146
təriqətlərinin əsasını Səfiəddin Ishaq əl Müsəvi əl Ərdəbili
(1252-
1334) qoyulmuşdur.
Şeyx Səfiəddin bir “rəhbər” mürşid kimi geniş əhali
kütləsi içərisində geniş şöhrət qazanır və özünə çoxlu
tərəfdarlar toplayır. Bütün Ərdəbil əhalisi onun müdiri
arasında əhalinin bütün təbəqələri təmsil olunurdu.
Mənbələrdə Səfvi şeyxlərindən Hacı Əli və
Ibrahim Şeyxşah haqqında məlumat çox azdır. Onların
dövründə Səfəvi şeyxlərinin nüfuzu xeyli artmışdır.
Şeyx Cüneydin dövründə (1447-1460)
səfəvilərin
nüfuzunun artması Qaraqoyunlu Cahanşahı
narahat
etməyə başladı. Onun tələbi ilə Cüneyd Azərbaycanı tərk
edərək Türkiyəyə gedir. Lakin II Murad “Bir taca iki baş
sığmaz” deyə onu qəbul etmir. O, bir müddət Qaraman
əmirliyinin ərazisində qalır. Tezliklə türk varsaq tayfası
onun tərəfinə keçir. 1447-1453-cü illərdə Cüneyd Türkiyə
ərazisində və onun sərhəd rayonlarında yaşayır.
Ağqoyunlu Uzun Həsən Diyarbəkirdə Cüneydi yaxşı
qarşılayır və onun sərhəd rayonlarında yaşayır və öz
bacısı Xədicə bəyimi ona verir. 4 il müddətində Cüneyd
Diyarbəkirdə özünə çoxlu tərəfdar toplayır. 1459-cü ildə
Ərdəbili qayıtmaq istəyir. Lakin əmisi Cəfər onu Ərdəbilə
buraxmır.
O, ətrafına çoxlu müdirlər toplayaraq Dağıstana
yürüş təşkil edir. Burada
birinci məqsəd guya dinsiz
çərkəzlərə islamı qəbul etdirmək, digər tərəfdən
qənimətlər ələ keçirməklə özünün iqtisadi vəziyyətini
yaxşılaşdırmaq idi. Şirvanşah I Xəlillulah ilə qızılbaş
qoşunları 3 mart 1460-cı ildə Samur çayı sahilində baş
verən döyüşdə Cüneydin qoşunları məğlub edilir, özü isə
öldürülür.
Cüneydin oğlu Şeyx Heydər (1460-1488) atasının
siyasətini
davam etdirərək, Ağqoyunlularda dostluq
münasibətlərini saxlayır, dayısı Uzun Həsənin qızı Marta
147
(Aləmşah) ilə evlənir. Onun dövründə müdirlər 12 imamın
şərəfinə başlarına 12 qırmızı zolaqla papaq qoymağa
başladılar. Ona görə də səfəvilərin tərəfdarları
“Qızılbaşlar” adlandırılmağa başlandı. Şeyx Heydər 3
dəfə (1483-1487, 1488) Dağıstana yürüş etmiş və çoxlu
qənimətlər əldə etmişdir. Onun müvəffəqiyyətləri
Ağqoyunlu Yaqubu və Şirvanşah Fərrux Yaşarı narahat
etməyə başladı. Şeyx Heydərin Şirvana növbəti yürüşü
zamanı Şirvan qoşunları Ağqoyunlu qoşunlarının köməyi
ilə 1488-ci il iyulun 8-də Tabasaranda Şeyx Heydərin
qoşunlarını məğlub etdilər, özünü isə öldürdülər.
Şeyx Heydərin ölümündən sonra Səfəvilər zəiflədi.
Ağqoyunlu Sultan Yaqub Ərdəbili tutdu və ora öz
hakimini təyin etdi. Yaqub Heydərin 3 oğlunu – Sultanəli,
Ismayıl və Ibrahimi həbs edib şərq mənbələrinə görə
Istəxr qalasına saldırdı.
Yaqubun ölümündən sonra
Ağqoyunlu taxtı uğrunda mübarizə başladı. Hakimiyyəti
ələ keçirən Rüstəm Mirzə Baysunqura qarşı mübarizədə
şeyxlərdən istifadə etmək qərarına gəlir. Sultanəli və
Ağqoyunlu sərkərdəsi Eybə Sultanın başçılıq etdiyi
Rüstəmin qoşunları Baysunqurun qüvvələrini əzdi.
Şeyxlərin nüfuzunun artması Rüstəmi narahat etməyə
başlayır. Qəsd yolu ilə şeyxləri aradan qaldırmaq planı
baş tutmur. Sultanəli öz tərəfdarları
ilə Ərdəbilə getməyi
qərara aldı. Rüstəm Mirzə Eybə Sultanın başçılığı ilə
onun ardınca 5 min qoşun göndərir. Sultanəli qardaşı
təriqətin başçısı elan edib, onları Ərdəbilə yola salır, özü
isə Ərdəbildən bir qədər aralı Şəməsi adlanan yerdə
Ağqoyunlu qüvvələri ilə döyüşə girir. Burada səfəvi
qüvvələri məğlub edilir, Sultanəli isə öldürülür.
Ağqoyunlu
qüvvələri Ərdəbilə daxil olur Ismayılı axtarmağa
başlayırlar.
Müriddlər
Ismayılı
əvvəl
şeyxlərin
məqbərəsində, sonra isə Uba adlı ara həkiminin evində
gizlətdilər. Onun təhlükəsizliyini
təmin etmək üçün Səfəvi
148
tayfaları Gilan həkimi Mirzə Əlinin yanına apardılar. Onu
Rüstəm bəy, Məhəmməd bəy Türkmən qardaşı əməl və
80 mürid müşayiət edirdi. Rüstəm Mirzə bir neçə dəfə
Ismayılı tələb etmiş, lakin istədiyinə nail ola bilməmişdir.
Ismayıl 6 il Lahicanda qalmışdır. Bu dövrdə
Azərbaycanda siyasi vəziyyət gərginləşmiş, Ağqoyunlu
dövləti zəifləmiş, hakimiyyət uğrunda Ağqoyunlu
sülaləsinin varisləri arasında mübarizə daha da
kəskinləşmişdir.
Dostları ilə paylaş: