160
Təhmasibin Şirvan valisi olan və şahlıq həvəsi ilə
yaşayan qardaşı Əlqas Mirzə ilə yaxınlaşdı.
Hətta o, Soltan Süleyman Qanunin (1520-1566)
tərəfindən Təhmasibə qarşı savaşan Əlqas Mirzəyə
qardaşı Şahnəzərin başçılığı ilə kömək də göndərmişdi. I
Şah Təhmasib 1548-ci ildə Sevindik bəy Əfşarın başçılığı
ilə 2500 nəfər qorçu dəstəsini Şəkiyə, Dərviş
Məhəmmədi cəzalandırmağa göndərdi. O, Kiş qalasına
çəkilib qoruna bildi. 1551-ci ildə I Təhmasib onunla
birdəfəlik hesablaşmaq üçün Ərəşə gəldi. Burada vassalı
Kaxetiya çarı Ləvənd də onunla birləşdi. Dərviş
Məhəmməd xan şahı qarşılamağa gəlmədi. Şəki əyanları
və əhali Kiş, Gələsən-görəsən qalaları və Sığnağa
çəkildilər.
Top atəşi ilə Kişin qala divarları dağıdıldı. Qalanın
kutvalı Mahmud bəy savaşı davam etdirməyin mənasız
olduğunu görüb, qapıların açarını şaha verdi. Sığnaq
döyüşçüləri də döyüşü dayandırdılar. Dərviş Məhəmməd
gecə ikən 400 nəfərlik dəstə ilə Gələsən-Görəsəndən
çıxıb qaçmağa çalışdı. Amma qaça bilmədi və öldürüldü.
Beləliklə, Şəkinin sərbəstliyinə son qoyuldu. Şah Toygün
bəy Qacarı Şəki hakimi təyin etdi.
Dostları ilə paylaş: