141
bostançılıq məhsulları haqqında maraqlı məlumatlar öz
əksini tapmışdır.
XV əsrdə Azərbaycan iqtisadiyyatının
mühüm
sahələrindən biri heyvandarlıq idi. Heyvandarlıq
sahəsində aparıcı yeri iri və xırda buynuzlu heyvanların
saxlanması təşkil edirdi. Əkinçiliyə nisbətən daha
məhsuldarlığı
ilə
seçilən
heyvandarlıq
üçün
Azərbaycanda zəngin olan çəmənliklərlə yanaşı, əlverişli
qışlaqların olması xüsusilə önəmli əhəmiyyət kəsb edirdi.
Heyvandarlıq məhsulları ölkənin daxili təlabatını
ödəməklə yanaşı Azərbaycanın ixrac potensialının
mühüm
bir
hissəsini
təşkil
edirdi. XV
əsrdə
heyvandarlıqda
atçılıq
Azərbaycanın
strateji
məhsullarından sayılırdı.
Dostları ilə paylaş: