Азярбайжан республикасы дахили ишляр назирлийи


Azərbaycanda monqol əsarəti. Qazan xanın



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə37/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   33   34   35   36   37   38   39   40   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Azərbaycanda monqol əsarəti. Qazan xanın 
islahatları. Azərbaycan xalqı monqol istilaçılarına qarşı 
uzun sürən və inadlı mübarizə aparmışdı. Kəndlilərin və 
sənətkarları öz yer-yurdlarını qoyub kütləvi surətdə 
qaçmaları zülmkarlara qarşı mübarizə formalarından biri 
idi. Çox zaman qaçqınlar silahlı dəstələr düzəldirdilər. 
Onlar monqollara, onların məmurlarına, vergi yığanlarına 
qarşı çıxır, onları harada ələ keçirirdilərsə, dərhal 
öldürürdülər. 
XIII əsrin 60-cı illərində Gürcüstanda və 
Azərbaycanda monqollar əleyhinə üsyan qalxdı. Üsyana 
Elxana itaət etməkdən boyun qaçıran yerli feodal əyanlar 
başçılıq edirdilər. Hülakü xan üsyanı qan dəryasında 
boğdu. Xaçın xüsusilə bərk tar-mar edildi. Xaçın 
hökmdarı Həsən Cəlal monqollara tabe oldu. 
Tarixçi Rəşidəddinin verdiyi məlumata görə, 
Abaqa xan 1275-
ci ildə süvari dəstəsinin müşayiəti ilə 
Arana ova göndərərkən üsyançılar ona hücum etdilər. 
Elxan əlavə qoşun gətirməklə üsyançılara divan tutdu. 
Azərbaycanda monqollara qarşı üsyan hərəkatı Şirvan və 
Təbrizdə daha geniş xarakter alırdı. 1301-ci ildə Qazan 
xanın silahlı qüvvələri üsyançılara qarşı hərbi əməliyyat 
apardı. Monqollar əleyhinə üsyanlar inadlı olsa da 
nəhayət amansızcasına yatırıldı. Bütün narazılıqlar və 
çıxışlar monqolların vergi siyasəti və amansız rəftarı 
nəticəsində baş verirdi. Monqollar Azərbaycanı işğal 
etdikdən sonra Beyləqan, Gəncə, Şamaxı, Ərdəbil, Xoy, 
Marağa və sair tərəqqi etmiş ticarət sənəkarlıq şəhərləri 


112 
tənəzzülə uğradı. Bərdə, Bərzənd kimi şəhərlər kəndə 
çevrildi. Işğaldan yarım əsr sonra belə, Azərbaycanda 
əkin yerləri otlaqlara çevrilmişdi. 
Hülakülər dövründə Divan (Mərkəzi Idarə) əsas 
idarə orqanı idi. Buna da vəzir başçılıq edirdi. Dövlətin 
ərazisi hərbi Inzibati dairələr tümənlərə və nahiyələrə 
bölünmüşdü. Hülakülərin yuxarı hakim dairələri 4 yerə: 
Elxanlardan və sülalə üzvlərindən türk-monqol hərbi-
köçəri əyanlardan, ali müsəlman ruhanilərindən və yerli 
feodal hakimlərindən ibarət idi. 
Torpaq monqol əyanlarının əsas mənbəyi idi. 
Elxanın və sülalə üzvlərinin mülkiyyətində olan torpaqlar
incu adlanırdı. Elxanların şəxsi torpağına xas incu 
deyilirdi. Divan torpağından alınan xəzinəyə daxil olmalı 
idi. XIII-
XIV əsrlərdə Azərbaycanda Iqta institutu geniş 
yayılmışdı. Müsəlmanların dini idarələri vəqf torpaqlarını 
qoruyub saxlaya bilmişdilər. Torpağın bir hissəsi kənd 
icmasının ixtiyarında qalırdı, onlar bunu öz aralarında 
bölüşdürürdülər.
Istilaçılar vergini artırmaq üçün 1254-cü ildə 10 
yaşından 60 yaşınadək bütün kişiləri siyahıya aldılar. 
Əhali dövlətə və feodallara 40 adda vergi və rüsum 
verirdi. Torpaq vergisi xərac məhsulla alınırdı. Bu 
məhsulun 70 % təşkil edirdi. Monqolların dövründə can 
vergisi 
– qopçur adlanırdı. Oturaq əhali bunu 1 dinardan 
7 dinaradək verirdi. Monqol qoşunlarının saxlanması 
üçün xüsusi vergi – tağar, bazarda məhsulları 
qiymətindən ucuz alıb, tacirlərə baha qiymətə satılması-
tərh adlanan vergi də alınırdı. Tacirlər və sənətkarlar tərh 
verirdilər. Gömrük vergisi – bac alınırdı. 
Pul və məhsula verilən əlavə rüsum və 
mükəlləfiyyətin ağırlığı kəndlilərin və sənətkarların 
üzərinə düşürdü. Onlar bağ-şomare (meyvə bağlarından 
alınan vergi), xanei şomare (ev vergisi) monqol 


113 
şahzadələrini və onların zövcələrini, məmurları saxlamaq 
üçün ixracat və rüsum adlı vergilər verirdilər. Elxanların 
vergi sistemi məhsulun dörddə üç hissəsini alırdı. Vergi 
yığanlar – baskaklar vergi toplayarkən vəhşicəsinə 
hərəkət edirdilər. Vergi toplamaq işi ilə divan idarəsi 
məşğul olurdu. Divan vergisini ya dövlət məmurları 
vasitəsi ilə toplayıb, ya da vergi toplanmasını icarəyə 
verirdilər. Icarədarlara icarə hüququ təsdiq edən sənət 
barat verirdilər. XIII əsrdə yaşamış tarixçi Zəmdulla 
Qəzvinin verdiy məlumata görə, cənubi Azərbaycanda 
Hülakülərin aldığı vergilərin miqdarı 210 tümən (bir tümən 
10 min dinardır) Azərbaycanın şimal vilayətlərində 54 
tümən idi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin