30
maldarlığına keçilməsi ilə əlaqədar yalnız heyvandarlıqla
məşğul olan qəbilələr meydana çıxırdı. Əkinçiliyin və
maldarlığın müstəqil sahələr
kimi fəaliyyət göstərməsi
ibtidai icma cəmiyyətinin tarixində birinci ictimai əmək
bölgüsü hesab edilir.
E. ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak
bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı
və ilkin
tayfa birliklərinin yarandığı dövr kimi də xarakterizə
olunur.
Orta tunc dövründə (e. ə. III minilliyin sonu - II
minilliyin I yarısı) qəbilə icmasının təsərrüfatı və
sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. Bu zaman mülki
və ictimai bərabərsizlik xeyli dərinləşmişdi.
Orta tunc dövründə cəmiyyətin həyatında yeni
ictimai əmək bölgüsü baş vermiş, sənətkarlıq əkinçilikdən
ayrılmışdır.
Orta tunc dövründə şəhərəbənzər yaşayış
məskənlərinin
meydana
çıxması
ilk
növbədə
sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər
məskənlər möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə
olunurdu.
Sənətkarlığın əkinçilikdən
getdikcə daha çox
ayrılması nəticəsində sənətkarlıq məhsulları satlıq
məhsula - əmtəəyə çevrilməyə başlamışdı. Alqı-satqının
genişlənməsi tacirlər zümrəsinin yaranmasına doğru
apar
ırdı.
Bu
dövrdə
Azərbaycanda
pul
yerinə
xırdabuynuzlu mal - davar işlənilirdi.
Dostları ilə paylaş: