Yerli qaynaqlar.
Narrativ qaynaqların sayca az
olsa da elmi-
tarixi baxımdan mühüm əhəmiyyət kəsb
edən bir hissəsini yerli qaynaqlar təşkil edir. Erkən orta
əsrlər Azərbaycan tarixinə aid ən mühüm mənbə Musa
Kalankatlının “Alban tarixi” salnaməsidir. Salnamənin
müəllifliyi, yazılma tarixi haqqında uzun sürən
mübahisələr olsa da bu salnamə olmadan Alban tarixini
öyrənmək qeyri-mümkündür.
Ərəb, fars və türk mənbələri. 1) Ən erkən və tam
əsər Əl-Cahizinin (869-cu ildə vəfat edib) “Kitab ət-
təbassur bi-t-ticəra” (Ticarət haqqında düşüncələr)
əsəridir. 2) Ibn-Xordadbeh “Kitab əl-məsalik və l-məmalik
“Yollar və məmləkətlər” kitabı (rəsmi məlumatlar var). 3)
Əl-Yəqubi – (892-ci ildə vəfat edib) rəsmi məlumat
vermir. “Kitab əl-buldən (Ölkələr haqqında kitab), (ölkənin
yolları inzibati bölgüsü, vergilər haqqında). 4) Ibn əl-Fəqih
(X əsr) “Müxtəsar kitab əl-buldən (Ölkələrin müxtəsər
kitabı) kompilyativ əsərdir. X əsr ərəb coğrafi
ədəbiyyatının yüksəlişi dövrüdur. Bu dövrdə əl-məsalık
və l-məmalik tipli əsərlər üstünlük təşkil etdiyi klassik ərəb
coğrafi məktəbi yaranır. Ərəb kartoqrafiyası inkişaf edir,
onun ən orijinal nümunəsi «Islam atlası» olur. X əsrdə
bədii xarakterli, populyar səyahətnamələr meydana çıxır.
5) Əl-Məsudi (956) bir neçə əsərin müəllifidir. Onlardan
ikisi 1) Muruc əz-zəhəb və məadin əl-cavhər «Qızıl
təmizləmə yerləri və cavahirat mədənləri;
X əsr ərəb ədəbiyyatında böyük coğrafiya
məktəbinin ümumi cəhəti aşağıdakılardan ibarətdir:
1) bu əsərlər əl-məsaik və l-məmalik tipində
yazılmışdı. (yollar və məmləkətlər)
19
2) klassik coğrafiya məktəbi üçün «islam ölkəsi»
müstəsna yer tutur. Islam arealına daxil olmayan
vilayətlərə cox zəif yer ayrılır.
3) hər cür fantastik məlumatlar, ölkənin
möcüzələrini təsvir etmək onlara yaddır.
4) xəritələr bu məktəbin ayrılmaz hissəsini təşkil
edir. Bunun əsasında «Islam atlası» yaradılır. X əsr
klassik coğrafi məktəbinin ilk nümayəndəsi Əl-Bəlxidir,
lakin onun əsəri bizə bəlli deyildir. Əl-Istəxriyə istinadən
müəlliflər məmləkətlər və yolların kitablarını yazmışlar.
Ümudünya tarixi o cümlədən, Qafqazın siyasi
tarixinin təsvirinə Ibn əl-Əsirin (1160-1233) «Əl-Kamil-fit
tarix» (Mükəmməl tarix) əsərində rast gəlinir).
IX-
X əsr Əl-Kufi ( Əbu Məhəmməd Əhməd ibn
Əsəm əl-Kufi) «Kitab əl-Fütuh. Xilafət tarixinin ilk dövrü
üçün qaynaqdır.
IX əsr digər ərəb tarixçi, şəcərəçisi Əhməd əl-
Bəlazuridir. Onun Kitab Fütul əl-Buldən) «Ölkələrin fəthi
kitabı», «Kitab ənsab əl-əşrəf» (Əsilzadələrin şəcərəsi)
əsərində xilafət sistemindəki ölkələrin ərəblər tərəfinbən
istila edilməsi dəqiq göstərilir.
Əl-Istəxri «Kitab Məsalik Əl-Məmalik – X əsrə dair
– tarixi coğrafi əsərdir. (həyatı haqqında məluta yoxdur)
Əl-Istəxrinin əsərinə Ibn Havqəl düzəliş və əlavələr
edərək əsəri yazırmışdır.
Digər ərəb müəllifi Əbu Duləfdir. (X əsr) (I və II
risaləsi var) Ikincidə Azərbaycan haqqında məlumat verir.
Ət-Təbərinin əsəri (Azərbaycanın VII-IX əsr siyasi tarixi
öyrənmək üçün mənbədir.
IX-
XIII əsrlərdə yazıb-yaradan ərəb müəlliflərindən
Ət-Təbəri, Əl-Istəxri, Əl-Bəlazuri, Ibn Əl-Əsir, Əl –Nəsəvi,
Əl-Məsudi, Əl-Müqəddəsi, Əl-Qərnati, ibn Xordadbeh, ibn
Əl-Fəqih və s. olmuşdur.
20
Azərbaycan haqqında məlumat verən ərəb
müəlliflərindən biri də Ibn Xordadbeh olmuşdur. Onun
(Əbül Qasım Ubeydullah ibn Abdullah ibn Xordadbeh
820/26-
912/13) bəzi məlumatlarda isə 885-ci ildə vəfat
edilidiyi göstərilir.) O, erkən orta əsr mülliflərindəndir.
Mənşəcə farsdır. Bağdadda təhsil alıb, müxtəlif inzibati
vəzifələrdə çalışmışdır. Xəlifə Mütəsimin dövründə (833-
842) poçt rəisi, (sahib Əl-bərid və -l xəbər) olmuşdur.
Onun əsəri «Kitab əl-məsalik və -l məmalik»
(Yollar və məmləkətlər) adlanır.
IX-
X əsr ərəb müəlifləri – (Ibn Xordadbeh, Əl-
Istəxri, Əl-Müqəddəsi) isə bu siyahını indi də mövcud
olan, yaxud ərəb mənbəsində adı çəkilməsinə
baxmayaraq, yerləri bilinməyən çoxlu şəhər və yaşayış
məntəqəsinin adları ilə zənginləşdirmişlər.
Ibn
Xordadbeh
Sasanilərin
Qafqazda
möhkəmləndikləri yerlər sırasında Bab Ənuşirəvanın
qalasını xatırlayır.
Azərbaycan haqqında geniş məlumat verən ərəb
coğrafiyaşünası, səyyahı və tarixçisi Əl-Yəqubi olmuşdur.
Onun «Tarix» adlı da əsəri var. O, Azərbaycanda ərəb
işğalı, Babəkin başçılığı altında gedən azadlıq
müharibəsindən danışır. Xəzər dənizi, ona tökülən
çayları, onun ətrafında yaşayan xalqlar haqqında ilk
geniş məlumatı verən Əl-Məsudi olmuşdur. O, Xəzərin
qəbul edilmiş ölçülərini təkrar edir. (800*600 mil). O,
Volqa, Don çayları, Azov dənizi haqqında məlumat verir.
IX əsrin II yarısı - X əsrin əvvəlləri ərəb
coğrafiyaşünaslarından biri də Ibn Rüstədir.
X əsr coğrafiyaşünası, səyyahı, alimi Əl-Istəxri
olmuşdur. Əl-Istəxrinin əsəri kitab məsalik əl-məmalik
(«Məmləkətin və yolların kitabı») adlanır.
Bu ərəb istilasından sonra həmin ölkənin bir
inzibat
i bölgü içərisində idarə olunmasından irəli gəlirdi.
21
Ərəblər əhalisi müsəlman olmayanların ölkəsinə –
kafirlərin ölkəsi deyərdilər.
X əsr ərəb coğrafiyaşünas-səyyahlardan biri də ibn
Havqəldir. «Kitab sürət əl-ard» (Yerin surəti kitabı)
«Kitab əl-məsamik» və -l-məmalik adı ilə də məhşurdur.
Ibn Haqvəl Bərdəni, «Arranın anası» (paytaxt)
adlandırırdı. Xəzərdə məşhur liman şəhərinin – Bab-əl-
Əvbabı göstərir.
XII əsr ərəb coğrafiyaşünaslarından biri də Yaqut
əl Həməvi Əl Rumidir. Onun «Mücam əl-büldan» (Ölkələr
haqqında məlumat) adlı əsərində 16 minə qədər məqalə
var.
Səlcuq dövrünün mənbələrində Nizamülmülkün
«Siyasətnamə» Ravəndinin «Rahət üs Südur və ayət üs-
surur,
Səmərqbudinin
«Dörd
məpalə»
əsərləri
əhəmiyyətlidir.
Digər əsər Ravəndinin əsəridir. O, 1194-1202-ci
illərə qədər tarixi sənədlər toplamış və 1202-1203-cü
illərdə əsəri yazmışdır. Əsər 3 hissədən ibarətdir.
Müqəddimə, Səlcuqilər tarixi və son hissə. O, Nişapurinin
«Səlcuqnamə» əsərindən mənbə kimi istifadə edib.
Onların ən parlaq nümunəsi Rəşidəddinin «Cami
ət təvarix» əsərində (ümumdünya tarix). Əsər Qazan
xanın sifarişi ilə 1300-1301-ci illərdə yazılmış və 1307-ci
ildə tamamlanmışdır.
Həmdallah Qəzvini fars tarixşünaslığını qızıl
əsrinin müasiri olub. Onun «Tarix-e Qozide (Seçilmiş
tarix
», «Zeyl-e tarix-e Qazide) «Zəfərnamə», «Nüzhət əl
qulub («Ürəklərin rahatlığı) əsərləri var. Əsərlərində
1344-
cü il Təbriz üsyanı haqqında ətraflı məlumat verir.
Onun oğlu Zeynəddin Qəzvini «Zeyl-e tarix-e
Qazide» adlı əsərindən atasının təsvirini davam etdirir.
XIV əsr farsdilli mənbələrdən biri də Məhəmməd
ibn Hinduşah Naxçıvanınin «Dəstur əl katib fit təyin əl-
22
məratib» əsəridir. XV əsrin II yarısının mənbələri
içərisində ən əhəmiyyətlisi Əbu Bəkr Tehraninin «Kitiabi
Diyarbəkriyyə»ə əsəridir. Ağqoyunlu dövlətinin banisi
Uzun Həsənin tarixinə həsr olunub.
Əsas mənbə 1. Həsən bəy Rumlu və onun
«Əhsən ət Təvarix» əsəri, 2. Əhməd Quminin «Xülasət ət
təvarix» əsəri, 3. Isgəndərbəy Münsinin – «Tarixi aləm-
arayi Abbasi» əsərləri əhəmiyyətlidir.
Farsdilli narr
ativ mənbələri nəzərdən keçirək:
Sədrəddin Soltan Ibrahim əl-Əmininin «Fütuhati-
şahı» əsəri dövrün ilk narrativ mənbəsi hesab edilir.
Bu əsər «Şahın qələbələri» adlanır və tam nüsxəsi
Tacikistan Respublikası EA-nın Şərq Əlyazmaları
fondunda saxlanılır.
I
kinci əsər naməlum tarixçi tərəfindən yazılan
«Tarix-i şah Ismayıl səfəvi» adlanır və salnamə
xarakterindədir. Əsərdə şah Ismayılın şəcərəsi, gənclik
illəri, oğlu Şah Təhmasibin taxta çıxmasına qədərki dövrü
əhatə edir. Əsər tam nəşr olunmayıb. Yalnız I
Ismayılın 1499-cu ilədək olan həyatı Denison Ros
tərəfindən ingilis dilinə tərcümə edilərək dərc olunub.
Salnamənin II əlyazması məlumdur. Birincisi
Britaniya muzeyində, ikincisi Kembric universitetinin
kitabxanasında saxlanılır (Londonda).
Lo
ndon əlyazması 21 miniatürlə bəzədilmiş 307
vərəqdən ibarətdir. (nəstəliq xətti ilə yazılıb) Nüsxə XVI
əsrə aiddir. Bu əsərin xeyli hissəsi Xondəmirin «Həbib əs-
Səyyar» əsərinin III cildinin 4-cü hissəsinə uyğun gəlir.
Deməli I Şah Ismayılın tarixinə dair 3 əsas mənbə
var:
I -
Fütuhat-i Şahi
II -
Həbib əs-Səyyar
III -
Naməlum «Tarixi Şah Ismayıl səfəvi»
Salnamədə Şah Ismayılın şərti adı «Xaqan-i Süleymani
23
şah-i Sahibgiran» (Ulduzlar cədvəlinin xoşbəxt sahibi
olan Süleymana layiq hökmdar).
Digər bir mənbə Əli Zeynalabdinin (Əbdibəy),
«Təkmilat əl-əxbar» (Xəbərlərin təkmili) tarixi-xronikal
səciyyəli əsərdir.
Hürşah Bürhan I Təhmasibin sarayında səfir olmuş
və «Tarix-i elçi-i Nizamşah» əsərini yazmışdır. Əsər 7
fəsildən, hər biri öz növbəsində göftarlara bölünür
(söhbət).
Başqa mühüm bir mənbə Budaq Qəzvininin
«Cəvahir əl-əxbar» (Xəbərlərin inciləri) əsərindir.
«Cəvahir əl-əxbar» ümumtarix əsəridir və
islamdan əvvəlki hökmdarlardan başlayaraq, I Ismayıla
qədərki dövrü əhatə edirdi. Əsər 4 bölmədən ibarətdir.
Əsərdə I Ismayıl və I Təhmasibə həsr olunub.
Azərbaycan salnaməçisi Həsən bəy Rumlu
çoxcildlilik «Əhsən ət təvarix əsərinin müəllifidir. Səfəvilər
dövrünə aid mənbələr içərisində Qazi Əhməd Quminin
«Xülasət
ət-təvarix
(Tarixlərin
xülasəsi)
əsəri
əhəmiyyətlidir. Bu əsərin əlyazmaları nadirdir. Onun
«Gülüstani-nükər» əsəri də mövcud idi.
Digər mənbə Isgəndər bəy Münsinin “tarixi Aləm
arayi Abbasi” əsəridir.
Səfəvilər dövrünə aid mənbələrin içərisində
Qızılbaş bayat tayfalarından da azərbaycanlı Oruc bəy
B
ayatın (iranlı Da Xuanın) əsəri əhəmiyyətlidir. 1604-cü
ildə ispan dilində nəşr olunub. Əsər III kitabdan ibarətdir.
Osmanlı salnamələrindən Aşıq Paşaoğlunun
“Tevarihi Ali Osman”, Mehmed Neşrinin “Kitabi
Cihannüma”, İbn Kamalın “Tevarihi Ali Osman”, Tacəddin
əs-Salmaninin “Tarixnamə”, Mehmed Solokzadənin
“Tarix”, Peçevi İbrahim Əfəndinin “Peçevi tarixi” və
digərlərinin əsərlərində Qaraqoyunlu, Ağqoyunlu və
24
Səfəvi dövlətlərinin Osmanlı dövləti ilə qarşılıqlı
münasibətləri öz əksini tapmışdır.
Azərbaycan tarixi üzrə yazılı qaynaqların ikinci
qismini epistolyar xarakterli mənbələr təşkil edir. Nəsrani
qaynaqlarda bu tip məlumatların az və yaxud
ümumiyyətlə olmaması nəzərə alınarsa memuar
ədəbiyyatının Azərbaycan tarixi üçün necə mühüm
əhəmiyyət kəsb etdiyini dərk etmək heç də çətin deyildir.
XIII-
XVIII əsrlərə aid memuar ədəbiyyatı içərisində
M.Polo, Gilyad de Rubruk, İ.Şiltberger, K.Zeno,
A.Kontarini, İ.Barbaro, V.Alessandrini, Ryu Qonsales de
Llavixo, Yan streys, Jan Şarden, J.B.Tavernye, A.Oleari,
E.Kempfer, C.Kareri, F.Kotov, D.Q.de-
Silva, Ö.Çələbi,
A.Volınski və başqalarının gündəlikləri tariximiz üçün
qiymətli qaynaqlar kimi xüsusi qeyd edilməlidir.
Azərbaycan tarixi üzrə yazılı qaynaqların üçüncü
qrupunu sənədli materiallar təşkil edir. Qaynaqların bu
hi
ssəsinə hökmdar fərmanları və təliqələr, qanunnamələr,
vergi dəftərləri, müqavilə mətnləri ilə yanaşı numizmatik
materialları və epiqrafik abidələri də aid etmək olar. Qeyd
etmək lazımdır ki, qaynaqların digər növləri ilə
müqayisədə sənədli mənbələr olduqca az olsa da onların
elmi dəyəri əvəzsizdir. Bununla yanaşı, XVI əsrin sonu və
XVIII əsrin 20-30-cu illərində müvəqqəti osmanlı işğalı
zamanı tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”,
“Naxçıvan sancağının müfəssəl dəftəri”, “Gəncə-Qarabağ
əyalətinin müfəssəl dəftəri” və s. kimi vergi dəftərləri
Azərbaycan tarixinin müxtəlif problemlərini öyrənmək
üçün çox mühüm sənədli qaynaqlardandır.
Dostları ilə paylaş: |