164
birində Soltanın ən yaxın adamlarından olan Sinan bəyi
əsir götürdülər. Yürüşlərdən yorulmuş Osmanlı ordusu
içərisində narazılıqlar yaranmışdı. Soltan ordudakı bu
narazılıqlar
və
Azərbaycana
son
yürüşdəki
uğursuzluqlarla hesablaşmağa məcbur oldu.
Amasiyada may 1555-
ci ildə iki ölkə arasında barış
andına imza atıldı. Bu barışa görə Şəhrizor və Van ətrafı,
Imeretiya, Menqreli, Quriya osmanlılara verildi. Mesxiya,
Kartili və Kaxetiya Səfəvi hakimiyyəti altında qaldı. Bu
barış I Şah Təhmasibin ən böyük uğurlarından oldu. O,
Səfəvi dövlətinin varlığını qoruyub saxlaya bildi. Bununla
o özünün çox bacarıqlı bir dövlət başçısı olduğunu
göstərdi. I Şah Təhmasib bir sıra iqtisadi, siyasi və hərbi-
stratej
i səbəblərlə bağlı olaraq 1555-ci ildə paytaxtı da
rəsmi olaraq Təbrizdən Qəzvin şəhərinə köçürüldü.
22 avqust 1576-
cı ildə II Şah Ismayıl hakimiyyətə
keçdi. Çox keçmədi ki, II Şah Ismayıl 1577-ci ildə
müəmmalı şəkildə öldü.
1578-
ci il fevralın 13-də şah seçilən Məhəmməd
Xudabəndi gözləri zəif görməklə yanaşı, həm də iradəcə
möhkəm adam deyildi. Onun razılığı ilə toplantıdakı
əmirlərin hər birinin öz tayfasının ağsaqqalı olması
qərarlaşdırıldı.
Dostları ilə paylaş: