Азярбайжан республикасы дахили ишляр назирлийи


mərhələdən keçmişdir: 1). Ibtidai insan dəstəsi və ya ulu icma;  2). Qəbilə icması;  3). Ibtidai icma quruluşunun dağılması



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə12/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   8   9   10   11   12   13   14   15   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

mərhələdən keçmişdir:
1). Ibtidai insan dəstəsi və ya ulu icma
2). Qəbilə icması; 
3). Ibtidai icma quruluşunun dağılması.  
Ibtidai insan dəstəsi və ya ulu icma alt və orta 
paleolitdə (1,5 milyon ildən 40 min il bundan əvvələ 
kimi) 
yaşamışdır. Insanlar qida əldə etmək və 
heyvanlardan qorunmaq zərurəti qarşısında 20-30 
nəfərdən çox olmayan bir dəstə halında birləşirdilər və 
belə ilkin insan dəstələri Qarabağda (Azıx və Tağlar 
mağaraları), Qazax bölgəsində (Damcılı və Daşsalahlı 
mağaraları) və Lerikdə (Buzeyr mağarası) məskən 
salmışdır. Ibtidai insan yem əldə etmək üçün yığıcılıq 
və ovçuluqla məşğul olurdu və bu istehlak təsərrüfatı 
adlanırdı.
Paleolit 
alt, orta və üst adlanan 3 dövrə bölünür: 
Alt 
paleolit 1,5 milyon il bundan əvvəldən 100 min 
il bundan əvvələ qədər davam etmişdir. Azıx, Tağlar 
Azərbaycanda ən qədim paleolit düşərgələri sayılır. 
Azərbaycanda ən qədim daş alətlər Azıx mağarasında 
tapılmışdır. «Quruçay mədəniyyəti» nə aid edilən bu 
a
lətlər təxminən 1,5 milyon il bundan əvvəl 
Azərbaycanda bacarıqlı insanın yaşadığını sübuta yetirir. 
Orta paleolit dövrü (təxminən e.ə.100-40-cı 
minillik) 
Mustye dövrü adlanır. Bu dövrdə insanlar 
çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və qəlpələr 
qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda 
istifadə edirdilər.  


28 
Üst paleolitdə (40 min il –14 min il əvvəl) ağıllı 
insan meydana çıxması ilə Azərbaycanda qəbilə icması 
formalaşmağa başladı.
Mezolit (e. ə. XII - VIII minilliklər). Mezolitdə 
insanlar 
h
eyvanların 
əhliləşdirilməsinə 
başladılar. 
Bununla da ibtidai heyvandarlığın əsası qoyulmuş oldu. 
Insanlar ilk əkinçilik vərdişlərinə də bu dövrdə 
yiyələnmişdilər. Nəticədə mənimsəmə təsərrüfatından 
istehsal təsərrüfatına keçidin əsası qoyuldu.
Azərbaycanda mezolit dövrü Qobustan və Damcılı 
düşərgələri əsasında öyrənilmişdir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin