166
çəkişmələri aradan qaldırmaq üçün Osmanlı hökuməti ilə
barışmağa məcbur oldu. Eyni zamanda Osmanlı dövləti
üçün də müharibəni davam etdirməyin bir çox çətinlikləri
var idi.
Bir tərəfdən uzun sürən müharibələr Osmanlı
dövlətində maliyyə çətinlikləri yaratmışdı və digər
tərəfdən tutulan torpaqları əldə saxlamaq üçün çoxlu güc
tələb olunurdu. Hər iki tərəfin barışığa çox ehtiyacı var idi.
Ilk addımı I şah Abbas atdı. O, 1590-cı ildə Həmzə
Mirzənin oğlu Heydər Mirzəni Istanbula göndərdi. 1590-cı
ildə tərəflər arasında müqavilə imzalandı. Barışığa
əsasən məzhəb ayrılığına
görə insanlar incidilməməli,
peyğəmbərin xələflərinə qarşı hər cür pis hərəkətə yol
verilməməli, 22 mart 1590-cı ilə qədər hər iki tərəfin
əllərindəki torpaqlar özlərində qalmalı, sülh əhdnaməsinə
ciddi əməl olunmalı idi. Belə ki, Təbriz, Qərbi
Azərbaycanın bir sıra bölgələri, Çuxur-Səd, Şirvan,
Gürcüstan, Qarabağ və Luristan, Nihavənd, Şəhrizor
Osmanlı dövlətinə verildi.
Daxili çəkişmələrlə son qoyulması, I Şah
Abbasin islahatları. I Şah Abbas öz daxili siyasətində
dövlətin milli mahiyyətini dəyişmək fikrində olmamış və
əslində onun möhkəmləndirilməsi
tədbirlərini həyata
keçirmişdir. Bu dövləti quran da, yaşadan da türklər idi.
Belə ki, 1628-ci ildə dövlət quruluşunda müxtəlif
vəzifələrdə olan 92 əmirdən 54 nəfəri türk, 15 nəfəri
türkləşmiş və türk dilindən savayı ayrı dil bilməyən qulam
və qalanı isə qeyri-türklərdən ibarət olmuşdur.
I Şah Abbas hərbi islahatında Osmanlı
dövlətinin
yeniçəri hərbi institutunu örnək olaraq qəbul edərək,
qulam, tüfəngçi nizami alaylarını yaratmış və bir qədər
sonra isə topçu taqımını da təşkil edib, əsgəri təşkilatı
təkmilləşdirərək,
dövləti
hərbi-siyasi
baxımdan
gücləndirməyə müvəffəq olmuşdur.
167
Beləliklə, I Şah Abbas islahatları və daxili
siyasətindəki uğurları sayəsində
bir tərəfdən bürokratik
dövlət aparatını genişləndirmiş, digər tərəfdən mərkəzi
hakimiyyəti möhkəmləndirməyə müvəffəq olmuş və onun
türk əmirlərindən ibarət olan mərkəzi və yerli idarələrə
qeyri-
türk elementlərini də qismən cəlb etməsi dövlətin
cənub, cənub-şərq bölgələrindəki
mərkəzdənqaçma
hərəkatlarının qarşısının alınması işinə xidmət etmişdir.
Ölkə miqyasında mərkəzdənqaçma hallarının, əmirlər
arasındakı çəkişmələrin qismən aradan qaldırılması
iqtisadiyyatın
təkamülünə,
məhsuldar
qüvvələrin
inkişafına müsbət təsirlər göstərmişdir.
I Şah Abbas dövründə qızıldan zərb olunmuş
sikkələrin vəzni də dəqiq məlum deyil. Bu zaman
dövriyyədə I Şah Abbasın sikkə islahatı və fərmanı
əsasında abbası adı ilə gümüşdən zərb edilən sikkələr
üstünlük təşkil edirdi. Abbasinin
rəsmi çəkisi bir misqal,
yəni 4,64 qram idi. Sikkələrin dinarla dəyərinə gəldikdə
isə 1 abbasi 200, I şahı 50, 1 bisti 20, 1 qazıbəyi 5 dinar
olub, I tümən isə 100000 dinara, yaxud 50 abbasiyə
bərabər idi.
Dostları ilə paylaş: