133
Iran, Cənubi Qafqaz, xüsusilə də Azərbaycanı ələ
keçirməyə cəhd edirdi.
Ağqoyunlu hökmdarı Uzun Həsən Şərqə yönəlmiş
Osmanlı işğallarının qarşısını almaq, Aralıq
və Qara
dəniz sahillərində Avropa ölkələri ilə birbaşa tranzit ticarət
əlaqələrini bərpa etmək, Avropa ölkələrindən dövrün
hərbi texnikasının son nailiyyətlərini odlu silah, artileriya
əldə etmək, həmçinin Osmanlı dövləti kimi qüdrətli rəqibə
qarşı Avropa ölkələrində müttəfiq axtarmaq məqsədi ilə
geniş diplomatik fəaliyyətə
başlamaq məcburiyyətində
qalmışdı.
Ağqoyunlu və Osmanlı dövlətləri arasında qarşıdurma
XV əsrin 50-60-cı illərində Trabzon məsələsi ilə əlaqədar
yaranmışdı. Əsası XIII əsrin əvvəllərində III Xaç yürüşü
zamanı qoyulmuş Trabzon imperatorluğu hərbi-siyasi
bax
ımdan kiçik olsa da, Qara dəniz ticarətində Şərqlə-
Qərb arasında əsas körpü kimi mühüm iqtisadi əhəmiyyət
daşıyırdı. Trabzon Ağqoyunlular üçün hərbi-strateji və
iqtisadi baxımdan mühüm önəm kəsb edirdi. Belə ki,
Trabzon Ağqoyunlu tacirləri
üçün Qara dəniz ticarətinə
çıxış baxımından mühüm məntəqə olmaqla yanaşı,
Ağqoyunlu dövlətinin Osmanlıya qarşı hərbi-strateji
müttəfiqi rolunu oynayırdı. Digər tərəfdən Uzun Həsənin
Trabzon imperatoru III Alekseyin bacısı Teodora-Dəspinə
ilə evlənməsi bu əlaqələri daha da möhkəmləndirirdi.
Osmanlı hökmdarı II Mehmedin 1460-1461-ci illərdə
Qara dəniz sahilində mühüm strateji və iqtisadi
əhəmiyyəti olan Trabzonu işğal etmək cəhdləri
Ağqoyunlu dövlətinin maraqlarına ciddi zərbə oldu. 1461-
ci ildə Trabzona doğru hücuma keçən Osmanlı
qoşunlarının
Qoyluhisar
savaşında
Ağqoyunlular
tərəfindən məğlub edilməsindən sonra başlanmış sülh
danışıqları Yassı-Çəmən barışığının bağlanması ilə
nəticələndi. Sara xatun bütün diplomatik bacarığını
134
ortaya
qoymaqla
Osmanlı-Ağqoyunlu
savaşını
day
andırmağa
nail olsa da, II Mehmedi Trabzonu işğal
etmək fikrindən daşındıra bilmədi. Beləliklə, 1461-ci ilin
payızında Trabzonun fəthi ilə Ağqoyunlu dövləti Qara
dənizə yeganə çıxış yolunu və hərbi strateci müttəfiqini
itirdi. Bu dövrdə Diyarbəkr və ətraf əraziləri əhatə edən,
elə də böyük hərbi potensiala
malik olmayan Ağqoyunlu
dövləti əsas rəqibi olan Qaraqoyunlu dövləti ilə
qarşıdurmada olduğuna görə Trabzonun itirilməsi faktı ilə
razılaşmaq məcburiyyətində qalmışdı. II Mehmedin
Trabzonu
işğal
etməsi
Ağqoyunlu-Osmanlı
münasibətlərinin daha da kəskinləşməsinə səbəb oldu.
XV əsrin 50-60-cı illərində Osmanlı işğallarının qərbə
doğru genişlənməsi Avropa dövlətlərinin də Şərqdə
Osmanlıya qarşı müttəfiq axtarışlarına təkan verdi. Bu
istiqamətdə təşəbbüs əvvəlcə Roma papaları, sonra isə
Venesiya respublikasına məxsus idi. II Mehmedin Aralıq
və Qara dəniz ticarət mərkəzlərini ələ keçirib Şərqlə-Qərb
tranzit ticarətində əsas vasitəçi olan Venesiya tacirləri
üzərinə ağır gömrük vergisi qoymaqla Osmanlı-Venesiya
müharibəsinə(1463-1479) səbəb oldu.
Məhz bu dövrdən
etibarən Ağqoyunlu dövlətinin Avropa ölkələri, xüsusilə
də Venesiya ilə geniş diplomatik əlaqələri başlandı.
XV əsrin 60-70-ci illərində Andrea Kornoro, Lazaro
Kvirno, Katerino Zeno, Iosafat Barbora, Ambrocio
Kontarini və s. Venesiya səfirləri Ağqoyunlu sarayında,
Hacı
Məhəmməd, Həsən Əzən, Murad bəy və digər
Ağqoyunlu səfirləri isə Avropa ölkələrində geniş
diplomatik danışıqlar aparırdılar. Geniş diplomatik
fəaliyyət nəticəsində Ağqoyunlu dövləti ilə Venesiya
respublikası, Vatikan, Neapol krallığı, Macarıstan və Kipr
arasında Osmanlıya qarşı ittifaq və birgə müharibə planı
hazırlandı. Plana əsasən Ağqoyunlu qoşunları Aralıq
dənizə sahilinə çıxmalı, Avropadan göndərilən odlu silah
135
və artilleriyanı əldə etdikdən sonra müttəfiqləri ilə birlikdə
Istanbula yürüşə başlanmalı idi.
1472-
ci ilin yazında Ağqoyunlu qoşunları əldə edilmiş
razılığa uyğun olaraq Qeysəriyyə yaxınlığında Osmanlı
ordusunu məğlub edərək Aralıq dənizi sahilinə çıxsa da,
Avropa müttəfiqləri vaxtında gəlib çıxmadılar və Beyşehr
savaşında məğlub olan Ağqoyunlular Aralıq
dənizi
sahilini yenidən itirdilər. Beləliklə Uzun Həsənin
Avropadan odlu silah almaq və müttəfiqləri ilə Aralıq
dənizi sahilində birləşmək planı xristian dövlətlərinin
xəyanəti nəticəsində boşa çıxdı. Qışın yaxınlaşması ilə
əlaqədar hərbi əməliyyatlar təxirə salınsa da, Ağqoyunlu-
Osmanlı savaşlarının yeni səhifəsi 1473-cü ilin yayında
bərpa olundu.
1473-
cü ilin avqustun 1-də baş vermiş Malatya
savaşında Uzun Həsənin tətbiq etdiyi hərbi taktika
Ağqoyunlulara uğur gətirsə də 1473-cü ilin avqustun 11-
də
Otluqbeli(Tərcan
çayı
sahilində)
döyüşündə
Ağqoyunlu
dövləti
məğlub
oldu.
Ağqoyunluların
məğlubiyyətinin əsas səbəbləri əsasən müttəfiqlərinin
xəyanəti və Osmanlı ordusunun
güclü artileriya və odlu
silahlara malik olması ilə bağlı idi. Ağqoyunlu dövləti
məğlub olsa da, Osmanlı ordusuna vurulmuş ağır
zərbələr onların Şərqə doğru işğallarının qarşısını aldı və
II Mehmedin Azərbaycanı ələ keçirmək planı baş tutmadı.
Dostları ilə paylaş: