Manna dövlətinin zəifləməsi və süqutu. Manna
dövləti skif və midiyalılarla ittifaqa girərək Assuriyaya
qarşı müvvəffəqiyyətli mübarizə aparmış, Assuriya Urartu
torpaqları hesabına sərhədlərini xeyli genişəndirmişdi.
Assur çayı Aşşbanapalın (e.ə. 669-627-ci illər) dövründə
Assuriyanın şərqə hücumları yenidən güclənmişdi. O, ilk
növbədə Mannanın tutduğu Assuriya torpaqlarını dinc
yolla geri qaytarmağa çalışırdı. Lakin buna nail
olmadığından e.ə. 660-cı ildə Assuriya qoşunları
Mannaya
soxulmuşdu.
Manna
hökmdarı
Aheri
məğlubiyyətə uğramış və məğlubiyyətdən sonra
35
daxilində ziddiyyətlər kəskinləşmişdi. Üsyan nəticəsində
Ahşeri öldürülmüşdü.
Ahşerin ölümündən sonra hakimiyyətə oğlu Uralli
keçmişdi. O, öz oğlunu kömək üçün Aşşurbanapalın
yanına (həmdə münasibətləri bərpa etmək üçün),
Aşşurbanapal isə Mannaya sülh elçisi göndərmişdi.
Bundan sonra Uralli Aşşurbanapaldan asılı vəziyyətə
düşdü və Assuriyanın sadiq müttəfiqinə çevrilən Manna
Babilistan çarlığı və Midiyaya qarşı müharibələrdə ona
kömək göstərmişdi. E.ə. 616-cı ildə Midiya və Babilistan
qoşunları
Assuriyaya
köməyə
gələn
mannalıları
darmadağın etmişdilər. Nəticə etibarı ilə e.ə. 615-610-cu
illərdə Manna Midiyaya tabe edilmiş və bir dövlət kimi
tarixdən silinmişdi.
Manalılardan şərqdə və cənub-şərqdə midiya
tayfaları yaşamışlar. Onların haqqında ilk məlumata e.ə.
834-
cü ildə assur çarı III Salmanasarın kitabəsində rast
gəlmək olar. Qədim Yunan tarixçisi Herodot (e.ə. 484-
425) midiyalıların altı tayfadan ibarət olduğunu qeyd edir.
E.ə. I minilliyin başlanğıcında midiya tayfalarının
yaşadıqları ərazidə bir sıra kiçik dövlət qurumları
meydana çıxmışdır.
Skiflərin Ön Asiyaya hücumu Assuriya ilə onun
düşmənləri, o cümlədən Midiya arasında qüvvələr nisbəti
dəyişdi. E.ə. VII əsrin 70-ci illərində Assuriya zülmünə
qarşı güclü üsyan baş verdi. Üsyana Midiya tayfalarından
birinin hakimi Kaştariti rəhbərlik edirdi. Kaştariti
Assuriyaya qarşı mübarizədə Manna və skiflərlə ittifaq
yaratmışdı.
E.ə. VII əsrin ikinci yarısında Midiya müstəqillik
qazandı və işğalçılıq müharibələrinə başlamışdı.
Midiyanın ən görkəmli hökmdarı Kiaksar (e.ə. 625-585)
skiflərin asılılığından qurtararaq müstəqil xarici siyasət
yürütməyə başlamışdı. Herodotun yazdığına görə skiflər
36
28 il Midiya üzərində hökmranlıq etmişdilər. Kiaksar skif
başçılarını yanına dəvət etmiş, onları qılıncdan
keçirmişdi. Skiflərin bir hissəsi Dərbənd keçidi vasitəsi ilə
şimala getmiş, qalanları isə yerli tayfalarla qaynayıb
qarışmışdılar.
E.ə. 614-cü ildə Kiaksar Assuriyaya qarşı
mübarizəyə başlamışdı. Yeni Babilistanda Assuriyaya
qarşı rəsmi ittifaq bağlamışdı. E.ə. 612-ci ildə müttəfiq
qoşunları Assuriyanın paytaxtı “şirlər yatağın” adlanan
Ninəvə şəhərini üç aylıq mühasirədən sonra ələ keçirib
yandırmışdı. E.ə. 605-ci ildə Karxemiş qalasının alınması
ilə Şərqin ən qüdrətli dövləti olan Assuriyanın varlığına
son qoyuldu, tarix səhnəsindən silindi. Assuriyanın cənub
torpaqları Yeni Babilistana, şimal torpaqlar isə Midiyaya
birləşdirilmişdi. Manna da Midiya dövlətinə birləşdirildi.
Kiaksarın ölümündən sonra hakimiyyətə oğlu
Astiaq (e.ə. 585-550) keçmişdi. Astiaq atasının siyasətini
davam etdirməyə cəhd göstərsə də buna nail ola
bilməmişdi. Onun dövründə Midiyada daxili ziddiyyətlər
kəskinləşmişdi. Hakim sinfə qarşı xalq kütlələrinin
narazılığı artmışdı. Eyni zamanda hakim sinif içərisində
mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri güclənmişdi.
Astiaqın mərkəzi hakimiyyəti möhkəmləndirmək siyasəti
əyanların mənafeyinə toxunduğundan onlar şahın
siyasətinə qarşı çıxmışdılar. Astiaqa qarşı hazırlanmış
sui-
istifadə kahin maqlar da iştirak etmişdilər. Midiyaya
tabe olan əyalətlərdə müstəqillik meylləri güclənmişdi.
Qədim Şərqdə siyasi vəziyyətin dəyişməsi Astiaqa fəal
xarici siyasətin iflasa uğraması Midiya dövlətini zəiflətmiş
və onun süqutunu sürətləndirmişdi. Antik mənbələrində
Midiyanın
süqutu
Astiaqın
zülmkarlığı
ilə
əlaqələndirilmişdi. Midiyanın zəiflənməsindən istifadə
edən fars tayfaları e.ə. 553-cü ildə satran (canişin) Kirin
başçılığı ilə üsyan qaldırmışdılar. Bu mübarizədə
37
Astiaqdan narazı olan Midiya əyanları farslara
qoşulmuşdular. Üsyan üç il davam etmişdi. E.ə. 550-ci
ildə həlledici döyüşdə Midiya qoşunları məğlub edilmiş və
Astiaq əsir alınmışdı. Beləliklə, mübarizə üsyançıların
qələbəsi ilə başa çatmışdı. Kirin hakimiyyətə gəlməsi ilə
Iran tarixində Əhəminələr sülaləsinin hakimiyyəti başlanır
(onların hakimiyyətini e.ə. I əsrin əvvəllərində parfiya
sülaləsi əvəz etmişdi). Kir Əhəmənilər imperiyasının ilk
şahı olmuşdu. Azərbaycan da bu imperiyanın tərkibində
qaldı.
Əhəmənilər imperiyası bu və ya digər işğalçı
şahların hərbi müvəffəqiyyətləri nəticəsində birləşdirilmiş
və məğlubiyyətləri nəticəsində dağılmış tayfa və xalqların
iqtisadi əsası olmayan təsadüfi birliyindən ibarət idi.
Əsarət altına alınmış xalqların və tayfaların çıxışları,
daxili çəkişmələr Əhəmənilər imperiyasının əsaslarını
sarsıtmışdı. E.ə. IV əsrin ikinci yarısında süquta doğru
gedən Əhəmənilər imperiyası Makedoniyalı Isgəndərin
zərbələri altında məhv olmuşdu. E.ə. 334-cü ildə Kiçik
Asiyaya qoşun çıxaran Isgəndərə qarşı Iran şahı III Dara
bütün əyalətlərdən küllü miqdarda qoşun toplamışdı. Bu
hərbi qüvvələr arasında Azərbaycan ərazisində yaşayan
tayfalardan olan dəstələr var idi. Onlara Midiya satrapı
Atropat başçılıq etmişdi. Atropat həm də III Daranın
kəşfiyyat dəstəsinin rəhbəri olmuşdu. Isgəndər III Daranı
dalbada
l məğlubiyyətə uğradaraq tezliklə Kiçik Asiya və
Misiri ələ keçirmişdi. E.ə. 331-ci ildə Qavqamel
yaxınlığındakı həlledici döyüş oldu. Qavqamel döyüşü
Əhəmənilər
ordusunun
darmadağın
edilməsi
ilə
nəticələnmişdi. Öz yaxın adamları ilə Həmədana çəkilən
III D
ara yeni qoşun toplamaq ümidində idi. Lakin, o,
buna nail ola bilməmiş və Orta Asiyaya qaçarkən yaxın
adamları tərəfindən öldürülmüşdü. Beləliklə, Əhəmənilər
38
imperiyasında olan torpaqlar Isgəndərin imperiyasına
qatılmışdı.
Dostları ilə paylaş: |