marağaya gəldilər. 


102 
Əhali onlara qarşı güclü müqavimət göstərdi. Istilaçılar 
döyüşünün ön cəbhəsinə əsir götürdükləri müsəlmanları 
düzmüşdülər. Döyüşün bütün ağırlığı onların üzərinə 
düşürdü, qaçan və geri qayıdan əsiri öldürdülər.
Nəticədə, 1221- ci ilin mart ayının 4-də monqollar şəhərə 
daxil ola bildilər. Onlar əhalini amansız surətdə qırdılar. 
Monqollar sonra Ərdəbilə gəldilər. Şəhəri alıb, 
orada böyük qırğın törədərək, oradan da yenidən üçüncü 
dəfə Təbrizə gəldilər. Özbək getdikdən sonra Şəmsəddin 
Tuğrayi əhalini səfərbərliyə alıb, şəhərin müdafiəsini 
təşkil etmək üçün lazımi hərbi hazırlıq işləri gördü, qalanı 
möhkəmləndirdi, ətrafında xəndəklər qazdırdı. Monqollar 
şəhərin müdafiəyə kifayət qədər hazır olduğunu görüb, 
döyüşə girmədən bir sıra qənimət alıb getməli oldular.  
Monqol
lar burada Sərab şəhərinə gəldilər, şəhəri 
qarət və talan etdikdən sonra Arana-Beyləqan şəhərinə 
üç çevirdilər. Beyləqana çatna qədər yol üstündə olan 
şəhər və kəndləri dağıdıb çoxlu əsirlər və qənimətlə ələ 
keçirdilər. Beyləqan əhalisi sülh danışığı aparmaq üçün 
monqolların nümayəndə istədi. Monqollar da öz 
nümayəndəsini danışıq aparmaq üçün şəhərə göndərdi. 
Əyanlar şəhəri müqavimətsiz, danışıqlar yolu ilə vermək 
istədilərsə də əhali onlara müqavimət göstərdi. Belə ki, 
nümayəndə gəldikdə şəhərin əhalisi onu tutub öldürdülər. 
Monqollar dərhal müharibəyə başladılar. Bir qədər 
vuruşduqdan sonra, qaladağıdan maşınların köməyi ilə 
divarları uçurub şəhərə daxil oldular. Bu hadisə 1221-ci 
ilin avqust ayının axırlarında olmuşdu.  
Monqollar Beyləqanı dağıtdıqdan sonra Gəncəyə 
gəldilər. Lakin onlar Gəncədə əhalinin çoxluğunu və 
şəhərin müdafiəyə möhkəm hazır olduğunu yəqin 
etdikdən sonra nümayəndələrini göndərib xeyli miqdarda 
qənimət alaraq Gürcüstana tərəf hərəkət etdilər. Onlar 
Gürcüstanda 30 minə qədər adam öldürüb, Beyləqandakı 


103 
kimi əhalinin qarət və talan etdikdən sonra qışı Kür 
sahilində keçirib, 1222-ci ilin yazında Şamaxıya gəldilər. 
Şəhərin hakimi qaçıb gizləndi, əhali şəhərin müdafiəsini 
təşkil etdi. Şamaxılılar bir müddət müqavimət 
göstərdilər. Monqollar qala divarlarına çıxmaq üçün 
dəvədən 
qaramaldan, 
qoyundan, 
atdan, 
habelə 
öldürülmüş adamların meyitindən divarın dibində bir təpə 
düzəltdilər. Bu təpədən şəhərin əhalisinə daş və ox 
atmağa başladılar. Əhali yenə dözdü. Döyüş üç gün 
davam etdi. Ibn 
Əl-Əsirin yazdığına görə, Əhali öz-özünə 
deyirdi “Qılınca sarılmaq lazımdır. Onsuz da bizə 
monqolların qılıncından qurtuluş yoxdur. Yazılışı budur, 
yerimizdə möhkəm dayanıb şərəflə ölək”. Təpə düzəlmiş
cəmdəklər iy verməyə başladı, monqollar bu təpədən də 
məhrum oldular. Təzədən qala divarlarına yaxınlaşıb 
vuruşmağa başladır. Böyük çətinliklə şəhəri ala bildilər. 
Onlar əhalini demək olar ki, bütünlüklə qırdılar, şəhər 
bomboş qaldı, evlər yandırıldı. Bundan sonra onlar
Dərbəndə getdilər. Məqsədləri şəhəri taladıqdan sonra 
Şimali Qafqazda, Qıpçaq çöllərinə getmək idi. Şəhər son 
dərəcə möhkəm olduğundan oranı döyüşlə ada 
bilməyəcəklərini bilib, kələyə əl atdılar. Ibn Əl- Əsir bu 
hadisəni belə təsvir edir: Onlar Şirvanşaha adam 
göndərib danışıq aparmaq üçün nümayəndəlik tələb 
etdilər – Şirvanşah da öz yaxın adamlarından on nəfəri
Cəbənin yanına göndərdi. Monqollar bu adamlardan birini 
tutub öldürdülər, qalanlarına dedilər: “Əgər siz 
Dərbənddən keçəcək yolu bizə göstərsəniz sizə aman 
verməyəcəyik, göstərməsəniz, bu yoldaşınız kimi
öldürüləcəksiniz”. 
Monqollar həmin bələdçilərin köməyi ilə şimala 
getdilər. Beləliklə, 1222-ci ildə monqollar Azərbaycanı 
tərk etməklə birinci yürüşlərin başa çatdırmış oldular. 
Xarəzmşah Cəlaləddinin Azərbaycanı tutması. 


104 
Az
ərbaycan monqolların vurduğu yaralar sağalmamış 
yeni bir bəlaya düçar oldu. Kalka döyüşü də məğlub olan 
qıpçaqlar Dərbəndə gəldilər. Qıpçaqlar Dərbəndi 
tutdular. Bundan sonra qıpçaqlar Qəbələyə tərəf hərəkət 
etdilər. Şəhəri soyub-dağıtdıqdan sonra Gəncəyə 
gəldilər, bu ətrafdakı müsəlman kəndlərində yerləşirlər. 
Özbəyin Gəncədəki valisi Özbəyin razılığını aldıqdan 
sonra qıpçaqları Gəncə ətrafında yerləşdirdi. Qıpçaqlar 
Azərbaycanda qarətçiliklə məşğul oldular, ona görə də 
onları buradan sıxışdırıb qovdular, onların bir hissəsini 
Dərbəndin qul bazarında ucuz qiymətə satdılar. 
Monqollar və qıpçaqlar getdikdən sonra da Atabəy 
Özbək ölkə daxilində feodalların müqavimətini qıra 
bilmədi. 1224-cü ildə Xarəzmşah oğlu Qiyasəddin 
Cənubi Azərbaycana və Muğana hücum etdi. Ona 
müqavimət göstərə bilməyən Özbək müqavilə bağladı. 
1225-
ci ildə Qiyasəddinin qardaşı Cəlaləddin Təbrizə 
soxuldu. Orta Asiyada və Şərqi Iranda monqollar 
tərəfindən sıxışdırlan Cəlaləddinin məqsədi monqollara 
qarşı mübarizəni davam etdirmək üçün Zaqafqaziyada 
özünə hərbi və iqtisadi baza yaratmaq idi. 
Düşmənə müqavimət göstərməyi təşkil edə 
bilməyən Atabəy Özbək Təbriz şəhərini tərk edərək 
Gəncəyə, oradan da Əlincə qalasına qaçdı, bir az 
keçmiş orada da öldü. Daxili ziddiyyətlər nəticəsində 
doğulan və xarici düşmənlərin zərbələri nəticəsində zəif 
düşmüş Eldənizlər dövləti dağıldı (1225). 
Təbriz əhalisi Cəlaləddinə və onun türkmənlərdən 
ibarət qoşunlarına qarşı 7 gün ciddi müqavimət göstərdi, 
Atabəy Özbək qaçdıqdan sonra ölkəyə onun arvadı II 
Toğrulun qızı Mehrican xanım başçılıq edirdi. Şəhərdəki 
bütün varlılar və Özbəyin arvadı Cəlaləddinə qarşı 
müqavimət göstərməyin əleyhinə idilər. Düşmənə 
müqaviməti 
Şəmsəddin 
Tuğrayinin 
rəhbərliyi 
ilə 


105 
sənətkarlar və şəhər yoxsulları təşkil etdilər. Əhalinin 
müqavimətinə baxmayaraq, Cəlaləddin şəhəri ələ keçirə 
bildi. Eldənizlər dövlətini asanlıqla aradan qaldıra bildi. 
Cəlaləddin Mehrican xanımın toxunulmaz elan etdi, 
özünü də Xoy şəhərinə göndərdi. Cəlaləddin ilk 
zamanlar əhalini öz tərəfinə cəlb etməyə çalışdı. O, 
monqollar tərəfindən xarabaya çevrilmiş Marağa şəhərini 
bərpa etdirdi. Muğan düzündə kanal çəkməyi əmr etdi, 
Təbriz əhalisi ilə ədalətli rəftar edəcəyini bildirdi. Lakin o, 
bütün ölkəni özünə tabe etdikdən, Şirvanşahı ildə 100 
min dinar verməyə məcbur etdikdən (sonralar bu vergi 
ildə 30 min endirildi) sonra onun azərbaycanlılara qarşı 
münasibəti dəyişdi, verdiyi vədi pozdu. 
Cəlaləddin buradan Gürcüstana hücum etdi, orada 
20 mindən artıq adam öldürüb, buranın idarəsinin qardaşı 
Qiyasəddinə tapşırdı və özü yenidən qayıtdı. 
Cəlaləddin 
Azərbaycanda 
Gəncəni 
özünə 
iqamətgah seçib vəziri Şərif əl-Mülklə birlikdə gözəl 
saraylarda yerləşdi, şəhərdə güclü hərbi qarnizon qoydu. 
Cəlaləddin ikinci dəfə Gürcüstan və Ermənistana hücum 
etdi. Tiflis və Dvin şəhərlərini dağıtdı. O, Azərbaycanın 
idarə sevimli vəziri Şərif Əl-Mülkə tapşırmışdı. Bundan 
başqa, tabe olan vioayətlər onun təyin etdiyi məmurlar 
tərəfindən idarə olunurdu. Ölkənin maliyyə cədvəli 
verginin toplanması, xərclər hamısı vəzir Şərif Əl-Mülkə 
tap
şırılmışdı. Xərac iki və üç qat alınırdı, Azərbaycanın 
tərəfindən istila edilməsi ilə əlaqədar olaraq Ağsunqurilər 
(1108-
1227) dövlətinin varlığına son qoyuldu. 
Azərbaycan Cəlaləddin hakimiyyəti illərində onun 
və məmurlarının soyğunçu siyasəti nəticəsində səfalət 
dərəcəsinə çatdı. 
Ilk günlərdən Cəlaləddinin əleyhinə nəyinki 
yoxsullar, həmçinin əyanlar arasında da narazılıqların 
sayı artmaqda idi. Zaqafqaziyada Cəlaləddinin zülmünə 


106 
və amansız rəftarına qarşı güclü bir müxalifət meydana 
gəldi. Təbrizdə 1225-ci ildə Cəlaləddinə qarşı üsyan 
qalxdı. Bu üsyan yatırıldıqdan sonra Təbrizdə Şəmsəddin 
Tuğrayinin başçılığı ilə Cəlaləddinin əleyhinə danışıqlar 
gedirdi. Onlar gürcülərdən danışıqlar apararaq ittifaqa 
girib üsyan qaldırmaqla Cəlaləddinin hakimiyyətinə son 
qoymaq istəyirdilər. Digər tərəfdən Cəlaləddinin rəftarına 
və təhqirlərinə dözə bilməyən Mehrican xanım Xoy əhli 
ilə birlikdə Məlik Əl-Əşrəfin Xilatdakı naibi və qoşun 
başçısı Hüsaməddindən gizli yolla xahiş etdi ki, qoşunu 
ilə buraya gəlib həmin əyalətləri öz hakimiyyətinə 
birləşdirsin. Hüsaməddin 1227-ci ildə qoşunu ilə buraya 
gəlib Xoy şəhərinə, qonşu qalalara və Mərəndə sahib 
oldu. Sonra Naxçıvan şəhəri əhalisi ilə danışığa girib, 
oranı da təslim etdi. Hüsaməddin burada çox qüvvətləndi, 
bu hal davam et
səydi, o bütün Azərbaycana yiyələnə 
bilərdi, lakin bu zaman Əhlətdə iğtişaşlar başlandığından 
Hüsaməddin geri qayıtdı. Təbrizdə Tuğrayinin başçılığı 
ilə hazırlıq görən üsyançılar Hüsaməddinin qüvvəsindən 
istifadə edə bilmədilər. Bu hadisədən xəbər tutan 
Cəlaləddin Təbrizə gəlib Şəmsəddin Tuğrayini və onun 
yoldaşlarını tutub edam etdirdi. Lakin Cəlaləddinə qarşı 
baş verən narazılıqları belə cəza tədbirləri ilə 
dayandırmaq olmazdı. 
Cəlaləddin üsul-idarəsinə qarşı 1231-ci ildə
Gəncədə böyük üsyan baş verdi. Tarixçi ən-Nəsəvinin 
verdiyi məlumata görə, bu üsyanda şəhər əhalisinin 
yarıdan çoxu iştirak edirdi. Gəncə əhalisi Cəlaləddin 
təyin edilmiş hakimi Urxandan çox əzab görürdülər. Ona 
görə də əhali bu zalımı günorta çağı öldürdü. Üsyançılara 
sənətkar Bəndər başçılıq edirdi. Onlar şəhər hakimi 
Camaləddinin sarayını dağıtdılar. Bəndən varlıları 
üsyançılara vergi verməyə məcbur etdi. Cəlaləddinin
Gəncədəki qarnizonu da məhv edildi. Bu xəbəri eşidən 


107 
Cəlaləddin şəhərə qayıdıb danışıqlar aparmaq yolu ilə 
üsyançıları tərksilah etmək istədi. Lakin cəhdi baş 
tutmadı. Salnaməçi Nəsəvi də üsyançılarla danışıq 
aparan nümayəndələrin arasında olmuşdu. Cəlaləddin 
üsyançıların təqsirindən keçəcəyini vəd edirdi. Üsyançılar 
Cəlaləddinə tabe olmaq istəmədilər. Şəhər mühasirəyə 
alındı. Üsyan məğlub oldu. Onun rəhbərlərindən 30 
nəfərinin boynunu vurdurub təhqir üçün meyitlərini 
küçələrə atdılar. Bəndəri isə tikə-tikə doğradılar. Üsyan 
yatırılsa da Cəlaləddin labüd iflas qarşısında qalmışdı. 
Onun son hərəkətləri ən yaxın adamları arasında ona 
qarşı şübhə və narazılıqları artırmaqda idi. 
Gəncə 
üsyanının 
yatırılması 
və 
əyalətin 
Cəlaləddinin 
son 
müvəffəqiyyətləri 
idi. 
Fasiləsiz
müharibə nəticəsində onun ordusu zəif düşmüşdü. 
Cəlaləddin monqollara qarşı 10 il qəhrəmanlıqla 
mübarizə aparmışdı. Onun Zaqafqaziya ölkələrini 
monqol istilaçılarına qarşı müqavimət bazasına çevirmək 
təşəbbüsü də müvəffəqiyyət qazana bilmədi. O, 
monqollarla 
ümumi 
mübarizə 
aparmaqdan 
ötrü 
Zaqafqaziya dövlətləri və Yaxın Şərq arasında ittifaq 
bağlamaq təşəbbüsü əvəzinə, özü Zaqafqaziyanın fatehi 
kimi çıxış etdi. Bununla da həmin xalqları və dövlətləri 
özünə düşmən etmiş oldu.
Cəlaləddin istedadlı və cəsur bir sərkərdə olsa da 
yuxarıda deyildiyi kimi siyasi xadim kimi çox zəif idi. Onun 
tərəfdarı və dostu yox idi. Axır vaxtlar döyüşlərdə 
müvəffəqiyyət əldə edə bilmirdi, ordu içərisində nüfuzu 
azalmışdı. 1230-cü ilin avqustunda Malatiya hakimi və 
Əhlət hakimi Məlik Əl-Əşrəfə qarşı döyüşdə məğlubiyyətə 
uğramışdı. Cəlaləddinin belə tənəzzülə uğramasından 
istifad
ə edən monqol sərkərdələri 1231-ci ildə 
Azərbaycana hücum etdilər. Monqolların hücumuna tab 
gətirə bilməyən Cəlaləddin qoşununun qalıqları ilə 


108 
Cənubi Gürcüstana çəkildi və sonra Diyarbəkr şəhəri 
yaxınlığındakı dağlarda bir çoban tərəfindən öldürüldü. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin