Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə18/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   14   15   16   17   18   19   20   21   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Albaniya dövləti. Azərbaycan Respublikasının 
əsas hissəsini, Dağıstanın cənubunu, Gürcüstanın 
şərqində Iori və Alazan çayları vadisini əhatə edən ərazi 
qədim Albaniya ərazisidir. Lakin Albaniyanın sərhədləri 
daim sabit olmamış, bu və ya digər siyasi hadisələrlə 
əlaqədar olaraq onun sərhədləri gah genişlənmiş, gah da 
kiçilmişdi. 
Albaniya çıx əhaliyə malik bir ölkə idi. Burada 26 
tayfa yaşamış və özlərinə məxsus dildə (dialektdə) 
danışmışlar. Albaniyanın ərazisində albanlar, utilər, 


41 
kaspilər, qarşarlar, lehlər, hellər, silvlər, lupenlər, cilblər, 
t
avasparlar və başqa tayfalar yaşamışlar. 
Alban tayfalarından utilərin yaşadığı ərazi yunan 
mənbələrində Uti vilayəti kimi qeyd edilmişdir. Utilər 
Əlicansay, Turyançay, Göyçay vadisində, Tərtər 
çayından cənuba doğru Bərdəyə qədər olan ərazid sakin 
olmuşdar. Hal-hazırda onların qalıqları udinlər (Oğuz) 
rayonunun Nic kəndində yaşayırdılar. 
Böyük Qaqazın şərqində, Xəzər dənizi sahillərində 
leh, hel, sill, lupen, tavaspar, cilb tayfaları məskən 
salmışdılar. Onların Dağıstan cənubanda yaşayan 
xalqların əcdadları olması ehtimalı vardır. 
Qarqar tayfası haqqında antik mənbələrdə 
məlumata təsadüf olunsa da onların Albaniyanın hansı 
hissəsində yaşamaları göstərilmir. Müasir toponimlərdən 
aydın olur ki, qarqarlar Kür çayının qolu Qarqar çayı 
sahilində sakin olmuşlar. 
Kür və Araz çaylarının birləşdiyi ərazidə və Xəzər 
dənizi sahilində kaspi tayfası yaşamışdı. Onların ərazisi 
Kaspiana vilayəti bir müddət Əhmənilər imperiyasına 
daxil olmuşdu. E.ə. I əsrdə kaspilər alban tayfa ittifaqına 
daxil idi. Strabon qeyd edir ki, x
alq (kaspilər) məhv olub 
getmiş, öz adını dənizə vermişdir. 
Albaniya ərazisində alban tayfaları ilə qohum 
olmayan sank, məsaket tayfaları yaşamışdı. Strabon 
qeyd edir ki, sanklar Araz sahilində Sakasen vilayətində 
yaşayır. Albaniyanın şərqində, dəniz sahilində masaketlər 
(bəzi mənbələrdə masakutlar) tayfası məskən salmışdı. 
Onlar çox vaxt xarici düşmənlərə qarşı mübarizədə 
albanlara kömək göstərmiş, bəzən isə də əkinçiliklə 
məşğul olan əhalini qarət etmişlər. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin