Азярбайжан республикасы дахили ишляр назирлийи


XVI yüzilliyin 70-ci illərində Osmanlı dövləti ilə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə58/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   54   55   56   57   58   59   60   61   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

XVI yüzilliyin 70-ci illərində Osmanlı dövləti ilə 
yeni savaşlar. Ölkə daxilində tayfalararası çəkişmələr 
Osmanlı dövləti üçün də çox əlverişli oldu. III Murad 
(1574-
1585) bəhanələrlə 1578-ci ildə Amasiya barışığını 
pozub, Qars qalasının bərpa olunması haqqında göstəriş 
verdi. Osmanlı dövləti Zaqafqaziyaya ordu yeridib, 
Xəzərin qərb sahillərindəki liman məntəqələrini tutmaq və 
Volqa-
Xəzər beynəlxalq karvan yolu üzərində nəzarəti 
ələ almaq istəyirdi.
Osmanlı dövlətinin vəziri Qara Lələ Mustafa paşa III 
Sultan Muradın əmrinə görə Gürcüstan, Şirvan və 


165 
Azərbaycanı tutmalı idi. Vəzir Lələ Mustafa paşanın 
ordusu avqust 1578-
ci ildə Ərdəhan tərəfdən hücuma 
keçdi. Ustaclı Məhəmməd Toxmaq xanla Qacar 
Imamqulu xan 15 minlik qoşunla ordusunun sayı 
onlardan qat-
qat çox olan Lələ Mustafa paşa ilə 
qarşılaşdılar. Çıldırda 1578-ci ilin avqustunda baş verən 
döyüşdə Səfəvi bəylərbəyiləri məğlub oldular. Osmanlılar 
Gürcüstanın xeyli torpaqlarını tutub Şirvana doğru 
irəlilədilər.
Qanıq (Alazan) çayı sahilində Osmanlılar Türkman 
Əmir xan və Qacar Imamqulu xanın qüvvələri ilə 
qarşılaşdılar (sentyabr 1578). Səfəvi ordusu ilk döyüşdə 
qələbə çalsa da, Əmir xan oğlu Sultan Murad xanın səhvi 
nəticəsində baş verən ikinci döyüşdə xeyli itki verdi.
Mollahəsəndə gedən döyüşlərdə (noyabr 1578) 
Krım qüvvələri dağıdıldı və ələ keçirdikləri qənimətlər geri 
alındı. Adil Gəray əsir götürüldü. Özdəmir oğlu Osman 
paşa Dərbəndə çəkildi. Mollahəsən qələbəsindən sonra 
qızılbaş əmirləri Şah qərargahından Osman paşanın 
təqib olunması, Dərbəndin tutulması barədə əmr alsalar 
da, ona əməl etməyib Qarabağa döndülər. Qızılbaşların 
bu səhvindən Osman paşa istifadə edib, Dərbənddə 
möhkəmlənərək Şirvana nəzarəti öz əlində saxlaya bildi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin