Азярбайжан республикасы дахили ишляр назирлийи


Ağqoyunlu dövlətinin yaranması



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə44/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   40   41   42   43   44   45   46   47   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Ağqoyunlu dövlətinin yaranması. Ağqoyunlularla 
Qaraqoyunlular arasında əsas döyüş 1467-ci ilin 
noyabrında Muş düzündə baş verdi. Savaş Uzun 
Həsənin qələbəsi və Cahanşahın qətli ilə başa çatdı. 
Beləliklə Qaraqoyunlu dövləti faktiki olaraq süqut etdi. 
Cahanşahın oğlu Həsənəlinin Cənubi Azərbaycanda 
Qaraqoyunlu hakimiyyətini bərpa etmək cəhdi də bir 
nəticə vermədi. 1468-ci ilin yazında Uzun Həsən 


131 
Qaraqoyunluların müqavimətini qıraraq Təbrizi ələ 
keçirdi və nəticədə Ağqoyunlu sülaləsinin Azərbaycanda 
hakimiyyəti rəsmi olaraq bərqərar oldu. Ərazisi, siyasi və 
hərbi qüdrətinə görə Ağqoyunlu dövləti Qaraqoyunludan 
daha böyük idi. Ağqoyunlu dövlətinin tərkibinə Səfəvilərin 
Ərdəbil hakimliyi istisna olmaqla bütün Cənubi 
Azərbaycan, şimalda Kür çayına qədər bütün Qarabağ, 
Ərəb Iraqı, Əcəm Iraqı, Ermənistan, Kürdüstan və bütün 
Qərbi Iran daxil idi. Bəzi vaxtlar Tiflis də daxil olmaqla 
Şərqi Gürcüstan da Ağqoyunlu dövlətinin tərkibində 
olmuşdu. Əvvəlki dövrlərdə olduğu kimi Təbriz yenə də 
paytaxt şəhəri oldu.  
Azərbaycan xalqı 
yeni sulalənin hakimiyyətə 
gəlməsini rəğbətlə qarşılasa da, xaricdə bu heç də 
adekvat reaksiya doğurmadı. Belə ki, Xorasan hakimi 
Teymuri hökmdarı Əbu Səid 1468-ci ildə Qaraqoyunluları 
müdafiə etmək bəhanəsi ilə Azərbaycana hücum etdi. 
Uzun Həsənin diplomatik bacarığı ilə məşhur olan anası 
Sara xatun vasitəsilə qarşıdurmanı sülh yolu ilə həll 
etmək istəyi bir nəticə vermədi. Belə olduqda Uzun 
Həsən bütün siyasi, hərbi və diplomatik metodları işə 
salmaqla Azərbaycanın üç əsas siyasi qüvvəsinin: 
Ağqoyunlu dövlətinin, Şirvanşahlar dövlətinin və 
Səfəvilərin Ərdəbil hakimiyyətinin Teymurilərə qarşı ittifaq 
yaratmasına nail oldu. 1469-cu ildə Muğan düzündə baş 
vermiş döyüşdə müttəfiqlər Teymuri Əbu Səidin 
qoşunlarını məğlub etdilər və yeni yaranmış Ağqoyunlu 
dövləti üçün başlıca təhlükələrdən biri aradan qaldırıldı.
Xarici təhlükəni aradan qaldırdıqdan sonra Həsən 
padişah mərkəzi hakimiyyəti gücləndirmək, hərbi-köçəri 
əyanların müqavimətini qırmaq, əhali arasında yeni 
hakimiyyətin nüfuzunu möhkəmləndirmək və iqtisadi 
ink
işafı təmin etmək məqsədi ilə bəzi tədbirlər də həyata 
keçirdi. Bu istiqamətdə atılan addımlardan ən başlıcası 


132 
yeni «Qanunnamə»nin verilməsi oldu. Yalnız XV 
yüzillikdə deyil, mənbələrin məlumatına əsasən hətta 
bütün XVI əsr boyu bəzi dəyişikliklərlə qüvvədə olan bu 
«Qanunnamə» ilə əhalidən alınan vergilərin növləri 
dəqiqləşdirildi və onların həcmi azaldıldı. Sənətkarlıq və 
ticarətin inkişafı üçün ciddi əngəl olan tamğa vergisinin 
həcmi yarıya qədər azaldıldı, ticarət karvanlarından 
alınan 
gömrük(bac) 
vergisinin 
dəqiq 
reyestri 
müəyyənləşdirildi. XVI əsrin əvvəllərində Osmanlı işğalı 
altına düşmüş Diyarbəkr, Bayburt, Mardin, Ərzincan və s. 
vilayətlərdə 
qüvvədə 
olan 
Həsən 
padişah 
«Qanunnamə»si hazırda Türkiyədə Baş Vəkalət 
arxivində saxlanılır. Həsən padişah Azərbaycanda elmin, 
mədəniyyətin təhsilin inkişafına da xüsusi qayğı ilə 
yanaşmış, onun dövründə Təbriz saray kitabxanasının 
fəaliyyəti genişlənmiş və Təbriz miniatür məktəbinin əsası 
qoyulmuşdu. Qaynaqların məlumatına görə Həsən 
padişah «Qurani Kərim»i də Azərbaycan dilinə tərcümə 
etdirmişdi.
Uzun 
Həsənin 
hakimiyyətinin 
sonuna 
doğru 
Ağqoyunlu-Osmanlı savaşlarında məğlubiyyət, ara 
müharibələrinin və hərbi-köçəri əyanlarının qiyamlarının 
qızışmasına səbəb olmuş, nəticədə əhalinin vəziyyəti 
ağırlaşmış, həyata keçirilən iqtisadi islahatlar gözlənilən 
nəticəni verməmişdi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin