11
2. Azərbaycan ərazisində tarixən mövcud olmuş
etno-
mədəni durumun aşkar edilməsinə imkan yaradır,
başqa sözlə, xalqın etnik və dil köklərini müəyyən edir.
3.
Azərbaycan
ərazisində
mövcud
olmuş
dövlətlərin inkişaf tarixini ardıcıl şəkildə nəzərdən
keçirərək dövlətçilik tariximiz, onun kökləri və inkişaf
meylləri haqqında təsəvvür yaradır. Bu, xüsusilə
hüquqşünaslıq ixtisası üzrə təhsil alan müdavim və
dinləyicilər üçün mühüm əhəmiyyət daşıyır. Belə ki,
Azərbaycan dövlətlərinin tarixini bilmədən, həmin
dövlətlərin hüquq sistemi haqqında təsəvvür əldə etmək
mümkün deyil. “Azərbaycan tarixi” kursu xüsusilə “Dövət
və hüquq nəzəriyyəsi” fənni ilə sıx şəkildə bağlıdır.
4. Azərbaycan xalqının əsrlərlə apardığı azadlıq
mübarizəsi, xalqın yetirdiyi qəhrəmanlar, sərkərdə və
dövlət xadimlərinin həyatlarının öyrənilməsi gənc nəsildə
vətənpərvərlik hisləri formalaşdırır.
5. Tarix bizi ədalətli olmağı öyrədir, ətraf aləmə
yeni nəzərlərlə baxmağa kömək edir.
6. Tarix
– bu, zamanla gedilən yoldur. O, bizi uzaq
keçmişə aparır, oradan isə bizi müasir dövrə çıxarır.
Hər bir gənc, ixtisaslı mütəxəssis olmaqla yanaşı,
eyni zamanda öz vətəninin tarixini də dərindən bilməlidir.
Öz vətəninin tarixini bilməyən gənc öz ölkəsini lazımınca
sevə bilməz.
Sual 2.
Azərbaycanın təbii və coğrafi şəraiti.
Dostları ilə paylaş: